Həsən Həsənov: “Ümidvarıq ki, tez bir zamanda “Auidiokitab” dünyada yaşayan soydaşlarımızın daha da sıx birləşməsi üçün ən mühüm təbliğat vasitələrindən birinə çevriləcək”

Həsən Həsənov: “Ümidvarıq ki, tez bir zamanda “Auidiokitab” dünyada yaşayan soydaşlarımızın daha da sıx birləşməsi üçün ən mühüm təbliğat vasitələrindən birinə çevriləcək” “Azərbaycan klassik ədəbiyyatı, dastanlarımız, nağıllarımız, ümumiyyətlə, şifahi xalq ədəbiyyatının bir çox nümunələri “Auidiokitab”da səsləndirilərək dünyanın hər bir yerinə yayılır”

“Görmə qabiliyyəti olmayan insanların cəmiyyətdən təcrid olunmaması üçün “Auidiokitab” onlara yardım edərək ədəbiyyatımız, tariximizlə yaxından tanış olmaları üçün müstəsna rol oynayacaq”


Son dövrlər internet resurslarının yaratdığı şərait bir sıra sahələrin meydana çıxaraq inkişaf etməsinə imkan yaradıb. Bu gün müxtəlif internet şəbəkələrində Azərbaycan və dünya ədəbiyyatına aid səsli örnəklər yerləşdirilir. Əvvəllər bu, müxtəlif radiolar tərəfindən həyata keçirilsə də, hazırda şirkətlərdə səsli ədəbiyyat, daha dəqiq desək, audiokitab layihələri gerçəkləşdirilir. Vaxtilə Mədəniyyət Nazirliyinin xəttilə görmə əngəlli insanlar üçün “Səsli kitabxana” layihəsi gerçəkləşdirilmişdi. Bu da çox böyük effekt verdi.

Hazırda Azərbaycanda “Auidiokitab” MMC tərəfindən Azərbaycan və dünya ədəbiyyatına aid əsərlər, eləcə də nağıllarımız, dastanlarımız, poetik nümunələrimiz, ayrı-ayrı alimlərə məxsus mühazirələr ölkənin tanınmış aktyorları, bədii qiraətçiləri tərəfindən səsləndirilir.


Həsən Həsənov: “Ümidvarıq ki, tez bir zamanda “Auidiokitab” dünyada yaşayan soydaşlarımızın daha da sıx birləşməsi üçün ən mühüm təbliğat vasitələrindən birinə çevriləcək”“Auidiokitab” MMC-nin direktoru, Əməkdar mədəniyyət işçisi
Həsən Həsənov

“ZiM.Az”-a bildirib ki,
bu layihənin əsas məqsədi milli və tərcümə ədəbiyyatı nümunələrini aktyor və aktrisalarımızın səsində dünya azərbaycanlılarına çatdırmaq, eyni zamanda, bu əsərlərlə ölkə əhalisini, görmə əngəlli insanları tanış etməkdir. O hesab edir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu əsərlərə ana dilimizdə, öz aktyorlarımızın səsində qulaq asmağı daha çox istəyərlər.

“Müasir texnologiyalardan yararlanaraq yaradılan “Auidiokitab” sosial bir layihədir və insanlar üçün yeni bir formatdır. Dünya, xüsusilə də türk və Şərq ədəbiyyatının, tarixinin, mədəniyyətinin bizim tərəfdən öyrənilməsinin yeni üsuludur. Azərbaycan klassik ədəbiyyatı, dastanlarımız, nağıllarımız, ümumiyyətlə, şifahi xalq ədəbiyyatının bir çox nümunələri “Auidiokitab”da səsləndirilərək dünyanın hər bir yerinə yayılır.

Dastanlarımızın, nağıl və şifahi xalq ədəbiyyatımızın nümunələrinin səsləndirilməsi həm indiki nəsil, həm də gələcək nəsil üçün əyani vasitədir”
- deyə bildirən Həsən Həsənov qeyd edib ki, dahi Nizami Gəncəvidən başlayaraq müasir dövrümüzə qədər yazıb yaradan bütün klassiklərimizin əsərləri, onların həyat və yaradıcılığı haqqında məlumatlar “Auidiokitab”da öz əksini tapıb. “Bununla da “Auidiokitab” klassiklərimizin, müasir yazıçılarımızın, yaradıcılığa qədəm qoymuş gənc ədiblərimizin əsərlərini və onların yaradıcılığı ilə bağlı məlumatları oxucuya (dinləyiciyə) çatdırmaq üçün çox mühüm və vacib olan, günümüzün tələblərinə uyğun iş görüb. “Auidiokitab” elə bir vasitədir ki, dünyanın hər hansı bir yerindən istədiyin anda əlçatan olur. Təyyarədə, qatarda, gəzinti zamanı, avtomobildə, tıxaclarda belə bizim kitabları asanlıqla dinləmək olur. Ümidvarıq ki, tez bir zamanda “Auidiokitab” dünyada yaşayan soydaşlarımızın daha da sıx birləşməsi üçün ən mühüm təbliğat vasitələrindən birinə çevriləcək. Bu gün “Audiokitab”da xaricdə yaşayan soydaşlarımızın ailələri, onların övladları və özlərinin dilimizə yadlaşmamaları üçün müxtəlif səpkili - həm uşaqlar, həm də böyüklər üçün ədəbiyyatlar səsləndirilib”.

H.Həsənov vurğulayıbı ki, “Audiokitab” ümumtəhsil və ali məktəblərdə təhsil alanlar üçün bütün ədəbiyyatlara, tarixi mühazirələrə xüsusi önəm verib və bütün bunlar auidiokitab tətbiqində öz əksini tapıb. O qeyd edib ki, hər bir tələbə, hər bir şagird asanlıqla bu kitabları yükləyib istifadə edə bilər. “Statiskaya görə, bu gün ölkəmizdə gözdən əlilliyi olan 40 mindən çox vətəndaşımız var. Onların 8 minə yaxını uşaqlardır. Ümumiyyətlə, dünyada göz zəifliyindən əziyyət çəkən minlərlə insan, o cümlədən soydaşlarımız var. Görmə qabiliyyəti olmayan insanların cəmiyyətdən təcrid olunmaması üçün “Auidiokitab” onlara yardım edərək, ədəbiyyatımız, tariximizlə yaxından tanış olmaları üçün müstəsna rol oynayacaq. İndiyə qədər 400-dən çox müxtəlif səpkili kitab səsləndirilib”.

Bu işlə məşğul olan digər şirkətlərlə rəqabətə gəlincə, H.Həsənov qeyd edib ki, rəhbərlik etdiyi şirkətin təqdim etdiyi layihəyə mobil telefon vasitəsilə istənilən məkanda qulaq asmaq olar. “Başqa şirkətlərin olub-olmamasından xəbərim yoxdur. Ola bilər ki, onların fəaliyyəti respublika daxilində olsun və onlar məhsullarını disk şəklində təqdim etsinlər. Ancaq bizdə tamam başqadır. Dünyanın bütün yerlərində mobil telefon vasitəsilə bizə qulaq asmaq olur” - deyə Həsən Həsənov bildirib.

İradə SARIYEVA,
ZiM.Az



.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalıda yaşayan tanınmış el ağsaqqalı ŞƏMİSTAN HƏSƏNOV vəfat edib

Borçalı, Nekroloqlar
Həsən Həsənov Poznan Universitetində məruzə edib

Həsən Həsənov Poznan Universitetində məruzə edib

Diaspora, Dünya
Yeni kitab: “Qabal – bura Vətəndir”

Yeni kitab: “Qabal – bura Vətəndir”

Qabal, "Region-Press"
Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub

Azərbaycan səfiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub

Bolus
Marneulidə keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ö ...

Marneulidə keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ö ...

Borçalı
Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və  ...

Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və ...

Folklor, Bolus
Məşhurların övladları: HƏSƏN HƏSƏNOVun alim oğlu - ZAUR HƏSƏNOV

Məşhurların övladları: HƏSƏN HƏSƏNOVun alim oğlu - ZAUR HƏSƏNOV

İctimai elmlər, Tarix, Avropa
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
Marneulinin meri Fiziki cəhətdn qüsurlu şəxslərlə görüş

Marneulinin meri Fiziki cəhətdn qüsurlu şəxslərlə görüş

Borçalı

"NUR OCAĞI" Ədəbi-bədii Məclisi - dünənimiz, bu günümüz, sabahımız...

QHT, Köşə yazılar
Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Mədəniyyət, Tv, Bolus
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Humanitar elmlər
Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu  ...

Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu ...

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanda GAXA.ge adlı yeni sayt fəaliyyətə başlayıb

Gürcüstanda GAXA.ge adlı yeni sayt fəaliyyətə başlayıb

Borçalı
Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Tiflis, Diaspora
ADNSU “Mütaliə mədəniyyəti və milli mentalitet” adlı layihəyə start verib

ADNSU “Mütaliə mədəniyyəti və milli mentalitet” adlı layihəyə start verib

ADNSU
Azərbaycanlı professor  Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Azərbaycanlı professor Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Rusiya
FƏRQANƏ MƏHYƏDDİNQIZI:

FƏRQANƏ MƏHYƏDDİNQIZI: "Təlimdə şifahi nitq, bacarıq və vərdishlərin inkiş ...

Elmi Məqalələr, Müsabiqə
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qonaqların gözü ilə

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qonaqların gözü ilə

Humanitar elmlər
Rəy yazın: