“Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirilib

“Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirilib “Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirilib Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində “Uzaqları yaxın edək” layihəsi çərçivəsində Şəki rayonunda yaşayıb-yaradan şairə, gözdən I qrup əlil, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əlillərin Ümumrespublika festivalının 7 qat qalibi, bir çox müsabiqələrin laureatı, 11 kitabın müəllifi İradə Gülfir ilə oxucuların görüşünü keçirib.

Tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, şair Oqtay Rza, BDU-nun müəlliməsi, şairə Q.Məhərrəmli, Gözdən Əlillər Cəmiyyətinin sədr müavini R. Cəfərova, Ə.Vahid adına qəzəl məclisinin rəhbəri Hacı Rafiq, həmin məclisin üzvləri, şairə N.Vahid, jurnalist Z.Dibirova, BDU-nun kitabxanaşünaslıq fakültəsinin müəlliməsi, mədəniyyət işçisi İ.Əlili, Bakı Uşaq Teatrının rəhbəri İ.Soltan, Bəybala İbadullayev, Mübarizlər qrupunun aktyoru, Qarabağ əlili V.Güləliyev, Azərbaycan radiosunun diktoru M.Əsgər, şairələr Qızıl qələm və Cəsarətli qələm mükafatçısı, şairə Solmaz Elqızı, şairə Təranə Məftun, Vaqif Osmanov, Vahid Osmanov, Şəki şəhərindən dəvət olunmuş şairə Gülşad Nurani, Respublika İncəsənət Gimnaziyasının və 53 saylı tam orta məktəbin müəllim və şagirdləri, Yasamal rayon MKS-nin kollektivi və b. iştirak edib.

İlk olaraq İradə Gülfirin həyat və yaradıcılığını geniş şəkildə əks etdirən video slayd nümayiş olunub.

Tədbiri Yasamal rayon MKS-nin direktoru V.Quliyeva açaraq, iştirakçıları salamlayıb və qeyd edib ki, belə görüşlərin təşkil edilməsində məqsəd bölgələrdə yaşayan şair və yazarlarımızın respublikamızda, o cümlədən paytaxt Bakıda tanıdılmasıdır.

“Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirilib Metodika və biblioqrafiya şöbəsinin müdiri A.İsmayılova İradə Gülfirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Daha sonra çıxışçılar şairənin yaradıcılığı haqqında öz fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Respublika İncəsənət Gimnaziyasının şagirdləri Rüstəm Abbaszadə, Məlahət KazımovaŞölə Bədirova şairənin “Mühacirət”, Canəli CanəliyevKərim Nəcəfli isə “İki dünya” şeirlərini ifa ediblər.

Sonda İradə Gülfir ədəbi-bədii gecənin keçirilməsində və yaradıcılığının yüksək qiymətləndirilməsində Yasamal rayon MKS-nin kollektivinə öz minnətdarlığını bildirib, tədbir iştirakçılarına öz imzalı kitablarını hədiyyə edib.

Firəngiz İBADOVA,
ZiM.Az-ın xüsusi müxbiri



.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

Azərbaycan, "Şərqin səsi"
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
Səidə Əşrəfqızın Yaradıcılıq gecəsi

Səidə Əşrəfqızın Yaradıcılıq gecəsi

Tv
Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Təbriklər, Qərbi Azərbaycan
Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Regionlar, Təbriklər
YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP
“Qazilər” kitabının təqdimat mərasimi keçirilib

“Qazilər” kitabının təqdimat mərasimi keçirilib

Yeni nəşrlər

"Yeni Yurd"un Yasamal rayon şöbəsi fəaliyyətə başlayıb

"Şərqin səsi"
Akademik Rəfiqə Əliyevanın məzarı ziyarət edildi

Akademik Rəfiqə Əliyevanın məzarı ziyarət edildi

Tv, UNUTSAQ, UNUDULARIQ!....
İradə GÜLFİR (1958):  VƏTƏN HAQQINDA RÜBAİLƏR...

İradə GÜLFİR (1958): VƏTƏN HAQQINDA RÜBAİLƏR...

RÜBAİLƏR
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş t ...

Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş t ...

Bakı, Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
Yasamal Rayon İH-nin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul- ...

Yasamal Rayon İH-nin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul- ...

Bakı
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Mədəniyyət
Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib

Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib

AzTU, Mədəniyyət
“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

Məktəblər
İRADƏ GÜLFİRin Yeni kitablarının təqdimatı

İRADƏ GÜLFİRin Yeni kitablarının təqdimatı

Mədəniyyət, Tv
XƏTAİ RAYON MKS-də

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusi ...

Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusi ...

Mədəniyyət, Rusiya
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
Rəy yazın: