Xızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olub

Xızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olubXızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olubXızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olub Xızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olubXızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olub 2023-cü il Avqustun 24-də Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatında Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Kamilqızının qələmə aldığı "Şəhidlə Şəhidəm" kitabının təqdimat mərasimi olub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrundan canlarını fəda edən şəhidlərin xatirəsi ehtiramla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Sonra YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev özünün giriş sözü ilə qonaqları salamlayıb və tədbiri açıq elan edib.

Tədbirdə Xızı rayon şəhid ailələri, ictimaiyyət nümayəndələri,mətbuat nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən igid oğulların qəhramanlıqlarından bəhs edən kitabın müəllifi Raziyə Kamilqızı çıxış edərək gələn qonaqların hər birinə təsəkkürünü bildirib və kitab haqqında geniş məlumat verib.

Daha sonra şəhid ailələri igid oğulların qəhramanlıqlarından danışıblar.

Qonaqlar arasından Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Xızı rayon üzrə rəisi Fərrux Haqverdiyev, Sumqayıt Regional Mədəniyyət İdarəsi Xızı rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov, Xızı rayon Statiska idarəsinin rəisi Rövsən Quliyev, ZəfərTv kanalının mətbuat katibi Ruslan Kamalov çıxış edərək şəhidləri ehtiramla yad ediblər və müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Vətənpərvər məktəbli Etibarcan şeirlər söyləyib.

Zəfərtv.az saytı adından müəllif fəxri diplomla təltif olunub.

Tədbir uğurla başa çatıb və sonda xatirə foto-şəkilləri çəkilib.

Firəngiz İBADOVA,
“Borçalı” nəşriyyatının redaktoru,
ZiM.Az-ın şöbə müdiri


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: