HƏYATA SƏSLƏYƏN "SON ZƏNG"

HƏYATA SƏSLƏYƏN "SON ZƏNG"HƏYATA SƏSLƏYƏN "SON ZƏNG" 2017-ci il İyunun 14-də Bakının Pirallahı rayonundakı 231 nömrəli tam orta məktəbdə
“Son zəng” tədbiri keçirilmişdir.


Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehparə Mansırova açmışdır. O, cari tədris ilinin məzunlarını bu gün münasibətilə təbrik edərək onlara uğurlar diləmiş, bu ilki məzunların 11 il ərzində bir çox nəticələrlə məktəbin kollektivini sevindirdiklərini, məktəbiin başını uca etdiklərini, xüsusən də bir çox müsabiqələr və yarışların qalibi olmuş (“Heydər Əliyev-91 İnşa müsabiqəsi”, ”Heydər Əliyev-94 Təqdimat müsabiqəsi”, ”Ədəbiyyat biliciləri”və s.) Cabbarova Həbibənin adını ayrıca fərəhlə qeyd etmişdir.

Direktor çıxışında belə nümunəvi sinif yetişdirdiyinə görə 11-cilərin sinif rəhbəri İlhamə Ağayevaya və onların valideynlərinə təşəkkür etmişdir.

Daha sonra direktor müavinləri Nabat Əsədullayeva, Elza Cəfərova, bu il məzun adını daşıyan 4-cü və 9-cu siniflərin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər və dəvət olunmuş qonaqlar da direktorun təbrikinə qoşulduqlarını bildirmiş, məzunlara gələcək həyat yollarında müvəffəqiyyətlər arzulamışlar.

Tədbirdə 11-cilərdən başqa bu il orta təhsilin ibtidai pilləsini başa vuran 4-cü lər və əsas təhsil pilləsini başa vuran 9-cular və məktəbə ilk kövrək qədəmlərini atan 1-cilər də fəali iştirak etmişlər. Onlar da bu bayram günündə çıxış edərək, üzərlərində zəhməti olan sinif rəhbərlərinə, fənn müəllimlərinə, məktəb rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Sonra məktəbdaxili və məktəbdənkənar tədbirlərdə fəal iştirak edən bir neçə müəllimə rəhbərlik tərəfindən təşəkkürnamələr təqdim olunmuşdur.

Tədbir musiqi nömrələri, rəqslər, maraqlı səhnəciklərlə davam etdirilmiş və balaca “şahzadə” tərəfindən çalınan "Son zəng“ sədaları altında başa çatmışdır.

Sona ABBASƏLİQIZI,
ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

Məktəblər
Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Borçalı
Marneuli məktəblərində “Son Zəng” çalındı

Marneuli məktəblərində “Son Zəng” çalındı

Borçalı
Nərgiz Əliyeva: Marneuli 3 saylı ictimai məktəbdə son zəng

Nərgiz Əliyeva: Marneuli 3 saylı ictimai məktəbdə son zəng

Borçalı
TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...

Bakı, Təbriklər
Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib

Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib

Bakı, Məktəblər
“5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

Biologiya və tibb elmləri
Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib

Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib

---
AzTU-da Məzun Günü qeyd olunub

AzTU-da Məzun Günü qeyd olunub

AzTU
AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçiril ...

AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçiril ...

AzTU
Ədəbiyyat fənnindən layihələr üzrə təqdimatlar olub

Ədəbiyyat fənnindən layihələr üzrə təqdimatlar olub

Məktəblər
Uğurlar, əziz Ramal!..

Uğurlar, əziz Ramal!..

"Elm və Təhsil", Gənc istedadlar
AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keç ...

AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keç ...

AzTU
168 nömrəli məktəbdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

168 nömrəli məktəbdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Məktəblər
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
TƏHSİL NAZİRİMİZ MÜVƏFFƏQİYYƏTLƏRİ İLƏ FƏRQLƏNƏN MƏZUNLARLA GÖRÜŞÜB

TƏHSİL NAZİRİMİZ MÜVƏFFƏQİYYƏTLƏRİ İLƏ FƏRQLƏNƏN MƏZUNLARLA GÖRÜŞÜB

Nazirlik, Məktəblər
SDU-da Məzun Günü qeyd edilib

SDU-da Məzun Günü qeyd edilib

Sumqayıt

"Xitab" mövzusunda açıq dərs

Bakı, Məktəblər
“Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması ...

“Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması ...

Nazirlik
AzTU-da MƏZUN GÜNÜ

AzTU-da MƏZUN GÜNÜ

AzTU
Rəy yazın: