El ağsaqqalı Allahverdi Əhmədov (1947)

El ağsaqqalı Allahverdi Əhmədov (1947)Allahverdi Məmməd oğlu Əhmədov - 25 may 1947-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Mollaoğlu kəndində anadan olub.
1954-ci ildə Mollaoğlu ibtidai məktəbinə daxil olub, 1957-ci ildə bitirib. 1958-ci ildən təhsilini Sadaxlı orta məktəbinin
5-ci sinifində davam etdirib. 1964-ci ildə həmin məktəbin 11-ci sinifi müvəffəqiyyətlə bitirib.
1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunun (indiki Azəarbaycan Texniki Universitetinin) Avtomatika və hesablama texnikası fakultəsinin Elktron cihazları bölməsi ixtisasına daxil olub.
1970-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirib.
Elə həmin il Azərbaycan Lampa zavoduna texnoloq olaraq ilk əmək fəaliyyətinə başlayıb.
1971-ci ilin noyabr ayından Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan hesablama texnikasında proqramlaşdırma sahəsində baş proqramçı kimi işimi dəvam etdirib.
Allahverdi Əhmədov ailə vəziyyətilə əlaqədar olaraq doğma yurduna qayıdıb. Yeni yaradılmış Mollaoğlu orta məktəbində Fizika müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. Az bir vaxtda özünü qabaqcıl müəllim kimi tanıdıb. Şagirdlərin sevgisini, pedoqoji kollektivin böyük hörmət və ehtiramını qazanıb. 1990-cı ildə həmin məktəbin direktoru təyin olunub.
1996-cı ildə məktəbdən ayrılıb.
1996-2000-ci illərdə Rusiyada çalışıb.
2004-cü ildən "Avro-2000" MCC şirkətində işləyir.
Oktay adlı bir oğlu, Mətanət və İlhamə adlı iki qızı və 8 nəvəsi var.

Biz də dəyərli soydaşımız, çox hörmətli elağsaqqalı Allahverdi Əhmədova uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..


Gülsəfa AYVAZOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: