44 GÜNLÜK XATİRƏ

44  GÜNLÜK  XATİRƏ Xatirələr... Bizi yaşadan xatirələr çoxdur, amma həyatım boyu unuda bilməyəcəyim xatirələr içərisində yaddaşlara həkk olan Qarabağ uğrunda 44 günlük II Vətən Müharibəsi əsas yer tutur. Müharibə başlandığı gündən keçirdiyim bütün həyəcanlar qələbə sevinci ilə birgə 44 günlük xatirə albomumda silinməz iz buraxıbdır.

Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində planlı şəkildə Ermənistan və bu ölkə tərəfindən dəstək alan Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan arasında baş vermiş etnik və ərazi münaqişəsi son vaxtlar həddini aşmışdır.
Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin gərginləşməsi hər birimizi ermənilərlə döyüşə hazır vəziyyətə gətirmişdi.
Son günlər cəbhədən gələn xəbərlər ürəkaçan deyildir. Çoxları kimi mənim də səbr kasam dolmuşdur.
2020-ci ilin sentyabr ayının 26-dan 27-nə keçən gecə keçirdiyim narahatçılıq üzümüzə açılan səhərin sanki, qara rəngə boyandığından xəbər verirdi.
Tez-tez sosial şəbəkələrdən, saytlardan və televiziya kanallarından izlədiyim son xəbərlərdən məlum oldu ki, 27 sentyabr səhər saat 6:00-da yaradılmış təmas xətti boyunca qarşıdurmalar başlamışdır. Digər xəbərlərdən biri isə möhtərəm Prezident İlham Əliyevin yaranmış vəziyyətlə bağlı “Əmr” komandasını verməsi idi. Düzü bu xəbəri oxuyanda həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, otuz ilə yaxın düşmən ayağı altında inildəyən, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda savaşa başlayırdıq. Kədərləndim ona görə ki, bu savaşda qanlar töküləcək, ana-ataların və qız-gəlinlərin gözü yaşlı qalacaq, uşaqlar atasız böyüyəcəkdir. Birinci Vətən Müharibəsində olduğu kimi... Urəyimin dərinliyində isə qəribə bir hiss vardı. Qarabağ uğrunda döyüşlərdə qalib gələ biləcəyimizi bildirən bir hiss...

Ölkədə sınaq dolu ağır və çətin günlər başladı. Azərbaycanda hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi. Bu sadə insanları çaşdırsa da təmas xəttindəki son vəziyyət bunu belə tələb edirdi.
1994-cü il may ayının 12-də bağlanan atəşkəsdən sonra Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasındakı 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 8-dək olan silahlı qarşıdurma xalqımıza dözülməz və dəhşətli günlər yaşatdı. Bəli, məhz beynəlxalq səviyyədə müsbət həllini tapmayan Ermənistan höküməti tərəfindən yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı münaqişələrin gərginləşməsi və ermənilər tərəfindən son vaxtlar atəşkəsin pozulması Qarabağ uğrunda II Vətən Müharibəsinin başlanmasına əsaslı səbəb oldu. Azərbaycana hərbi dəstək verməklə qardaş Türkiyə bütün dünyaya müsəlman ölkələrinin birliyini və Türk dünyasının böyüklüyünü beynəlxalq aləmdə bir daha təsdiqlədi.
İlk günlərdən Qarabağ uğrunda gedən döyüşlərin nə vaxt bitəcəyini hamı kimi mən də səbirsizliklə gözləyirdim. Müharibənin uzandıqca xalqımıza yaşadacağı çətinliklərlə yanaşı verəcəyimiz itkiləri düşünürdüm. Rastlaşdığım insanların üzündəki çaşqınlığı aydın sezsəm də, onların danışığından bəlli olurdu ki, qələbəyə inam çoxdur. Darda olan Vətənin harayına səs verən, könüllü cəbhəyə yollanan qorxmaz oğullarımızın rəşadəti də bu inamı artırırdı. Böyükdən kiçiyə qədər hamı cəbhə xəbərlərini izləyir və hərbiçilərimizə bacardıqları köməyi edirdilər. Milli Ordumuzun gücünə arxayın olaraq hamı kimi mənim də torpaqlarımızı geri ala biləcəyimizə ümidim böyük idi. Mövqeyindən, təbəqəsindən və siyasi əqidəsindən asılı olmayaraq möhtərəm Prezident İlham Əliyevin “Dəmir yumruq” əməliyyatında birləşən insanların gücü bu ümidin doğrulacağına əminlik yaradırdı.
Azərbaycanın bütövlüyü uğrunda canından keçən, öz qanlarını azad etdikləri torpaqlarda tökərək şəhidlik zirvəsinə ucalan oğullarımızın, eləcə də yaralıların xəbəri ürəkləri dağlayırdı. Cəbhədə qızğın döyüşlər gedirdi. Qarabağ uğrunda döyüşlərə qatılanların igidliyi, cəsarəti dillər əzbəri idi. Sumqayıt şəhərində yaşamış 19 yaşlı əsgər Cəbrayıl Dövlətzadənin sentyabr ayının 28-də əks-hücum əməliyyatında on bir zabitlə birlikdə komanda məntəqəsi uğrundakı döyüşdə, - Siz gəlməyin, yolunuzu gözləyəniniz var. Subayam, mən gedəcəyəm, - deyib, irəli atılması, əlbəyaxa döyüşdə erməni generalını və polkovnikini boğaraq öldürməsi, ölümündən sonra Milli Qəhrəman adına layiq görülən, Tovuz hadisələrində şəhid olan Polad Həşimovun qisasını mərdliklə alaraq şəhidlik zirvəsinə ucalması gənclərimizə əsl qəhrəmanlıq nümunəsidir. Bir “Vətən yaxşıdır” nəğməsi ilə dillər əzbəri olan 22 yaşlı gizir Xudayar Yusifzadənin Tovuz döyüşlərindən sonra Füzuli, Kəlbəcər və Zəngilanın azad olunması uğrundakı döyüşlərdə vuruşması, 22 oktyabrda Zəngilanın Ağbənd qəsəbəsi istiqamətində gedən döyüşdə tapşırığı yerinə yetirərkən şəhid olması xəbərini eşitmək olduqca ağır və acınacaqlı idi. Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda döyuş meydanlarında yaralı hərbiçilərimizə tibbi yardım göstərən və Qubadlı rayonunda oktyabr ayının 23-də şəhid olan çavuş və hərbi feldşer, iki uşaq anası Arəstə Baxışovanın qorxmazlığı Azərbaycan qadınının kişi hünərinə bərabər olan cəsarətindən söz açır. Özünün və iki övladının taleyini deyil, Ana Vətənin azadlığını düşünən müharibənin ilk şəhid xanımı Arəstə Baxışovanın qəhrəmanlığından qürur duyuruq. Vətən eşqi, sevgisi ilə 44 günlük müharibədə iştirak edən hər bir əsgər və zabit yeni tariximizi yazdı və yadda həmişəlik qaldı.
27 sentyabr 2020-ci ildən başlanan İkinci Qarabağ müharibəsində erməni silahlılarına qarşı əks-hücum nəticəsində oktyabr ayının 03-də Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, 04 oktyabr 2020-ci ildə isə Cəbrayıl rayonu və bir sıra kəndləri azad olan ilk torpaqlarımız oldu. Sonra isə 17 oktyabrda Füzuli, 18 oktyabrda Zəngilan və 25 oktyabrda Qubadlı rayonları Milli Ordumuzun qüdrəti və “Dəmir yumruq” əməliyyatı altında birləşən müxtəlif təbəqədən olan insanların gücü hesabına işğaldan azad olundu. İşğaldan azad olunan ilk torpağımız Suqovuşana uçrəngli bayrağımızı sancan hərbçimiz İlkin Fərzəliyevin əli düşərli oldu. Ardınca digər işğal altında olan torpaqlarımız azad olundu və hər birində bayraqlarımız yüksəklərdə dalğalandı. Ərazilərimizin azad olma sevincini təkcə, torpağından didərgin düşmüş məcburi köçkünlər yaşamırdı. Bu, əllərində üçrəngli bayrağımız küçələrə axışıb bir-birini təbrik edən insanların, bütün xalqımızın sevinci idi
İtkilərimizin sayı artsa da cəbhədən xoş müjdələr də gəlməkdə idi. Camaat arasında gəzən söhbətlərdən bəlli olurdu ki, əsgərlərimiz Şuşadadır. Noyabr ayının 08-də Şuşanın tam azad olması ilə bağlı qələbə sevincli xəbərlər dövlət başçımız, qalib sərkərdə İlham Əliyevin məlumatından sonra təsdiqləndi. Tarixə qalib sərkərdə kimi adı yazılan ölkə başçısının “Şuşa sən azadsan” kəlmələrinin sədası hələ də qulaqlarımdadır. Bəli, ordumuzun Şuşa Qalasına sancdığı ücrəngli bayrağımız bir daha enməyəcəkdir. Milli Ordumuza və dövlətimizə inam və rəğbətin təcəssümü olaraq insanlar küçələrə axışıb böyük zəfəri qeyd edirdilər. Noyabr ayının 10-da isə üç dövlət – Azərbaycan, Ermənistan və Rusiya arasında saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. Pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin və rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan 44 günlük müharibədə işğal olunmuş qədim torpaqlarını geri qaytaran Azərbaycan həmçinin Türkiyə və İranla həmsərhəd olan Naxçıvan dəhlizini əldə etməyə nail oldu. Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın nəzarəti altında olmayan hissəsində isə ən azı beş il müddətinə 2000 rus sülməramlı qüvvələri yerləşdirildi. Bu bəyanata əsasən noyabr ayının 20-də Ağdam, həmin ayın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın geri qaytarıldı. Azərbaycan 44 gün davam edən Qarabağ uğrundakı müharibədə 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın azadlığı naminə sülh yolu ilə razılıq əldə edə bilməyən beynəlxalq təşkilatlara və dövlətlərə özünün güclü və basılmaz dövlət olduğunu sübut edərək böyük zəfər çaldı. Bu zəfərə bütün Türk dünyası, dost ölkələr sevindi.
Həyatda yaşayıb yaratmaq arzusu yarımçıq qalan, şəhidlik zirvəsinə ucalmaqla qəhrəmanlıqları ilə xatirəyə dönən 2783 nəfərin qısa ömrü tarix boyu yaşayacaqdır. Əsrlər keçsə də şəhidlik zirvəsinə ucalan igidlərimizin adı uca tutulacaq və onların göstərdiyi nümunə yeni nəslə örnək olacaqdır. Müstəqil, sivil Azərbaycanın ərazi bütövlüyü yeni nəslə əmanətdir.
Azərbaycan xalqı “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə Vətənin candan əziz və dəyərli olduğunu minlərlə şəhid verməklə və zəfər yürüşü ilə dünyaya sübut etdi. Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə əməl edən və yarımçıq qalmış arzularını həyata keçirən qalib tarixi sərkərdə, möhtərəm Prezident İlham Əliyev qətiyyətli əmri ilə Azərbaycanın özünümüdafiə gücünün tükənməz və polad kimi möhkəm olduğunu bəşəriyyətə bəyan etdi.

Vətən yolunda canından keçən şəhidlərimizin qanı bahasına Azərbaycan tarixinin şanlı səhifəsinə düşən 8 Noyabr – Zəfər Bayramı əsrlər boyu həqiqətlərin carçısı kimi qalacaqdır. 44 günlük xatirənin yaşatdığı əsrlərin xatirəsinə çevrilərək doğma torpağa, Ana Vətənə olan məhəbbətin təcəssümünün təsvirinə çevriləcəkdir. Ölməz şəhidlərin adlarını yaşatmaq, bu gündən sabaha inamla boylanıb keçmişimizlə öyünmək, soyumuz və kökümüzlə qürur duymaq, tarixi həqiqətləri gələcək nəsillərə ötürmək Qarabağ Azərbaycandır, deyən hər bir Azərbaycan vətəndaşının borcudur. Bu, önəmli və ən ümdə vəzifəmz, Vətən qarşısında vətəndaşlıq borcumuzdur! Qarabağ Azərbaycandır!

44 günlük II Vətən Müharibəsində şəhid qanı ilə sulanan yollar bizi doğma və azad torpaqlarımıza aparır. Məcburi köçkünlük həyatı yaşayanlar daha köçkün adını daşımır. Dədə-baba yurdlarına qayıtmaq onlara nəsib oldu. Azad olunmuş torpaqlara yeni nəfəs dəyir, bu nəfəs uzun illər düşmən tapdağı altında qalan doğma torpaqlarımızı dirçəltmək istəyi ilə hər tərəfə yayılır. Doğma Qarabağa gedirik... Xarı bülbül bizi səsləyir...

RƏNA TƏBƏSSÜM
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid İSABALA HÜSEYNOV  (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Şəhid İSABALA HÜSEYNOV (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

"Mən Şirvanın səsiyəm", "Elm və Təhsil"
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
Şəhid ORXAN MƏHƏRRƏMOV  (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Şəhid ORXAN MƏHƏRRƏMOV (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar
QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.0 ...

QARABAĞDA İZİ QALDI CƏSARƏTİN... Şəhid Cəsarət Xaliq oğlu Səfərov (27.0 ...

ŞƏHİDLƏRİMİZ
İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

Qarabağ, Biologiya və tibb elmləri
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
Botanika İnstitutunda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Botanika İnstitutunda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Biologiya və tibb elmləri
ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

Qarabağ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Şəhid  MİXAİL HƏMİDOV (18.12.1983-23.10.2020)

Şəhid MİXAİL HƏMİDOV (18.12.1983-23.10.2020)

UNUTSAQ, UNUDULARIQ!....
AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU
Ruhunuz qarşısında baş əyiririk

Ruhunuz qarşısında baş əyiririk

ADPU, UNUTSAQ, UNUDULARIQ!....
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
Rəy yazın: