Bəşərin əbədi tacıdır ana!..

Bəşərin əbədi tacıdır ana!..Bəşərin əbədi tacıdır ana!..Bəşərin əbədi tacıdır ana!.. Bəşərin əbədi tacıdır ana!..Bəşərin əbədi tacıdır ana!.. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının
Binəqədi rayonundakı
Azər Məmmədov adına
115 saylı tam orta məktəbdə “Kimdir Azərbaycan qadını?” çərçivəsində “Bəşərin əbədi tacıdır ana” adlı bayram tədbiri təşkil olunmuşdur.


Tədbiri məktəbin direktoru Məsud Babayev açaraq ən yaxın dostumuz, dar gündə sirdaşımız, qoruyucu mələyimiz, cəbhədə silahdaşımız mərhəmətli anamız olan əziz xanımları 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, xoşbəxtlik, möhkəm can sağlığı və müvəffəqiyyətlər diləmişdir.
Tədbirdə iştirak edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarını salamlayaraq “Bəşərin əbədi tacıdır ana” adlı ədəbi-bədii kompazisiyanın hazırlanmasında əməyi keçənlərə öz təşəkkürünü bildirmişdir.

Əbədi–bədii kompazisiyada şagirdlər hər söz və kəlmələrində ürəklərindəki məhəbbəti, qəlblərdəki minnətdarlıq hissini ömrünü öz övladlarına həsr edən, gecəsi-gündüzünü balalarına fəda edən analara kiçik də olsa bir sevinc yaşatmağa çalışdılar.

Məktəblilərin hazırladıqları bu kompazisiyada Azərbaycan qadınının keçdiyi tarixi yola nəzər salınmışdır.

Müdrik el ağsaqqalı Dədə Qorqud “Ana haqqı–Tanrı haqqıdır”, “Cənnət anaların ayaqları altındadır” söyləyərək səhnədə çıxış etdi.
Daha sonra Vətən uğrunda qan tökən, Vətən naminə oğlunu qurban vermiş, heç bir qüvvənin onu vətən savaşından çəkindirə bilməyən Tomris ana, elinin, obasının namusunu candan əziz tutaraq övladını qurban vermiş ismət simvolu, qeyrət qalası dediyimiz Burla Xatun, bir zamanlar dünya Fateh İsgəndəri öz ağlı ilə diz çökdürən, məmləkətin qadınlarıni heyran qoyan şah Nüşabə, Uzun Həsənin anası, Şah İsmayıl Xətainin nənəsi, həyatını qüdrətli Azərbaycan dövlətinin güclənməsinə həsr etmiş Azərbaycanın ilk diplomat qadını Sara xatun, Vətənin gülünə, çiçəyinə bayatılar qoşan, Vətən həsrəti ilə alışıb yanan Ağabəyimağa, milləti üçün əlindən gələni əsirgəməyən xan qızı Natavan kimi tarixə iz salan Azərbaycan qadınlarının obrazlarını məktəbin yuxarı sinif şagirdləri məharətlə ifa etmişlər.
Dahi Nizami Gəncəvinin “Yeddi Gözəl” əsərinin motivləri əsasında hazırlanmış kompazisiya da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Şagirdlər C.Cabbarlının “Ana” Əli Kərimin “Qaytar ana borcunu” “Anaın borcunu qaytarmaq olmaz”, “Ana laylası” “Analar” şerlərini ifa edərək ana məhəbbətinin bütün hisslərdən və dünya nemətlərindən ən dadlısı olduğunu, bu məhəbbətin ana südünün şirinliyi, ana laylasının həzinliyi ilə qanımıza hopduğunu daha qabarıq surətlə əks etdirmişlər.
Gecələri yatmadan, gündüzləri dincəlmədən, axşamlar deyə-deyə, nazlamaları söyləyə - söyləyə, laylalar oxuya- oxuya, şirin xəyallarını qura-qura ana Azərbaycan doğma yurdumuzun keşiyində durmaq üçün övlad böyüdür.
Ana Vətən kimi vəfalı anam,
Mənə həyat verən canlı mələkdir.
Anam qurban deyib Vətənə məni,
Deyib ki, “ən əziz balamsan mənim”.
Oğullar qoruyar Ana Vətəni,
Vətəni qoruyan qalamsan mənim” söyləyərək əsgər geyimli şagirdlər anaları bu bayram münasibətilə təbrik edərək “Ana əsgər gedirəm” mahnısının sədaları altında üçrəngli bayrağımızı öpərək torpaqlarımızı düşmən tapdağından azad olunması uğrunda mübarizəyə həmişə hazır olduqlarını bildirmişlər.
Odlar-yurdu Azərbaycan cox qədim bir tarixə malikdir. Bu tarixin bütün dövlətlərində xalqımızın xatunları özlərinin qəhrəmanlığı, igidliyi, şücaəti, namusu, qeyrəti ağlı, zəkası, islamı dəyərlərə söykənən adət-ənənələri, vətənpərvərliyi, ziyalılığı, bir sözlə yüksək dünyagörüşləriylə yadda qalmışdır.
İllər keçdi sonralar bu qadınların sırasına kimlər yazılmışdır.

Şərqdə ilk operanın banisi Şəfiqə Axundova, Ağabacı Rzayeva, unudulmaz, korifey müğənnilər Şövkət Ələkbərova, Rübabə Muradova öz gözəl və məlahətli səsi ilə dünyanı gəzən, Azərbaycan musiqisini bütün qitələrə çatdıran Zeynəb Xanlarova, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük aftolmoloq alim Zərifə Əliyeva kimi xanımları olan bir dünyadır Azərbaycan.
Sözü və əməli ilə qadın adını bizlər üçün müqəddəsləşdirən, tarixin hər zamanında qürur duyduğumuz qadınların bayramıdır bu gün.
İftixar hissi ilə qeyd etməliyik ki, bugünkü dövrümüzdə bizim qadınlarımız elmi dərəcələri, elmi kəşfləri, ərsəyə gətirdikləri dəyərli sənət əsərləri ilə də diqqəti cəlb edirlər.
Müasir Azərbaycan qadını da öz soykökünə, xalqın mənəvi dəyərlərinə, adətlərinə Sadiq, tarixi ənənəni qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır. Ümummilli liderimiz Heydər Əliyev də qadın şəxsiyyətinə böyük yer ayırır, lider qadınlar yetişdirirdi.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi uğurla fəaliyyət göstərir.
Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.

Ölkəmizin vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxal əməllər bu gün Azərbaycan qadının nə qədər fəal olduğunu təsdiq edir.
Bütün bu sözlər kompazisiyada iştirak edən məktəblilərin çıxışlarında öz əksini tapmışdır.

Məktəbdə fəaliyyət göstərən “Buta” mahnı və rəqs ansamblının üzvləri “Ana” “Azərbaycan” haqqında mahnılar səsləndirmişlər. Dahi Üzeyir Hacıbəylinin “Arşın mal-alan”, “O, olmasın, bu olsun” əsərlərindən parçaları şagirdlər məharətlə ifa etmişlər.

Şagirdlər analara olan sevgilərini şeir və mahnılarla bildirərək möhtəşəm “Yallı” rəqsi ilə çıxış edib tədbiri yekunlaşdırmışlar.

Tədbirdə Binəqədi rayon Azad Həmkarlar İttifaqı komitəsinin sədri Almaz Hacıyeva, Binəqədi rayon YAP Qadınlar şurasının sədri Aytac xanım, Binəqədi rayon şəhid ailələri ilə xeyriyyə cəmiyyətinin sədri Yetər xanım, Bakı Təhsil İdarəsinin məsul işçiləri: şairə - jurnalist Telli Pənah qızı, şairə xanım Tahirə Kədərli, məktəbin müəllimi və valideyn kollektivi iştirak edirdi.

Sonda məktəblilər bütün qonaqları gül və hədiyyələrlə təbrik etmişlər.

“Kimdir Azərbaycan qadını” layihəsinin müəllifi olaraq bu tədbirin təşkilində və keçirilməsində əməyi olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm.

Nəzakət Akifqızı,
Bakıdakı 115 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat üzrə
metod birləşmənin sədri


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fatma Yıldırım:

Fatma Yıldırım: "Analarımızın tərbiyə etdiyi bu oğullar olmasaydı..."

Milli Məclis, Qadın dünyası
AzTU-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

AzTU

"Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib

Biologiya və tibb elmləri
Bakıdakı 83 saylı məktəb-liseydə

Bakıdakı 83 saylı məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda ...

Məktəblər
“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

Məktəblər

"BİR OLAQ, HƏMRƏY OLAQ!"

Məktəblər
Məktəb tək bilik vermir, həm də vətənpərvər vətəndaş yetişdirir

Məktəb tək bilik vermir, həm də vətənpərvər vətəndaş yetişdirir

Məktəblər
AzTU GVİİM qadınların bayramını təbrik edib

AzTU GVİİM qadınların bayramını təbrik edib

AzTU, GVİİM
ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

Məktəblər
AzTU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçir ...

AzTU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçir ...

AzTU
MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

Milli Məclis, Siyasət
Binəqədidə

Binəqədidə "Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici t ...

Məktəblər
168 nömrəli məktəbdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

168 nömrəli məktəbdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Məktəblər
TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...

Bakı, Təbriklər
Polis işçiləri günü təntənə qeyd edilib

Polis işçiləri günü təntənə qeyd edilib

QHT
AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə tə ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə tə ...

Əsas xəbər, AzTU
Yüz yaşlı Yaqut ana

Yüz yaşlı Yaqut ana

Azərbaycan, Arxiv, Təbriklər
TƏBRİK EDİRİK, MEHPARƏ XANIM!...

TƏBRİK EDİRİK, MEHPARƏ XANIM!...

---
AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasi ...

AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasi ...

AzTU
Valideyn himayəsindən məhrum olan uşaqları sevindirdilər

Valideyn himayəsindən məhrum olan uşaqları sevindirdilər

Sosial, QHT
Rəy yazın: