“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş “Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş “Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş 2018-ci il aprelin 24-də
Bakı şəhərinin
Binəqədi rayonundakı
Azər Məmmədov adına
115 №-li tam orta məktəbdə tanınmış şair, Azərbaycan Yazıçılat Birliyinin üzvi Vahid Əzizlə “Vahid Əziz dünyasının möcüzəsi“ adlı görüş keçirilib.


Şairin şeirlərinə bəstələnmiş mahnıların sədaları altında akt zalına daxil olan müəllim, şagird və qonaqları məktəbin direktoru Məsud Babayev salamlayaraq, sevimli şairimiz Vahid Əzizlə keçirilən görüşdən böyük məmnunluq duyduğunu bildirib. Daha sonra direktor qeyd edib ki, Vahid Əzizlə görüş müəllim və şagirdlərin çoxdankı istəyidir və bu görüş poeziya sevərlərə bir hədiyyədir.

Gecənin aparıcısı
məktəbin 10 B sinif şagirdi
Lalə Şirinzadə:


“Şair başdan–başa yanan ürəkdir.
Qovrulub dönmüşəm külə, yanmışam,
Görməyə nə var ki, duymaq gərəkdir.
Necə duymuşamsa, elə yazmışam “ –


misralarını söyləyərək,sevimli şairimiz Vahid Əzizin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, şairin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu və şeirlərinin öz məzmununa görə sevildiyini diqqətə çatdırıb.

Əvvəlcə məktəbin istedadlı şagirdlərinin ifasında Vahid Əzizin məktəb illərini xatırlayaraq doğma məktəbə və əziz müəllimlərə olan sonsuz məhəbbətini əks etdirən şeirləri səslənib.

“Bildiymiz kimi, şairin yaradıcılığının böyük bir qismini məhəbbət mövzusu təşkil edir. Vahid Əziz poeziyasının qayəsi, mayası bəşəriyyətin əbədi “problemi” olan eşqdən yoğrulmuşdur. Məhz elə ona görə də Vahid Əziz şeirlərindən söz deyənlər onu sevgi şairi, məhəbbət şairi, nəğməkar şair adlandırırlar”
– söyləyərək, gecənin aparıcısı məhəbbət və sevgi haqqında şeirləri ifa etmək üçün şagirdləri səhnəyə dəvət edib.

Məktəbin istedadlı şagirdi 10B sinif şagirdi Zaur Babazadə şairin “Sevgidən yazdım ki“ şeirini gözəl məharətlə ifa edib.

Vətənə olan sevgi, doğma torpağa qarşı olan məhəbbət hissi Vahid Əziz yaradıcılığından yan keçməmişdir. ”Övladıyam Azərbaycan elinin", deyən şairin “Anam Vətənim““Qarabağ“ mövzusunda yazdığı silsilə şeirlər
6-cı sinif şagirdləri Amid Səttarov, Fəridə Qasımova,Sona Həsənova, Ömər Heybətov, Cavid Məmmədli, Məhəmməd Nağıyev, Əli Cəfərquliyev tərəfindən “Vətən“ kompoziyası adı altında nümayiş etdirilib.

Daha sonra məktəbin 11-ci sinif şagirdləri Lətifə HüseynzadəFəridə İsmayılzadə şairin “Mənə yüz il ömür arzulamayın“, ”Dayan, vaxtı deyil vidalaşmağın” adlı şeirləri, məktəbin “Buta” mahnı və rəqs ansanblının ifasında şairin şeirlərinə bəstələnmiş “Mehribanın“, “Aman Tello”, ”Bakım mənim“, ”Qurban olum“ mahnıları səsləndirilib. “Mənə yüz il ömür arzulamayın“ musiqisinin sədaları ilə Vahid Əzizin həyatına həsr olunmuş slaydlar görüş iştirakçılarına təqdim olunub.

Görüş iştirakçılarını maraqlandıran suallara cavab verərək çıxış edən şair Vahid Əziz belə bir görürüşün təşkil edildiyinə və onun yaradıcılığına göstərilən diqqətə görə ilk öncə məktəb rəhbərliyinə, “Vahid Əziz dünyasının möcüzəsi“ adlı poeziya gecəsinin təşkilatçısı məktəbin Azərbaycan dili və Ədəbiyyat fənn metod birləşməsinin sədri Nəzakət Cəfərovaya və bütün görüş iştirakçılarına öz minnətdarlığını bildirib. Qeyd edib ki, şairlik onun üçün müqəddəs bir peşədir, ömrünü şeirə, ədəbiyyata həsr etdiyi üçün heç vaxt peşman olmadığını, əksinə poeziyaya, şeiriyyata maraq göstərənlərlə görüşdükcə daha da ruhlandığını bildirib. Şair həmçinin şeirlərə yazılan mahnılar haqqında da ətraflı danışıb, bu günədək 200-ə yaxın şeirinə musiqi bəstələndiyini, təkcə bəstəkar Eldar Mansurovla 75 musiqi ərsəyə gətirdiklərini söyləyib. Bu günkü görüşün xatirələrdə unudulmaz izlər qoyacağını vurğulayan şair yaradıcılığından bir neçə şeirlər səsləndirib.

Görüşün sonunda məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi, şairə İradə Rəvan (Sədyarova) Vahid Əzizə ithaf etdiyi şeiri səsləndirib.

Məktəbin direktoru Məsud Bababyev şairə belə bir görüşün keçirilməsinə verdiyi töhfəyə görə görüş iştirakçıları adından təşəkkürünü bildirərək hədiyyə təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

Daha sonra şair məktəb kitabxanasındakı xatirə albomuna bu günki görüşün onun xatirəsində silinməz iz qoyacağını qeyd edərək məktəb rəhbərliyinə bir daha təşəkkürünü bildirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının əməkdaşı Rahil Şükürov, Loqos Psixoloji və Nitq inkişaf mərkəzinin QHT şöbəsinin rəhbəri, Psixoloji xidmət və Tədqiqatlar İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova, Psixoloji xidmət və Tədqiqatlar İctimai Birliyinin sənədlər şöbəsinin rəhbəri Ləman Ağalarova iştirak edib.

Qeyd edək ki, görüş şair Vahid Əziz və poeziya vurğunları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Nəzakət Cəfərova,
Bakıdakı A.Məmmədov adına
115 №-li tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat
metodbirləşməsinin rəhbəri


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: