“100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı keçirilib

“100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı  keçirilib “100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı  keçirilib “100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı  keçirilib “100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı  keçirilib “100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı  keçirilib 30 aprel 2019-cu ildə Bakıdakı “AzərKitab”
Kitab Təbliğat Mərkəzində
“100 yaşlı Tovuz futbolu”
kitabının təqdimat mərasimi
keçirilib.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİYİB)
növbəti ortaq mədəniyyət layihəsi olaraq keçirilən tədbirdə millət vəkilləri,
QHT, KİV təmsilçiləri, AFFA mənsubları, idmansevərlər, sahə mütəxəssisləri, gənclər və b. iştirak edib.
Bu, Azərbaycan futbolunda özünəməxsus yeri, ənənələri olan Tovuz futbol təsərrüfatının dünəni, bugünü və gələcəyi ilə bağlı fikir mübadiləsi ilə də
yadda qalan tədbir olub.


ZiM.Az
xəbər verir ki,
tədbirin aparıcısı,
Milli QHT Forumu
İdarə Heyətinin üzvü
Əkbər Qoşalı,
ensiklopedik xüsusiyyətləri ilə seçilən kitabı gərgin əməyin, çoxillik araşdırmaların məhsulu olaraq qiymətləndirib.

ABAİB prezidenti,
Millət vəkili dos.dr.
Qənirə Paşayeva

vurğulayıb ki,
“Zəngin ənənələri olan
Tovuz futbol məktəbi
özünün yetirmələri,
sadiq azarkeşləri və digər məziyyətləri ilə həmişə seçilib. Təsadüfi deyil, UEFA miqyasında müstəqil respublikamızı ilk dəfə Tovuzun “Turan” futbol klubu təmsil edib. “Turan” dəfələrlə respublika çempionatında qabaqcıl yerlər tutub, ilklərə imza atıb.

Əlbəttə, obyektiv, subyektib səbəblərdən bugün Tovuzun futbol komandası öz keçmiş şöhrətinə uyğun mövqelərdə deyil, lakin istər rayon rəhbərliyinin, istərsə də, əlaqədar qurum və quruluşların, AFFA-nın dəstəyi ilə komandanın problemlərinin öz həllini tapacağına inanırıq. Heç şübhəsiz, keçmiş şöhrətin qaytarılması önəmli dərəcədə, komandanın əzmkar futbolçularından, o cümlədən azarkeşlərdən də asılıdır.

Mən sevinc hissi ilə demək istərdim ki, AFFA-nın Futbol Akademiyası məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Belə bir Akademiyanın məhz Tovuzda yerləşməsi özünəməxsus ənənələri olan Tovuz futbol təsərrüfatına, Tovuzda futbolun gələcəyinə inamın, ümidin ifadəsi kimi də şərh oluna bilər; bölgələrin inkişafına töhfə kimi də.

Fürsətdən istifadə edib, artıq 100-dən artıq yaşı olan Tovuz futbolunun təməllərini atanlara, onu zamanında inkişaf etdirənlərə Tanrıdan rəhmət, bugün də futbolla nəfəs alan, ona dəstək verənlərər isə möhkəm can sağlığı, iş avandlığı diləyirəm!”


“100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı  keçirilib Kitabın müəllifi Rasim Əliyev bu ensiklopedik nəşrin ideyası, ideyanın necə gerçəkləşməsi barədə ətraflı bilgi verərərk, Tovuz Xeyriyyə Cəmiyyətinin kitabın çapına verdiyi dəstəyi xüsusilə vurğulayıb, həmçinin Tovuzda futbol təsərrüfatını canlandırmaqla bağlı fikirlərini bölüşüb.

Sonra Milli Məclisin Gənclər-İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, millət vəkili Aydın Hüseynov, AFFA Mətbuat katibi Feyruz Abdullayev, əfsanəvi futbolçu Kazbek Tuayev, Tovuz futbol təsərrüfatının canlanmasında, uğurlar qazanmasında dəstəkçi olan insanlardan, onlarla insan adından Vidadi Əhmədov, Yaşar Sultanov, Tovuz rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, “Turan”ın keçmiş futbolçusu, hazırda klubun İcraçı direktoru Nadir Nəbiyev, Tovuz futbolunun yetirməsi, tanınmış idman veteranı Rasim Zeynalov, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, Bakı Dövlət Universitetinin professorları İradə Hüseynova, Nəsir Əhmədli, Təbrizli futbol azarkeşi, yazar Abbas Səhba, kitabın hazırlanmasında yaxından iştirak etmiş naşir Ramiz Hümmətov, “AzərKitab”ın qurucusu Sabir Həsənov çıxış edərək, ölkəmizdə həyata keçirilən gənclər-idman siyasəti, müvafiq sahəyə dair konseptual yanaşmalar və o cümlədən mövzuya aid ensiklopedik nəşrin önəmi ilə bağlı danışıblar.
Belə bir ortaq fikir vurğulanıb ki, istər futbol, istərsə, başqa bir idman növünün xüsusilə bölgələrdə populyarlıq qazanması, tərəfdarlar toplaması ümumi işin xeyrinə olub, gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün daha əlverişli imkanlara meydan açır.
“100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı  keçirilib
Sonra müəllif oxucular üçün kitab imzalayıb,
xatirə şəkilləri çəkilib.

“100 yaşlı Tovuz futbolu”nun Tovuzda da
təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Gilə ƏLİQIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YARIŞLAR BAŞA ÇATDI

YARIŞLAR BAŞA ÇATDI

"Mən Şirvanın səsiyəm", İdman
AzTU-nun İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub

AzTU-nun İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub

AzTU, İdman
AzTU-da

AzTU-da "Avro 2020"nin Könüllülər Proqramının təqdimatı keçirilib

AzTU
TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

Milli Məclis, Təbriklər
Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Borçalı, "Region-Press"
Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimo ...

Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimo ...

Gəncə, İdman
QƏNİRƏ PAŞAYEVA DÜNYASINI DƏYİŞİB

QƏNİRƏ PAŞAYEVA DÜNYASINI DƏYİŞİB

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb

Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb

AzTU, İdman
Mənim doğma məktəbim

Mənim doğma məktəbim

Məktəblər
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

AzTU, QHT, GVİİM
Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş Gənclər təşkilatlarının  ...

Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş Gənclər təşkilatlarının ...

Gənclik, QHT
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Humanitar elmlər
11 illik məktəblərin ləğv olunması xəbəri ilə bağlı NAZİRLİKdən açıqlama

11 illik məktəblərin ləğv olunması xəbəri ilə bağlı NAZİRLİKdən açıqlama

Təhsil, Nazirlik
XƏTAİ RAYON MKS-də

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....

"Hərbçi olmaq istəyirəm"

"Elm və Təhsil", Gənc istedadlar
AzTU-nun

AzTU-nun "Genesis" KVN komandası qalib oldu

AzTU
Qocaman müəllim - Qurban Mahmudov

Qocaman müəllim - Qurban Mahmudov

Təhsil, Borçalı, Başkeçid, Təbriklər
Kompyuter mühəndisi olmaq arzusundadır

Kompyuter mühəndisi olmaq arzusundadır

"Elm və Təhsil", Gənc istedadlar
ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

Regionlar, Məktəblər
“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

"Şərqin səsi"
Rəy yazın: