"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görübNizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi münasibətilə Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixdə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub. Bu ədəbi hadisə klassik irsimizin dahi şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Cari ildə respublikamızda müxtəlif tədbirlər, layihələr həyata keçirib, yeni nəşrlər işıq üzü görüb. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində də “Nizami ili” çərçivəsində tədbirlər keçirilib və ilin sonuna qədər daha bir neçə layihələr reallaşdırılacaqdır. Bu əlamətdar hadisə münasibətilə muzey əməkdaşlarının müxtəlif əsərləri – məqalə və kitabları da işıq üzü görüb.


Növbəti belə bir əsər isə muzeyin “Komparativistika və bədii tərcümə” şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şəfəq Əlibəylinin “Nizami “Xəmsə”sində akustik obrazlar (linqvopoetik təhlil)” adlı monoqrafiyasıdır.
Müəllif əsərini Vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf etmişdir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru akademik Rafael Hüseynovdur.
Akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova monoqrafiyaya rəy vermişlər.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitab 284 səhifədir.
Monoqrafiya giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyada Nizami əsərlərində akustik obrazlar, yəni poetik mətndə insan və təbiətlə əlaqədar səs və ahəng ifadə edən səs məfhumlu sözlər, onların yaratdığı obrazlar leksik-semantik və üslubi cəhətdən araşdırılmışdır.
“Xəmsə” mətninin orijinalının linqvopoetik tədqiqi zamanı səs semantikalı söz təbəqəsinin zəngin bir sistem təşkil etdiyi müəyyən olunur.
Nizami əsərlərində səs semantikalı leksika dini-mifik və bədii obrazları, musiqiçilərin adlarından ibarət olan antroponimləri, musiqi alətlərinin adlarını, musiqi terminlərini, zoonimləri, müəyyən əşya adlarını, səs və ahəng bildirən felləri, səstəqlidi sözləri əhatə edir. Qeyd olunan istiqamətdə aparılan tədqiqat şairin məhz orijinalda mövcud olan, tərcümədə öz əksini tapa bilməyən fərdi üslubunun bir sıra özəl məqamlarını üzə çıxarır.

Kitabdan farsdilli klassik ədəbiyyat, linqvistik üslubiyyat sahəsində hazırlanan proqram və dərs vəsaitlərinin tərtibində istifadə etmək olar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Humanitar elmlər
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb

“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Rəsmi Xəbərlər, Humanitar elmlər, Təbriklər
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər

"Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı kitab nəşr olunacaq

"Elm və Təhsil", "Şərqin səsi", Elanlar
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

"Zirvə"
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Rəy yazın: