AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb

AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb
Bu günlərdə AzTU-nun əməkdaşı,
“Ziya” qəzetinin və “Zim.Az” saytının
baş re­dak­­toru Müşfiq Borçalı
Polşada elmi ezamiyyətdə olmuşdur.

O, səfər zamanı Polşa Elm­lər Akademiyasında, Ədəbi Təd­qiqatlar İnstitutunda, Var­şava Dövət Uni­ver­sitetində, Var­şava Tex­niki Universitetində, Varşava Poliqrafiya Mək­təbində və Azər­bay­canın Pol­şa­dakı səfirliyində olmuş, həmçinin Polşada Azərabycanlı Gənclər Şu­­rasının üzvləri ilə
gö­­rüş­­müşdür.

Görüşlər zamanı Müşfiq Borçalı təmsil etdiyi ali təh­­sil müəssisəsi - Azər­baycan Tex­niki Uni­versiteti haqqında ətraflı məlumat vermiş,
Azər­­baycan-Polşa əla­qələ­ri­nin inkişaf tarixinə nəzər yetirmiş və bu dostluq əlaqələrin əhəmiy­yə­tindən da­nışmışdır.

Müşfiq Borçalı Polşadakı səfəri zamanı Varşavadakı Mü­səlman qəbris­tan­lığında uyu­­­­yan Bö­yük Vətən Müharibəsi Qəh­rəmanı, əslən Borçalıdan olan azər­bay­canlı polkovnik Vəli bəy Yadigarın məzarını da ziyarət et­miş­dir.

Daha sonra isə o, Azərbaycanın Polşadakı səfirliyi və Varşava Uni­ver­­sitetinin
Şərq­­şü­­naslıq fa­kültəsinin Türkologiya və Orta Asiya xalqları böl­məsinin təşkilatçılığı ilə ke­çirilmiş
Azərbaycan-Polşa IV Beynəlxalq elmi kon­fran­sı
nda iştirak etmiş və konfransın
“Dilçilik və Ədəbiyyat” böl­məsində mə­ruzə ilə çı­xış etmişdir.


AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıbAzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıbAzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıbAzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb
VARŞAVADA
AZƏRBAYCAN-POLŞA
IV BEYNƏLXALQ
ELMİ KONFRANSI
KEÇİRİLMİŞDİR

Azərbaycanın Polşadakı səfirliyi və Varşava Uni­ver­­­siteti­nin şərq­­şü­­naslıq fa­kültəsinin Tür­ko­lo­giya və
Orta Asiya xalq­ları böl­məsinin təşkilatçılığı ilə ke­çiril­miş
IV Beynəlxalq el­mi kon­frans­da ilk söz Azər­baycanın Polşadakı səfirli­yinin müşaviri Ülvi Bax­şəli­ye­və ve­ril­mişdir.
O, bütün tədbir işti­rak­çılarını Azər­baycan Respublikasının Polşadakı Səla­hiy­yətli və Fövqaladə səfiri cənab Həsən Həsənovun adın­dan salam­la­mış və kon­fransın işinə uğurlar ar­zu­lamışdır.

Ülvi Bax­şəli­ye­v artıq ənənəyə çevrilmiş və il­dən-ilə da­ha çox elmi işçinin cəlb olun­duğu Azər­baycan-Polşa konfran­sının bu il də uğurlu və məh­suldar keçəcəyinə ümidvar ol­du­ğunu bildirmiş, əv­vəllər keçirilmiş üç konfrans kimi bu konfransın mate­rial­larının da nəşr olu­nacağını qeyd et­mişdir.

Diplomat, həmçinin aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələrinin müx­təlif isti­qa­mətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçdiyini, ya­şayış məntəqələ­rimizin atəşə tutulması nəticəsində mülki əhalinin, hərbi qulluq­çula­rı­mızın qəhrəmancasına həlak olduğunu bildirmiş və Şəhidlərimizə Allahdan rəhmət dilə­mişdir.

Sonra çıxış edən Varşava Universitetinin türkologiya fakültəsinin dekan müa­­vini, pro­fes­sor Piotr Taraxa Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafında mühüm əhə­miy­yət kəsb edən bu konfransın hər il təşkil olunmasından məmnunluq duy­duğunu vurğulamış, iş­tirakçılara elmi fəaliy­yətlərində müvəffəqiyyətlər arzulayaraq kon­fransı açıq elan etmiş­dir.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Z.M.Bünyadov adına Şərq­şü­naslıq İnstitutunun direk­toru, Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva Er­mə­nis­tan-Azər­baycan, Dağlıq Qarabağ münaqişəsinin tari­xi, er­mənilə­rin İrəvan xan­lığı­na köçürül­məsi, regionda apa­rılan demoqrafik dəyişikliklər və son günlərdə təmas xət­tində baş ve­rən hadisələr haqqında konfrans iştirakçılarına geniş məlumat vermişdir.
Daha sonra Millət vəkili Gövhər xanım Baxşəliyeva “Görkəmli Azərbaycan alimi akademik Z.Bünyadovun əsərlərində Avropa mediyevistikasının nəaliyyətləri” mövzusunda məruzə etmişdir.

Həmçinin AMEA Nizami adına Ədəbiyyat İns­titu­tunun elmi katibi, profes­sor Bə­dir­xan Əh­mə­dov “Azərbaycan ədəbi, ictimai fikrində avropalaşma”, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin pro­fes­soru Fərhad Rəh­manov “Azərbaycanda təhsil
və elm”,

AMEA Nizami adına Ədə­biyyat İnstitutunun dokto­rantları - fəlsəfə dok­toru
Gül­şən Ağa­bəy “Səməd Mənsur satirasında vətəndaşlıq”
Müşviq Ço­ba­nov “Gürcüstanda Azərbaycan dramaturgiyasının inkişafı meylləri”, Varşava Uni­ver­sitetinin fəlsəfə doktorları
Mə­leykə Hü­seyn “H.Z.Tağıyevin müsəlman əsilli qızlar üçün ilk məktəbi. XIX və XX əsrlərin kəsişməsində Azərbaycanda qadınların təhsili”, Şəh­la Ka­zımova “Füzuli poeziyasında məhəbbət mövzusu”
Ka­mila Sta­nek “Azərbaycan və türk dillərinin qrammatikasında oxşarlıq və fərqliliklər - “bilmək” və “malı/məli”, magistrant
Via­çeslav Çer­nev “Oğuz və qıpçaq dillərində fel (başqırd və azərbaycan dilləri misalında): müqayisə aspekti”, Yaqellon Uni­­versitetinin fəl­səfə dok­toru Qrajına Za­yonts “Yakub Qordonun “Qafqaz və ya Şamilin son günləri” romanında Qafqaz obrazı”, Yaqellon Univer­sitetinin ma­gist­rantı Aqa­­ta Pavlina “Milliliyi itirmədən qərbləşmə. Azərbaycanın müasir musiqi mədəniyyəti”, Yan Pavel II Univer­sitetinin magis­trantı Qjeqoj Qilevs­ki “1927-1944-cü illərdə Lvovda Yan Kazimir Universitetində Məhəmməd Sadıq bəy Ağabəyzadəni didaktik-elmi fəaliyyəti”, Vrotslav Uni­ver­sitetinin fəlsəfə dok­to­ru Marçin Şenkeviç “XXI əsrdə Azərbaycan xarici siyasətinin əsas istiqamətləri”,
Bartoş Men­dık “İpək yolunun Azərbaycan hissəsi” və Kamil Sob­çak “Təbii qazın Avropa İttifaqına idxalında Azərbaycanın rolu”
mövzusunda ma­raqlı məruzələrlə çıxış et­mişlər.

Konfransda "ELM VƏ MƏDƏNİYYƏT", "ƏDƏBİYYAT VƏ DİLÇİLİK" "TARİX və MÜASİR SİYASİ ƏLAQƏLƏR" adlı
3 bölmədə 15 məruzə dinlənilmişdir.

Məruzələrdə əsasən Azərbaycanın elmi, mədəni, siyasi və iqtisadi əlaqələrindən bəhs olun­muş­dur.

Alimlərin məruzələri böyük marağa səbəb olmuş və geniş müza­ki­rələr do­ğurmuşdur.

Sonda xatirə foto-şəkillər çəkdirilmişdir.

Konfransdan sonra iştirakçılar Azərbaycanın və Polşanın məşhur bəstəkarlarının əsərlərindən ibarət konsertə tamaşa etmişlər.

Konsert zamanı gənc və istedadlı bəstəkar-pianoçu Gezim Kardalın ifası xüsusi alqışlarla qarşılanmışdır.

* * *

Bir gün sonra isə Bakıdan gəlmiş nümayəndə heyəti Azər­bay­can Respublikasının Pol­şa­dakı səfirliyində olmuş, həmçinin Polşada Azərabycanlı Gənclər Şu­­rasının üzvləri ilə gö­­rüş­­müşlər.

* * *

Azərbaycanlı alimlər daha sonra Varşavadakı Mü­səlman qəbris­tan­lığında uyu­­­­yan Bö­yük Vətən Müharibəsi Qəh­rəmanı, azər­bay­canlı polkovnik
Vəli bəy YADİGAR
ın məzarını da ziyarət et­miş, əslən Borçalıdan olan Qəhrəman soydaşımızın qəbri üstünə
gül-çiçək dəstələri düzmüş və onun ruhuna dualar oxumuşlar...



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanlı alimlər Varşavada azər­bay­canlı polkovnik Vəli bəy YADİGARın  ...

Azərbaycanlı alimlər Varşavada azər­bay­canlı polkovnik Vəli bəy YADİGARın ...

Müşfiq Borçalı, Avropa, Diaspora
Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib

Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib

"Zirvə", Avropa, Diaspora
GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

"Zirvə", Avropa
Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Diaspora, Dünya, Borçalı
Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Humanitar elmlər, Avropa
Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Diaspora, Dünya
Azərbaycan-Polşa elmi əlaqələrində yeni mərhələ başlayır

Azərbaycan-Polşa elmi əlaqələrində yeni mərhələ başlayır

Ədəbi əlaqələr
Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib

Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib

Diaspora, Ədəbi əlaqələr, Arxiv
Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Avropa, Diaspora
Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Diaspora, Dünya
Həsən Həsənov Poznan Universitetində məruzə edib

Həsən Həsənov Poznan Universitetində məruzə edib

Diaspora, Dünya
Polşada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər

Polşada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər

Avropa, Diaspora
Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Diaspora
Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Diaspora, Dünya
Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Avropa, Diaspora
Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

"Zirvə", Nekroloqlar
ADİLXAN NƏBİYEV  (1938)

ADİLXAN NƏBİYEV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
“Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib

“Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib

Borçalı, Avropa, Diaspora
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

AzTU
Rəy yazın: