Şair qəlbli ziyalı ömrü

Şair qəlbli ziyalı ömrü “Öz fəaliyyəti üçün pedaqoji sahənin seçmiş hər bir müəllim ağlı,biliyi,sənətsevərliyi ilə yanaşı həm də uşaqlara məhəbbət və qayğı ilə döyünən ürəyə malik olmalıdır.”
(Firudin bəy Köçərli)


Müəllim ömrünün mənası yetirmələrinin kamillik zirvəsinə çatmağı,elinə,obasına arxa,hayan olmağı ilə ölçülür.

Ən böyük amalı, arzusu, şagirdlərinin sevgisini, məhəbbətini, hörmətini qazanmaq, onların dostu və sirdaşı olmaq kimi şərəfə layiq olan, ömrünün 30 ilə yaxın ilini zəngin təcrübəsi, ləyaqətli əməli ilə gələcək nəsillərin təlim-tərbiyəsinə həsr etmiş ziyalılarımızdan biri də Bakının Binəqədi rayonundakı Azər Məmmədov adına 115№-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi İradə Ağalar qızı Sədyarovadır.

Dahi Xaqanilər, Nəsimilər, Şirvanilər, Sabirlər diyarı, minillik tarixə malik qədim Şamaxı torpağında boy atmış Aşiq Mirzə Bilal və Aşiq Ağalar nəslinin ləyaqətli davamçısı olaraq fəaliyyət göstərdiyi illər ərzində peşəsini ürəkdən sevməsi,şagirdlərlə yaradıcı iş aparması İradə müəlliməni nümunəvi bir təhsil işçisi kimi tanıtmışdır.

Başqa cür ola da bilməzdi. Belə ki kiçik yaşlarından Aşıq Mirzə Bilalın çaldığı el havalarının laylalarında,ustad ozanlarımızın hikmətində, nənələrimizin bayatılarının, oxşamalarının sədaları altında böyüyüb boya başa çatmışdır. Qədim Şirvan elinin büllur, aynagözlü bulaqlarından, dağ havalarının , saflığından qidalanmışdır İradə müəllimə.

Mayası sazdan,sözdən yoğrularaq elə bu ruhla da pərvaz etmişdir.

Şair qəlbli ziyalı ömrü Şair qəlbli, yaradıcı müəllim Azərbaycan dilinin ölkə Konstitutisiyası ilə təsbit olunmuş dövlət dili səviyyəsində şagirdlərə öyrədilməsi ilə bağlı dilimizin saflığının qorunması və onun zənginliyindən bacarıqla istifadə edərək, şagirdin yazılı və şifahi nitqini, eləcə də müstəqil düşünmək, mühakimə yürütmək qabiliyyətinin inkişafına cəhd göstərərək nail olmuşdur.

Zəngin pedoqoji təcrübəyə malik olan müəllimə metodik ustalıqla xalqının , millətinin, torpağının, bu gününü dilimizin, dinimizin, tarixi keçmişimizin təhrif olunması, saxtalaşdırılması, milli adət-ənənələrimizə biganəliyin səbəblərindən törənən faicələrimizin kökləri və s. haqqında şagirdləri məlumatlandırmağı özünün əsas vəzifətələrindən biri hesab edir.

Ömrünün ən dəyərli vaxtlarının təhsilin inkişafına,gənc nəslin təlim-tərbiyəsinə həsr edən ləyaqətli ana,qayğıkeş nənə,sevimli həmkar,etibarlı dost və ziyalı insan,şair qəlbli əzizimiz,İradə Rəvan!

60 illik ziyalı ömrünüz mayaktək parlayaraq sizdən örnək götürən hər bir kəsin yoluna şəfəq saçsın!Simanızdakı nuranilik, çöhrənizdəki təbəssüm heç vaxt əksik olmasın!

Dostlar ulduzlar kimidir,onları hər vaxt görə bilməzsiniz,amma sizin üçün var olduqlarını və sizi düşündüklərini bilən dostlar ətrafında olasınız həmişə .

Ümidlərin qanadında tükənməz arzularından sıçrayan xoş müjdələrə və işıqlı sabaha olan böyük inam bahar təravətli İradə Rəvanın 60 illik ziyası nur saçan ibrətamiz ömrünə can sağlığı arzulayırıq.

Qoy uca zirvələrdə sönməz bir mayaka çevrilən qürurlu,vüqarlı ziyalı ömrünüz ətrafa yayılan günəş zərrəcikləri kimi yeni nəslin yollarına nur saçsın!


Şair qəlbli ziyalı ömrü Müəllim şam kimidir, özü yanıb türənərkən ətrafını işıqlandırar.
(ATATÜRK)


Bu əziz günündə, bu xoş günündə
Bu 60 illik yubileyində
Üzündən ay bacım, nurlar tökülsün
Baxıb ətrafına qəlbin döyünsün.

Hər ayı, hər ili qənimət bilin
Yoxuşlar görməyin dünya üzündə
60 nədir ki, İradə Rəvan?
Yanında tapılım ömrün yüzündə!..

Nəzakət Akif qızı Cəfərova
Bakı şəhəri Binəqədi rayonu
A.Məmmədov adına 115 №-li tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat fənni üzrə
metod birləşmə sədri


06 dekabr 2017-ci il.


ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ömrün 75-ci baharı

Ömrün 75-ci baharı

Bakı, Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
QURBAN QURBANOV  (1927-2001)

QURBAN QURBANOV (1927-2001)

Başkeçid
Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

"XXI əsrin Ziyalıları", UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

Məktəblər
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
Ruhun şad olsun, İmran müəllim!..

Ruhun şad olsun, İmran müəllim!..

Qarabağ, Gəncə, UNUTSAQ, UNUDULARIQ!....
5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

Məktəblər, Təbriklər
Müəllim, həmişə ucadır adın!..

Müəllim, həmişə ucadır adın!..

Məktəblər
ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

Regionlar, Məktəblər
Elmira müəllimənin rənglər dūnyası

Elmira müəllimənin rənglər dūnyası

Məktəblər
Akademik İradə Hüseynovaya yubiley medalı təqdim olunub

Akademik İradə Hüseynovaya yubiley medalı təqdim olunub

Biologiya və tibb elmləri
Onda peşəsinə məhəbbət çox güclüdür

Onda peşəsinə məhəbbət çox güclüdür

Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

Məktəblər
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

Regionlar, Məktəblər
ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

Regionlar, Məktəblər, "Elm və Təhsil"
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

TDPİ-nin Azərbaycan bölməsi, Məktəblər, Bolus, Təbriklər
Peşəsini sevən müəllimə

Peşəsini sevən müəllimə

Məktəblər
Rəy yazın: