33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunubTƏBRİK EDİRİK!..

2020-ci il avqustun 17-də
yeni Təhsil naziri
Emin Əmrullayev
Simuzər Feyzullayevanı
nazirin müşaviri təyin edib.


Simuzər Rafiq qızı Feyzullayeva -
1987-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
Bakının Səbail rayonunda yerləşən 219 saylı
orta məktəbdə təhsil alıb.
2004-cü ildə 565 balla Bakı Dövlət Universitetinin
"Hüquq” Fakultəsinə daxil olub.
2008-ci ildə Bakı Dövlət Universitetində
hüquqşünaslıq ixtisası üzrə bakalavr,
2010-cu ildə isə magistr dərəcəsi əldə edib.

Simuzər Feyzullayeva 2010-cu ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ magistr proqramında təhil alarkən Vyana şəhərində 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak edib.
Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub.
S.Feyzullayeva 2011-2018-ci illərdə "Baker&Mckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə "KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

Simuzər Feyzullayeva "KPMG Azerbaijan Ltd” şirkətində çalışan zaman – 2019-cu ildə Baş nazirin müavini Yaqub Eyyubovun əmri ilə Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının İşçi qruplarının tərkibinə daxil edilib.

Biz də hörmətli Simuzər xanım Feyzullayevanı Təhsil nazirinin müşaviri vəzifəsinə
təyin edilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az



33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub P.S. :
Onu da bildirək ki, Simuzər Feyzullayeva 1989-1992-ci illərdə Azərbaycan Respublikasının xalq təhsili naziri vəzifəsində çalışmış, 15 sentyabr 1992-ci ildə Azərbaycan Prezident Əbülfəz Elçibəyin Fərmanı ilə Azərbaycan Respublikası müdafiə nazirinin hərbi tədris müəssisələri və xarici ölkələrdə təhsil alanlar üzrə müavini vəzifəsinə təyin olunmuş tanınmış alim, riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Rafiq Babaş oğlu Feyzullayev in qızıdır.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OL ...

SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OL ...

Təbriklər
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Əsas xəbər, Təhsil, Nazirlik
Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Borçalı, Bolus, Təbriklər
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
Rafiq Quluyev Xətai rayonunun İcra Hakimiyyətinin başçısı təyin olunub

Rafiq Quluyev Xətai rayonunun İcra Hakimiyyətinin başçısı təyin olunub

Bakı, Qərbi Azərbaycan
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
Emin Əmrullayev Təhsil naziri təyin olunub

Emin Əmrullayev Təhsil naziri təyin olunub

Nazirlik
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
Akşin Vəzir oğlu VƏLİYEV (1965)

Akşin Vəzir oğlu VƏLİYEV (1965)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Təhsil, Nazirlik
Rəy yazın: