"BİR OLAQ, HƏMRƏY OLAQ!"

"BİR OLAQ, HƏMRƏY OLAQ!" "BİR OLAQ, HƏMRƏY OLAQ!" 2017-ci il dekabrın 28-də
Bakının Xətai rayonundakı
şəhid Ədalət Abbasov adına
257 N-li tam orta məktəbdə
"31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü"

münasibətilə
tədbir keçirilib.


Tədbirin təşkilində
məktəbin dərnək rəhbəri
Səbinə Mahmudova
fəal iştirak edib.

Məktəbin direktoru Qarat Qaratov çıxış sözü ilə tədbiri açıq elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummili lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra aparıcılar məlumat veriblər ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edib. Hazırda dünyanın bir çox ölkələrində yaşayan həmyerlilərimiz tərəfindən bu bayram böyük rəğbət və ruh yüksəkliyi ilə qeyd olunur. Bayram hər il daha geniş vüsət taparaq, ürəklərində vətən eşqi, milli-mənəvi birlik, həmrəylik hisləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır.

Tədbirdə iştirak edən şagirdlər öz çıxışlarında bildiriblər ki, Ulu Öndərimizin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafeyimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin əsasını qoymuşdur. Məktəbin müəllimləri bu müqəddəs ideyaya sadiq qalaraq, böyüməkdə olan yeni nəsli bu ruhda tərbiyə etməyi qarşılarına məqsəd qoymuşlar.

Tədbirdə Bakı SOS Uşaq Kəndinin nümayəndələri də çıxış ediblər.

Keçirilən tədbirə şagirdlərin ifasında səsləndirilən vətənpərvər ruhda yazılmış şeir və mahnılar rəngarənglik qatıb. Şagirdlərin ifasında bu tarixi günə həsr olunmuş kiçik səhnə nümayiş etdirilib.

Yunis QARAXANOV,
ZiM.Az-ın və "Şərqin səsi" qəzetinin xüsusi müxbiri

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il  ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il ...

AzTU
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziya ...

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziya ...

Diaspora
Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Diaspora, Dünya
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tə ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tə ...

AzTU
XINALIQ MƏKTƏBİNDƏ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMI QEYD OLUNUB

XINALIQ MƏKTƏBİNDƏ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMI QEYD OLUNUB

Regionlar, Məktəblər
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramına həsr ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramına həsr ...

AzTU
Marneulidə keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ö ...

Marneulidə keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ö ...

Borçalı
Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Bolus
DƏYƏRLİ İZLƏYİCİLƏRİMİZ!.. 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ ...

DƏYƏRLİ İZLƏYİCİLƏRİMİZ!.. 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ ...

Əsas xəbər, Təbriklər
AzTU-nun rektoru Vilayət Vəliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gün ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gün ...

Əsas xəbər, AzTU
Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçir ...

Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçir ...

Batum
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı qeyd ol ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı qeyd ol ...

AzTU
Məktəb tək bilik vermir, həm də vətənpərvər vətəndaş yetişdirir

Məktəb tək bilik vermir, həm də vətənpərvər vətəndaş yetişdirir

Məktəblər
31 DEKABR – BİRLİK GÜNÜMÜZ

31 DEKABR – BİRLİK GÜNÜMÜZ

Azərbaycan, Regionlar
AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

AzTU
GAK Həmrəylik günü və Yeni il Bayramı münasibətilə tədbir keçirib

GAK Həmrəylik günü və Yeni il Bayramı münasibətilə tədbir keçirib

Borçalı
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycan
Qarabağa mənəvi qaydış

Qarabağa mənəvi qaydış

Qarabağ, QHT
Rəy yazın: