RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..
Əziz dostlar!
Diqqətinizə çatdırırıq ki,
2017-ci il dekabrın 20-də saat 14.00-da
Azərbaycan Yaziçilar Birliyinin Natavan klubunda
mərhum şair, tərcüməçi, ədəbiyyatşünas
Vilayət Rustəmzadənin anadan olmasının
80 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.
Böyük məmnuniyyyətlə, Sizləri - Bütün Vilayətsevərləri
həmin tədbirə dəvət edirik.

Rüstəmzadə Vilayət Məhəmməd oğlu — tanınmış şair, tərcüməçi, ədəbiyyatşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968).

1937-ci il avqustun 12-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Bala Muğanlı kəndində anadan olmuşdur.

1957-ci ildə Marneuli Dövlət Pedaqoji Məktəbini, 1964-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

İlk mətbu şeiri - "Tut kötüyü" 1956-cı ildə Marneulidə - "Stalin yolu" qəzetində çap olunmuşdur.

Əmək fəaliyyətinə "Azərnəşr"də tərcüməçi-redaktor kimi başlamışdır.

1968-1971-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur.

RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!.. Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyinin aparatında çalışmış, daha sonra pedaqoji fəaliyyətlə məşğul olmuş, M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti), Azərbaycan Dövlət Universitetində (indiki BDU) SSRİ xalqları ədəbiyyatını tədris etmişdir.

"Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının müdiri(1974-1980), "Azərnəşr"də böyük redaktor (1983-1989), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı (yeddi dildə nəşr edilən) "Sovet Azərbaycanı" qəzetinin baş redaktoru, "Azərnəşr"də böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr Mərkəzinin məsul katibi, "Türk dünyası" jurnalının baş redaktorunun birinci müavini, "Amal" qəzetinin baş redaktorunun birinci müavini vəzifələrində çalışmışdır.

Vilayət Rüstəmzadə rus poeziyasından və nəsrindən bir çox nümunələri, o cümlədən N.Nekrasovun “Rus qadınları”, A. Blokun “Lay-lay” əsərlərini və Yuqoslaviya hekayələrini, R.Həmzətovun “Mənim Dağıstanım” kitabını, Rəmz Babacanın "Dirilik suyu" poemasını Azərbaycan dilinə, H.Cavidin “Ana”“Uçurum” pyeslərini rus dilinə çevirib. O, “Oxu, bülbülüm” (1996), “Qəlbimin gözü ilə” (1979), “Ağlama məhəbbətim” (1989) poetik toplularının müəllifidir.

Vilayət Rüstəmzadə SSRİ xalq artisti İsmayıl Dağıstanlının kürəkəni idi.

Alllah rəhmət eləsin!... Ruhun şad olsun, Vilayət Rüstəmzadə!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Bədii Tərcümə, Tiflis
Əziz Şərif

Əziz Şərif

Naxçıvan, Ədəbi əlaqələr, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Regionlar, Təbriklər
TALIB NİKBİN (1938-2020)

TALIB NİKBİN (1938-2020)

Bolus
İsıqlı adamın çəkilməmiş portreti

İsıqlı adamın çəkilməmiş portreti

Bədii Tərcümə, UNUTSAQ, UNUDULARIQ!....
Dağlara söykənən şair - AĞASƏFA

Dağlara söykənən şair - AĞASƏFA

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Professor ƏJDƏR AĞAYEV vəfat edib

Professor ƏJDƏR AĞAYEV vəfat edib

Nekroloqlar
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Xalq Şairi Söhrab Tahir vəfat edib...

Xalq Şairi Söhrab Tahir vəfat edib...

Nekroloqlar, Cənubi Azərbaycan
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
İşıqlı adam

İşıqlı adam

UNUTSAQ, UNUDULARIQ!....
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

Mədəniyyət, Borçalı, Təbriklər
Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

"Zirvə", Nekroloqlar
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
Rəy yazın: