YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!.. TƏBRİK EDİRİK!..

Bu gün - dəyərli ziyalımız,
tanınmış iqtisadçı-alim,
UNEC-in Fəxri professoru,
çox hörmətli
ictimai xadim
Əli Vəli oğlu Hacıyevin
75 yaşı tamam olur.

Dəyərli eloğlumuzu
yubileyi münasibəti ilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq.


***

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..Əli Vəli oğlu Hacıyev -
1949-cu il martın 13-də
qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində ziyalı ailəsində anadan olub.

1966-cı ildə Darvaz orta məktəbini əla qiymətlərlə bitirib.
Həmin ildə Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universitetinə) daxil olub.
1970-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun «Sənayenin iqtisadiyyatı» fakultəsini bitirib.
İnstitutu bitirdikdən sonra bir müddət laborant vəzifəsində çalışıb, eyni zamanda aspiranturada təhsilini davam etdirib.
1974-cü ildə aspiranturanı bitirib və həmin ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Elmi şurasında namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə edib,
iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
Elmi tədqiqatla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Əli Hacıyev bir müddət Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Politexnik İnstitutlarında iqtisadiyyat fənnindən dərs deyib.
1976-1983-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim və kafedra müdiri vəzifələrində çalışıb.
1980-ci ildə dosent seçilib.
1983-cü ildə ona AAK tərəfindən dosent elmi vəzifəsinin diplomu verilib.

Ə.Hacıyev 1983-1987-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetin) «İqtisadi nəzəriyyə» kafedrasında dosent vəzifəsində çalışıb.

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!.. 1987-ci ildən etibarən isə elmi-pedaqoji fəaliyyətini yenidən UNEC-də (Azərbaycan Dövlət İqtisad Universitetində) davam etdirməyə başlayan Əli Hacıyev müxtəlif dövrlərdə universitetin «Müəssisənin iqtisadiyyatı» kafedrasının dosenti və bu kafedranın müdiri vəzifəsində çalışıb.

Ə.V.Hacıyev 2000-ci ldə UNEC-in «İstehsal və xidmət sahələrinin iqtisadiyyatı» fakultəsinin dekanı seçilib və 2008-ci ilədək həmin vəsifədə şərəflə çalışıb.

2009-2014-cü illərdə UNEC-də «Marketinq» kafedrasının müdiri olub.

2014-2020-ci illərdə UNEC-də «Müəssisənin iqtisadiyyatı» kafedrasının müdiri işləyib.

Onun 100-dən artıq elmi məqaləsi, tədris-metodiki və tərcümə olunmuş tədris vəsaitləri dərc olunub.

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!.. YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!.. 2019-cu ilin martında dosent Əli Vəli oğlu Hacıyevə Elmi Şuranın qərarı ilə UNEC-in Fəxri professoru adı verilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Vəli oğlu Hacıyev “Tərəqqi” medalı ilə təltif edilib.

Əli Hacıyev hazırda UNEC-in “İqtisadiyyat” kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Biz bir daha
dəyərli ziyalımız,
sevimli eloğlumuz,
tanınmış iqtisadçı-alim,
UNEC-in Fəxri professoru,
çox hörmətli
ictimai xadim
Əli Vəli oğlu Hacıyevi
75 illik yubileyi
münasibəti ilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
AzTU məzununun uğur hekayəsi: ABUZƏR MİRZƏLİYEV

AzTU məzununun uğur hekayəsi: ABUZƏR MİRZƏLİYEV

AzTU
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
İmran Yolçuyev AzTU-nun  Tədris hissəsinin müdiri təyin olunub

İmran Yolçuyev AzTU-nun Tədris hissəsinin müdiri təyin olunub

AzTU
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
ƏFSƏR DADAŞOVUN 55 YAŞI TAMAM OLUB

ƏFSƏR DADAŞOVUN 55 YAŞI TAMAM OLUB

AzTU, Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

Digər ali məktəblər, "XXI əsrin Ziyalıları", Bolus, İqtisadiyyat
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ROZA XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ROZA XANIM!..

AzTU, Təbriklər
AzTU-da “UNEC MBA Proqramı”nın təqdimatı keçirilmişdir

AzTU-da “UNEC MBA Proqramı”nın təqdimatı keçirilmişdir

AzTU
Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

AzTU, "Elm və Təhsil", Təbriklər
Rəy yazın: