Qızbəs Oruc: “Xocalı sakiniyəm”

Qızbəs Oruc: “Xocalı sakiniyəm” Qızbəs Oruc bir sıra vəzifələrdə çalışıb. Ədəbiyyata çox erkən gəlib. “Anama layla çalıram”, “Atasız, anasız dünyam” və “Bir könüldən min könülə adlı şeir kitablarının müəllifidir. “Gülüstan inciləri”, “Şabran nəğmələri”, “Duyğu yarpaqları və s. almanaxlarda, respublikanın müxtəlif qəzetlərində müntəzəm olaraq şeirləri çap olunub. “Ulduzlar” ədəbi, A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclislərinin, 2018-ci ildən Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
“Qızıl qələm” media mükafatı laureatıdır.


“Xocalı sakiniyəm” adlı şeirlər kitabı Qızbəs Orucun sayca dördüncü kitabıdır. Kitabın redaktoru və “Ön söz” müəllifi şair-qəzəl xan Agah Xaçmazlıdır. O, “Xocalı sakiniyəm” şeirlər kitabına və onun müəllifi Q.Oruca yüksək qiymət verərək yazmışdır : “Q.Oruc özünü heç bir şairin təsiri altına salmamışdır. Onun öz dəsti-xətti, öz yolu vardır”. A.Xaçmazlı “Ön söz”ün axırını isə belə bitirir “Mən qələm dostuma “Qarabağın işğaldan azad olunduğu günü görməyi, bu sevginən, bu coğqunan sevincli zəfər şeirləri ilə səhifələnmiş yeni kitabını nəşr etməyi arzu edirəm...”


Gözün aydın olsun Agah dostum, sən nə qədər də uzaqgörənsənmiş. Duaların da keçirmiş. Artıq birinci arzuna çatdın. İşğal altında olan bütün ərazilərimizi mübariz ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən tapdağından azad etdi. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. 8 noyabr Zəfər Bayramı günü elan olundu. Azərbaycanın son iki əsrin ən böyük qalibiyyətini 10 noyabrda “Zəfər paradı” ilə qeyd etdik. Azərbaycan xalqının əziz dostu R.T.Ərdoğanın Zəfər paradında çıxışı zamanı unudulmaz şairimiz Əhməd Cavadın
“Arazı ayırdılar,
Lil ilə doyurdular.
Biz sizdən ayrılmazdıq,
Zülmnən ayırdılar”,
- sözlərini dilə gətirməsi lap yerinə düşdü.
İkinci arzuna da inşallah yaxın zamanlarda çatacaqsan.
Ona görə bu qənaətə gəlmişəm ki, Q.Oruc məhsuldar şairdir. Onun zəfər şeirləri ilə səhifələnmiş yeni kitabın çapı çox uzun çəkməz. Çünki 44 günlük Vətən müharibəsində qələbəni bizə bəxş edən şəhidlərimizin, qazilərimizin, vətən, yurd əmanəti olan əskər və zabitlərimizin qəhrəmanlıqları, şəhid qanları ilə yoğrulmuş torpaqlarımız Qızbəs Oruca bol-bol mövzu verdi.
İndi də keçək ikinci məsələyə: Q.Orucun “Xocalı sakiniyəm” kitabındakı şeirlərini oxuyanda bir daha inanırsan ki, şairlik vergidir, xüsusi cəsarətdir. Daha dəqiq desək, Allahın verdiyi nemətlərin ən alisidir, Tanrının insan qəlbində yandırdığı işıqdır. O işıq bütün varlığın daxili ailəmini işıqlandırır. Şairin də hünəri elə ondadır ki, adi adamların görə bilmədiyi o aləmi görür, duyur və özünün poeziyasını yaradır. Məhz Q.Oruc da belə şairlərdəndir.
270 səhifərlik kitab “Vətənpərvər şeirlər” və “Müxtəlif şeirlər” kimi iki bölmədən ibarətdir. Qızbəs xanımın birinci bölmədəki şeirlərinin əsasını vətən sevgisi, vətən dərdi təşkil edir. Bu dərd Qarabağ, Xocalı, Şuşa, Cənubi Azərbaycan dərdləridir. Bunlar şairin şeirlərində birləşərək böyük Vətən dərdini yaratmışdır :
Ətrini aldım sənin güllərin ləçəyindən,
İzlərinə düzəydim hər gülün çiçəyindən.
Anan seçmişdi sənə qızların göyçəyindən,
Əzizləyib saxlayır nişan üzüyün nənən,
Bu ayrılıq çətindir, oğlum, dözə bilmirəm.
“Dözə bilmirəm”

Qızbəs Orucun “Ata” şeirində isə bu dərd daha qabarıq şəkildə özünü göstərir:

Vətənin bayrağın sıxıb köksünə,
Gözünü yollara dikmə sən ata.
Bütün qəm-qüssəni alıb üstünə,
Göz yaşı sel kimi tökmə sən, ata

Şairin “Müxtəlif şeirlər” bölməsindəki şeirləri də bir-birindən oxunaqlıdır. Şair onda xoşbəxtdır ki, qəlbinin iztirabları, saf sevginin nəşəsini, könül nəğmələrini poetik sözün çərçivəsində sahmanlayır, az sözlə böyük düşüncə meydanı yarada bilir. Onun “Olaydı” adlı şeiri bu baxımdan daha mənalı və axıcıdır :

Dönəydi geriyə ötən çağlarım,
Yanımda kaş atam, anam olaydı.
Yamacı kəklikli uca dağlarım,
Göllərdə yaşılbaş sonam olaydı.

və yaxud:
Bu nə çətin zaman, çətin imtahan,
Qanacaq, mərifət silinib gedir.
Alışa bilmirəm, bunlara, aman,
Qardaş qardaşından oğurluq edir.

Q.Oruc yaradıcılığında İthaflara da çox yer verilmişdir. Onun Sovet İttifaqı qəhrəmanı Cahangir Bağırova, şair-qəzəlxan Agah Xaçmazlıya, xanəndə Taleh Orucova həsr etdiyi şeirlər şairin onlara olan məhəbbətinin təzahürü olmaqla həm də onların xalqın yaddaşında yaşatmaq istəyindən doğmuşdur. Aşağıda həmin şeirlərdən bir neçə nümunə vermək istəyirəm.

Yetişdiribdir zaman,
Cəsur,qorxmaz,qəhrəman...
Cahangir kimi oğlan,
İki dünyaya dəyər.

və yaxud :
Möcüzədir sanki bu səs,
Heyran olur eşidən kəs.
Tükənməsin bu eşq,həvəs,
Oxu bir də, oxu Taleh.

Bununla belə şairin şəhidlərimizə, Milli qəhrəmanlarımıza, zəhmət adamlarımıza, dostlarına, müasirlərinə, doğmalarına həsr etdiyi ithaf şeirləri də az deyildir və bu şeirlər şairin yaradıcılığında xüsusi yer tutur.

Qızbəs Orucun öz yaradıcılıq dünyası vardır. O, bir şair olaraq həyatın müxtəlif sferalarına nüfuz etməyi bacarır. Onun poetik dünyası zəngin və rəngarəngdir. Xalq, vətən, vətənpərvərlik ruhunda qələmə aldığı şeirləri sadə və oxunaqlıdır.
Qızbəs Oruc poeziyası səmimiyyəti ilə müasir gənclik üçün böyük tərbiyəvi əhəmiyyətə malikdir.


Şixəmməd Seyidməmmədov,
ADPU-nun Quba filialının “Təbiət fənnləri
və onun tədrisi metodikası” kafedrasının baş müəllimi,
Qubada fəaliyyət göstərən “Gülüstan” elmi-ədəbi məclisinin sədri,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dənizçi-şair Səxavət Ənvəroğlunun beşinci kitabı

Dənizçi-şair Səxavət Ənvəroğlunun beşinci kitabı

Yeni nəşrlər
Rus ədəbiyyatının Böyük Pyotru və ya M.V.Lomonosov həm də istedadlı şair ol ...

Rus ədəbiyyatının Böyük Pyotru və ya M.V.Lomonosov həm də istedadlı şair ol ...

Elmi Məqalələr, Ədəbi əlaqələr, Rusiya
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
“Gözün aydın, Xarı Bülbül”

“Gözün aydın, Xarı Bülbül”

Yeni nəşrlər, ADPU, Turan
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
SULARDA YARANAN POEZİYA

SULARDA YARANAN POEZİYA

BDU, Poeziya
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Həmişə öndə olan insan - Nəhayət Şirinova

Həmişə öndə olan insan - Nəhayət Şirinova

ADPU, Turan
Şərəfli həyat yolu - Qələmşah İdrisov

Şərəfli həyat yolu - Qələmşah İdrisov

ADPU, "XXI əsrin Ziyalıları"
Şəhid-şair Ülvi Bünyadzadənin xatirəsinə həsr olunan konfrans keçiriləcək

Şəhid-şair Ülvi Bünyadzadənin xatirəsinə həsr olunan konfrans keçiriləcək

Humanitar elmlər, Elanlar
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

Mədəniyyət
Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib

Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib

Mədəniyyət
Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axta ...

Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axta ...

Ramiz Abdullayev
ADPU Quba filialında

ADPU Quba filialında "44 günlük tarixi möcüzə" kitabının təqdimat mərasim ...

ADPU
Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM”

Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM”

Yeni nəşrlər, Qarabağ, Gəncə, Təbriklər
Qürbət elin yanğısı!

Qürbət elin yanğısı!

Sumqayıt, Ədəbi tənqid
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Naxçıvan, Elm
“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

ADPU, "Elm və Təhsil"
Rəy yazın: