Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi Söhbətə başlamazdan öncə bir məsələni qeyd etmək istərdim. Adını unutduğum filosoflardan biri doğru olaraq demişdir ki, “hər bir insan dünyaya müəyyən qədər istedadla gəlir”. Bu doğurdan da belədir. Amma qəbul edilmiş qaydadır həmin istedad-qabiliyyət hamıda eyni səviyyədə, eyni məcralı olmur. Yəni hər bir kəsin istedadı müəyyən sahədə özünü ya göstərir, ya da göstərə bilər. Dediklərimiz çoxlarına aydın olan, izaha ehtiyacı olmayan məsələdir. Burada xüsusi qeyd olunası məsələ odur ki, Allahın-Yaradanın insana bəxş etdiyi istedad-qabiliyyət hələ hər şey demək deyildir. Elə ki istedad zəhmətlə, əziyyətlə birləşir o zaman ortalığa mükəmməl, kamil bir iş çıxır.

Bu mənada Bakı şəhəri Binəqədi rayonu 248 saylı tam orta ümumtəhsil Məktəbinin ibtidai sinif müəllimi Kamilə Mədətovanın adını və fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onu da bildirim ki, bu sətirlərin müəllifi də ixtisasca müəllimdir və bəlkə də elə ona görə övladımı necə deyərlər yaxşı müəllimin sinfinə qoymaq qərarına gəldim. Sözün əsil mənasında, həmin məsələdə xeyli çətinliklərlə üzləşdim. Təsadüfən çoxdan tanıdığım bir şəxs yuxarıda göstərilən məktəbdə yaxşı bir müəllimin olduğunu dedi və mən heç bir tərəddüd etmədən kiçik oğlumu Kamilə xanımın sinfinə yazdırdım. 2015-ci ildən həm bir müəllim, həm də bir valideyn kimi Kamilə müəllimənin fəaliyyətini ümumilikdə və özüm üçün müşahidə etməyə başladım. Təbii ki, bəzən dərs başlamazdan və dərsdən sonra bəzən biz Kamilə xanımla görüşüb hal-əhval tutar, təhsildən və ümumiyyətlə, uşaqların vəziyyətindən xeyli söhbətlər edər, fikirlərimizi bölüşərdik.

Bir ibtidai sinif müəllimi kimi, K.Mədətovanın pedaqoji ustalığına heyran olmamaq sözün əsil mənasında mümkün deyil, Azərbaycan pedaqoji fikir tarixindən bəhs edən professor F.Rüstəmov qeyd edir ki,” demək olar ki, bütün dövrlərin Şərq, o cümlədən də Azərbaycan mütəfəkkirləri göstərirlər ki, öyrətmək prosesində müəllim şəxsiyyəti müstəsna rol oynayır”. Doğrudan da, Kamilə müəllimənin şəxsiyyəti, xarakteri onun şagirdlərinin xarakterinin formalaşmasında, onların davranışlarının müəyyən məcraya düşməsində böyük əhəmiyyət kəsb edir.

Biz bunu öz övladımızın nümunəsində də deyə bilərik. İnkaredilməz faktdır ki, həmişə yenilik bir az çətinliklə, tərəddüdlə qəbul edilir. Ancaq K.Mədətova o müəllimlərdəndir ki, yeniliklə köhnəliyi yaxşı mənada sintez etməyi bacarır. O, bir ibtidai sinif müəllimi kimi, uşaqların adətən nədə çətinlik çəkdiklərini əvvəlcədən özü üçün müəyyənləşdirdiyindən birinci növbədə müəllim və şagird münasibətlərinin psixoloji aspektini həll edir ki, bu da müasir təlimin ən əsas cəhəti hesab olunur. Çoxlarına elə gəlir ki, kiçikyaşlı uşaqlarla işləmək asandır.

Amma əslində həmin uşaqlarla işləmək olduqca çətindir.

Bir məsələni bilmək lazımdır ki, kiçikyaşlı uşaqlarla yaradıcı işləmək üçün gərək onların hər birinə fərdi-individual yanaşasan, dillərini biləsən. Bunun üçünsə gərək onları sevəsən. Necə ki, Kamilə müəllimə bunu bacarır. Mən bir ali məktəb müəllimi kimi, özü də Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi kimi, tam məsuliyyətlə deyə bilərəm ki, Kamilə xanım öz işinə əsil novator kimi yanaşır, onun sinifdə davranışı, uşaqları başa çalmaq taktikası, bacarığı əsil pedaqoji ustalıq nümunəsidir. Bu insan anasının qucağından təzəcə ayrılan körpələrlə özü arasında elə bir qırılmaz bağ, əlaqə qurmağı bacarır ki, buna ancaq və ancaq qibtə etmək olar.

Kamilə Mədətova hər şeydən öncə əsil insandır, əsil Azərbaycan xanımıdır və onun xarakterindəki bu əsillik müəllimliyinə də sirayət etmişdir.

Ömrünün təxminən 40 ilini gənc nəslin hər tərəfli yetişməsinə həsr edən Kamilə müəllimə ölkəmizdə ən xoşbəxt müəllimlərdəndir. Ona görə o uşaqların həyatında yaxşı mənada elə iz qoyur ki, onlar heç zaman əziz müəllimlərini unutmurlar. Sonda onu da qeyd etmək istərdim ki,Kamilə Mədətovanın təcrübəsi hərtərəfli öyrənilməli və məktəblərdə yayılmalıdır.

Necə deyərlər, özülü möhkəm olan ev daha davamlı olar.
Məhz Kamilə müəllimə də uşaqlarda elmin və mədəniyyətin özülünü daha sağlam şəkildə qoyur.
Var olun Kamilə müəllimə !!!


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək tələbələrlə görüşdü

BMU
Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Köşə yazılar
Hər şözün demiş, son sözünü deməmiş müəllim

Hər şözün demiş, son sözünü deməmiş müəllim

Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

Regionlar, Məktəblər, "Elm və Təhsil"
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ  - Mənzər Abdullayeva

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ - Mənzər Abdullayeva

Regionlar, Məktəblər
ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİ

ŞİRVANIN QABAQCIL MÜƏLLİMLƏRİ

Məktəblər, "Mən Şirvanın səsiyəm"
Elmira müəllimənin rənglər dūnyası

Elmira müəllimənin rənglər dūnyası

Məktəblər
ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

"Şərqin səsi"
Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Məktəblər, "Elm və Təhsil"
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
Şagirdlərin sevimlisi  - Elza Xəlilova

Şagirdlərin sevimlisi - Elza Xəlilova

Məktəblər, "Elm və Təhsil"
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
Şərəfli peşə sahibi - Sahilə Nəhmədova

Şərəfli peşə sahibi - Sahilə Nəhmədova

Məktəblər, "Elm və Təhsil"
Müəllim, həmişə ucadır adın!..

Müəllim, həmişə ucadır adın!..

Məktəblər
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

Məktəblər
Rəy yazın: