MƏTİN OĞUL

MƏTİN OĞUL İnsan dünyaya gələndə ona verilən ad bir ömür boyu həyatının işığına çevrilir.
Bu işıq onun əməllərini nurlandırır. Belə bir ifadə var: Adına layiq oğul. Haqqında söhbət açdığım Mətin də adına layiq oğullardandır. O, sevdiyi ixtisas üzrə mətin addımlarla zirvəyə doğru irəliləyir və hamının sevimlisinə çevrilir.
Bəli, bu günlərdə nəinki oxuduğu məktəb kollektivinin, yaşadığı şəhərin, bütünlükdə respublikanın adını dünya miqyasında uca etməsi hər kəsi sevindirib.


Haqqında söhbət açdığım - Dünya Biologiya Olimpiadasında qızıl medala layiq görülmüş Sumqayıt şəhər 15 saylı tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı ilə təhsil aldığı məktəbdə görüşüb ondan müsahibə aldım. Həmin müsahibəni, əziz oxucular, ixtiyarınıza təqdim edirəm:


MƏTİN OĞUL- Mətin, öncə, sənin uğurlarına vəsilə olan biologiya müəllimən Nəzakət İmaməliyevaya dərin təşəkkür ifadə etmək istəyirəm ki, o sənə biologiya fənnini ürəkdən sevdirib və sənə bütün biliyini, səyini əsirgəməyib. Valideynlərin səni kimyaçı görmək istəyiblər. Özünsə pilot olmaq istəmisən. Ancaq biologiya fənninə hədsiz sevgin üstünlük təşkil etdi. Ümumiyyətlə, Dünya Biologiya Olimpiadasına uğur yolun necə oldu?

- Nəzakət müəllimə mənə biologiyadan dərs deməklə bərabər, həm də sinif rəhbərimdir. Onun bütün tapşırıqlarını dərhal və məsuliyyətlə yerinə yetirirdim. O məndə bu fənnə sevgimi görüb söyləmişdir ki, sən məhz bu sahənin adamısan. İki il boyunca mən etirazla yanaşırdım, amma müəlliməm təkid edirdi. Axırda müəlliməm yekun sözünü dedi ki, hər ikimiz artıq bu söhbətdən yorulmuşuq, ancaq səni müsabiqəyə göndərəcəyəm. Əgər nəticə olmazsa, bir daha səni bu mövzuda narahat etməyəcəyəm. Müsabiqəyə getdim və gözləmədiyim halda yaxşı nəticə qazandım. Xüsusi hazırlığım yox idi. Sadəcə orta məktəbdən aldığım biliklər əsasında yüksək yer tutdum. Sonra aşağı yaş qrupu üzrə olimpadaya hazırlıq komandasına dəvət olundum. Bir il ərzində professional müəllimdən dərs aldım. Bundan sonra respublika fənn olimpiadasında səkkizinci sinifdə oxumağıma baxmayaraq doqquzuncu siniflər arasında gümüş medal qazandım. Növbəti ildə artıq aşağı yaş qrupları üzrə dərslərdə iştirak etdiyimə görə yuxarı yaş qrupunun seçmə imtahanlarına dəvət olundum və yaxşı nəticə əldə etdim. Daha sonra beynəlxalq olimpiadanın seçmə imtahanlarına qatıldım, yeddi imtahan verdim və yaxşı nəticə qazanaraq ilk dördlüyə düşdüm. Bir daha müxtəlif təhsil müəssisələrinin ixtisas üzrə əməkdaşlarından, elm adamlarından, professorlardan dərs aldım. Beynəlxalq biologiya olimpiadasının nəzəri imtahanlarından əlavə, təcrübi imatahanlarında da daha yaxşı təcrübə qazanmaq üçün İran İslam Respublikasına iki dəfə səfərə getdim. İki həftəlik gərgin çalışmam ilə səfərimi başa vurdum. Bunun nəticəsində komandamız həmin il bir bürünc və bir həvəsləndirici mükafata layiq görüldü. Mənə ən aşağıyaşlı mükafatçı nominasiyası üzrə həvəsləndirici mükafat verdilər. Növbəti illərdə artıq təcrübəli və yetkin olduğum üçün daha fərqli və məsuliyyətlə çalışdım, əlavə hazırlıqlara getdim, müəyyən səviyyəyə nail oldum və Türkiyə milli komandası ilə hazırlaşmağa başladım. Ciddi və ağır dərslərdən sonra olimpiadaya qatıldım. Əlbəttə ki, uğurumda bütün müəllimlərimin əvəzsiz rolu vardır. Çox yaxşı nəticə əldə etdim. Adətən insanlar yazırlar və deyirlər ki, bu, xüsusi, fitri istedadla bağlıdır. Ancaq gün ərzində sadəcə olaraq on dörd saat çalışmaqla əsas nəticə əldə etmək mümkündür. Olimpiadaya əslində ev sahibliyini Yaponiya edirdi. Mövcud məlum şəraitə görə ənənəvi imtahan ləğv olundu, alternativ yol seçildi, müsabiqə tipli 31-ci Beynəlxalq biologiya Olimpiadası təşkil olundu. Bu heç də ənənəvidən geri qalmırdı, əksinə daha çətin idi və professional hazırlıq tələb edirdi. Ənənəvi imtahan canlı, hər şey göz önünüdə olduğu halda bu format ilk dəfə idi onlayn şəkildə keçirilirdi. Buna görə də daha geniş miqyasda hazırlaşmalı olduq ki, qarşımıza çıxan hər hansı problemi həll edə bilək. Əlbəttə, ümidli, özümə arxayın idim. Çünki əvvəlki illərə nisbətən daha ciddi, məsuliyyətlə çalışmışdım.

- Uğurlu nəticəni biləndə hansı hissləri keçirdin?

- Nəticə elan olunanda mən dərsdə idim. Avqustun 12-si imtahan yekunlaşandan 12 gün sonra cavablar müəyyənləşməli idi. Bunu gözləmək həyəcanlı idi. Ayın 24-də imtahan cavablarının çıxacağını unutmuşdum. Birdən bacım zəng elədi ki, qızıl medal qazanmısan. Bir an şok yaşadım. Müəllimimdən üzrxahlıq edib dərsdən yayındım və uğurumu təsiqləyəndən sonra bir daha donub qaldım, çox sevindim və qürurlandım. Bəli, qızıl medal qazanmağıma həqiqiətən inamım böyük idi. Amma tərəddüd edirdim. Çünki dünyanın bütün ölkələrinin iştirkçıları ilə ünsiyyətdə olmuşdum və onların hazırlıq prosesi bizimlə müqayisədə fərqli idi. Buna görə də həyəcan hissim təbii idi. Nəhayət, adımızın dünya birinciliyində öndə çəkilməsi məni hədsiz sevindirdi.

- Orta məktəbi bitirməyinə bir il qalıb. Gələcəkdə niyyətin, arzu, istəyin nədən ibarətdir?

- Bio-tibbi elmlər üzrə mütəxəssis, elm adamı olmaq istəyirəm. Bunu üçün müntəzəm şəkildə oxumaq, arzumu həyata keçirmək istəyirəm. Atam Mahal Muradov Sumqayıt Dövlət Universitetinin dosentidir, elmi dərəcəsi vardır. Anam Könül Vəliyeva Texniki Kollecdə laboratoriya müdiridir, kimya elmləri üzrə mühəndisdir. Hər ikisi kimyaçı olduqları üçün istəyirdilər ki, mən də onların davamçısı olum. Lakin Nəzakət müəlimənin biologiyanı mənə sevdirməsi və üzərimdə böyük zəhmət çəkməsi sayəsində artıq həyat mövqeyimi müəyyənləşdirmişəm və bu yolda uğurlarımı davam etdirmək niyyətindəyəm...

- Mətin, sənə gələcəkdə daha mətinliklə və uğurla addımlamağı arzulayıram!

Sevincin daim bol olsun!

Əziz oxucular, bu arada Mətinin təhsil aldığı 15 saylı tam orta məktəbin direktoru, “Tərəqqi” medallı Elmira Yaqubova ilə də həmsöhbət oldum. O, aşağıdakıları söylədi:

- Şagirdlərə diqqətlə yanaşmaq əsas iş prinsipimdir. Özümdən asılı deyil, uşaqları hədsiz dərəcədə çox istəyirəm: İstər oxuyan, istərsə də bir az dəcəl olsun, yəni oxumaqdan yayınmaq istəyən, fərqi yoxdur. Mənim üçün əsas, önəmli olan şagirdlərdə Vətən sevgisidir, müəllimlərinə, valideynlərinə hörmətdir. Harada işləmişəmsə, çalışmışam uşaqları yaxından tanıyam. Bu məktəbə direktor təzə təyin olunanda təbii ki, şagirdləri yaxşı tanımırdım. Ona görə də bütün uşaqları qapının önündə özüm qarşılayırdım. Şagirdin geyimi, saç düzümü, dərsə intizamı çox söz deyir. Beləliklə, müəllim-pedaqoq olaraq məktəbdə kimlərin oxuduğunu aydın şəkildə görürdüm. Öz aləmimdə onları qruplara bölürdüm ki, daha çox kimlərlə məşğul olmalıyıq. Bundan əlavə, bütün dərslərdə iştirak etməyə çalışırdım. Şagird-müəllim münasibətlərini izləyirdim. Eyni zamanda, şagirdlərin tədrisə necə yanaşması əlbəttə ki, məni çox maraqlandırırdı. Mətin səkkizinci sinifdə oxuyarkən, bu sinfin şagirdləri mənim diqqətimi hədsiz dərəcədə özlərinə çəkdi. Xüsusən də Mətin. Nəzakət müəllimənin tələbkarlığı, əməyi sayəsində o, ardıcıl şəkildə şəhər daxili və xarici olimpiadalarda uğurla iştirak etdi. Biz Mətini hər dəfə arxayınlaşmağa qoymamamışıq, daha yüksək nəticələr əldə etməsinə ruhlandırmışıq. Mətin növbəti dəfə olipmiadaya qatılanda mənə söz verdi ki, dünya olimpiadasının qızıl medalını qazanacaqdır. Mən də öz növbəmdə ona dedim ki, əgər qazansan, ayağının altında qurbanlıq qoç kəsəcəyəm. Hətta qızıl saat da alacağam. Mətin mənə zəng edəndə ki, Elmira müəllimə, artıq dünya birincisi olmuşam, qızıl medala layiq görülmüşəm, inanırsız, həmin an sevincimin həddi-hüdudu olmadı. Bunu sözlə ifadə etmək mümkün deyil. Bu uğur bir məktəbin, bir şəhərin deyil, bütövlükdə Azərbaycan təhsilinin nailiyyətidir. 24 ildən sonra biologiya üzrə beynəlxalq olimpiadada dünya birinciliyi əldə etmək qürurvericidir.

Bir sözlə, uğurlarımızın önündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət durur. Və onunla çiyin-çiyinə addımlayan vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi hədsiz diqqət və qayğısının nəticəsidir ki, respublikamızda saysız-hesabsız məktəblər tikilir, təmir olunur, maddi-texniki baza dəyişdirilir, möhkəmləndirilir, müəllimlərə diqqət və qayğı göstərilir, onların əmək haqqları artırılır, fərqlənənlər dövlət mükafatlarına layiq görülür, şagirdlər pulsuz kitablala təmin olunurlar və s. Biz də öz növbəmizdə məsuliyyətlə, əzmkarlıqla çalışmalıyıq. Bu gün bizim üçün sevindirici haldır ki, talantlı, təhsili gözəl təhlil edə bilən, təhsilə qiymət verməyi bacaran Elmir Əmrullayev kimi gənc kadr Təhsil naziri təyin olunub. Ümid edirəm ki, daha uğurlu və sevincli günlərimiz hələ qarşıdadır.

Eyni zamanda, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Dünya Biologiya Olimpiadasında qızıl medala layiq görülmüş Mətin Muradlı ilə görüşüb, bu uğur münasibəti ilə onu təbrik edib, qiymətli hədiyyələrlə mükafatlandırıb. Bəli, şəhər rəhbərliyinin təhsil sahəsinə olan diqqəti, qayğısı, tələbkarlığı da bizim nəticələrimizin daha sevincli, səviyyəli olmasına gətirib çıxarıb.

- Elmira müəllimə, inanırıq ki, gələcəkdə də uğurlu işləriniz hamımızı sevindirəcək, yeni-yeni üfüqlərə doğru addımlayacaq, bol-bol nailiyyət əldə edəcək, yüksək zirvələri bir daha fəth edəcəksiniz. Bu yolda sizə möhkəm can sağlığı, tükənməz güc va daha çox fədakarlıq arzulayıram!

İlhamə Məhəmmədqızı
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

Regionlar, Məktəblər, "Elm və Təhsil"
TƏLƏBƏ HƏYATI GÖZƏLDİR

TƏLƏBƏ HƏYATI GÖZƏLDİR

"Mən Şirvanın səsiyəm", "Elm və Təhsil"
UĞURLARIN BOL OLSUN, İBRAHİM!..

UĞURLARIN BOL OLSUN, İBRAHİM!..

Məktəblər, Darvaz, İdman
Olimpiada qalibləri ilə görüş

Olimpiada qalibləri ilə görüş

Təhsil
TƏHSİLƏ BAĞLI ÖMÜR

TƏHSİLƏ BAĞLI ÖMÜR

Regionlar, Məktəblər, "Elm və Təhsil"
Təhsil Nazirinin kabinetində yaradılan yerüstü bunkerin maraqlı məqamları

Təhsil Nazirinin kabinetində yaradılan yerüstü bunkerin maraqlı məqamları

Təhsil
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Məktəblər, "Elm və Təhsil"
Yüksək balla AzTU-ya qəbul olunan tələbələr mükafatlandırılıb

Yüksək balla AzTU-ya qəbul olunan tələbələr mükafatlandırılıb

AzTU
Nərgiz Əliyeva: Marneuli 3 saylı ictimai məktəbdə son zəng

Nərgiz Əliyeva: Marneuli 3 saylı ictimai məktəbdə son zəng

Borçalı
ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

Regionlar, Məktəblər
İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

BDU, Borçalı
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
ŞƏRƏFLİ   PEDAQOQ  ÖMRÜ

ŞƏRƏFLİ PEDAQOQ ÖMRÜ

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Qadir insanlar şəhəri - SUMQAYIT

Qadir insanlar şəhəri - SUMQAYIT

Sumqayıt
Onda peşəsinə məhəbbət çox güclüdür

Onda peşəsinə məhəbbət çox güclüdür

Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...

OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...

Mədəniyyət, "Elm və Təhsil"
TƏBRİK EDİRİK!.. Akademik İradə Hüseynova “Ən yaxşı vətənpərvər tədqiqatçı  ...

TƏBRİK EDİRİK!.. Akademik İradə Hüseynova “Ən yaxşı vətənpərvər tədqiqatçı ...

Biologiya və tibb elmləri, Təbriklər
Rəy yazın: