Azərbaycanlı yazıçının kitabı Almaniyada çap olunub

Azərbaycanlı yazıçının kitabı Almaniyada çap olunubAzərbaycanlı yazıçının kitabı Almaniyada çap olunub Azərbaycanlı yazıçının kitabı Almaniyada çap olunub Yazıçı-publisist Vüqar Dəmirbəylinin Azərbaycan nağıllarının motivləri əsasında yazdığı "Məlikməmmədin başına gələn inanılmaz əhvalat və başqa Azərbaycan nağılları" kitabı alman dilində nəşr olunub.
Alman - Azərbaycan Ziyalıları Birliyinin (AAZB) təşəbbüsü və təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlindəki “Azərbaycan evində” kitabın təqdimatı və müəlliflə görüş keçirilib.

Görüşdə Azərbaycanın Almaniyadakı Səfirliyinin birinci katibi Rüfət Həmidov, alman ictimayətinin nümayəndələri, o cümlədən şərqşünas alim, professor Udo Ştaynbax, Berlin Azad Universitetinin əməkdaşı Dr. Enrico Seevald və başqa ziyalılar, həmçinin, soydaşlarımız iştirak edib.

AAZB-nin sədri Naibə Şirinova qonaqları salamlayaraq hər bir ölkənin təbliğində, dövlətçilik ənənələrinin tanıdılmasında, xalqın mədəniyyətinin qorunub saxlanmasında ədəbiyyatın böyük rolu olduğunu qeyd edib. O, dastanların, əfsanə və nağılların hər bir xalqın ədəbiyyatında olduğu kimi Azərbaycan ədəbiyyatının da mühüm hissəsi sayıldığını deyib. Daha sonra N.Şirinova qələmi ilə təkcə Azərbaycanda deyil, Almaniyanın ədəbi mühitində də tanınan Vüqar Dəmirbəylinin həyat və yaradıcılığından danışaraq yazıçının Frankfurtun Qrössen Van (Grössen Wahn) nəşriyyatında alman dilində çap olunmuş "Məlikməmmədin başına gələn inanılmaz əhvalat və başqa Azərbaycan nağılları" kitabı haqqında məlumat verib.

Görüşdə iştirak edən Qrössen Van nəşriyyatının nümayəndəsi və redaktoru xanım Edit Engelman müəlliflə birgə işindən danışaraq kitabla bağlı təəssüratlarını bölüşüb. O, müəllifin Azərbaycan xalq nağıllarının motivləri əsasında yazdığı hekayələrin gözəlliyindən, dərinliyindən bəhs edərək Azərbaycan haqqında təsəvvürünün genişləndiyini qeyd edib.

Sonra müəllif Vüqar Dəmirbəyli kitabın yaranma ideyasından, gələcək planlarından danışaraq tədbir iştirakçılarına „Məlik Məmməd“ və „Qız qalası“ nağıl-hekayələrindən hissələr oxuyub.

Tədbirdə gənc soydaşımız Oqtay BədəliAAZB-nin üzvü Matias Volf katabdakı "İlanlar padşahı" nağıl-hekayədən bir hissəni qonaqlara təqdim ediblər.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Avropa, Diaspora
Azərbaycanlılar Almaniyada mitinq keçirib

Azərbaycanlılar Almaniyada mitinq keçirib

Avropa, Diaspora
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Gənc iqtisadçı alimlə görüş

Gənc iqtisadçı alimlə görüş

Digər ali məktəblər, İqtisadiyyat
Berlində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib

Berlində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib

Avropa, Diaspora
Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Avropa
Tiflisdə

Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib

Borçalı, Tiflis
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Yeni nəşrlər, Regionlar
Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

AzTU
Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Borçalı, "Region-Press"
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
AzTU-da tanınmış şəxslər tələbələrə həyat hekayələrindən bəhs ediblər

AzTU-da tanınmış şəxslər tələbələrə həyat hekayələrindən bəhs ediblər

AzTU
AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

AzTU
Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şə ...

Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şə ...

Bolus
Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Humanitar elmlər
TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

Təbriklər
“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

"Şərqin səsi"
Rəy yazın: