AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub

AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub 2018-ci il noyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə millət vəkilləri,
tanınmış ziyalılar,
şəhid ailələri, qazilər,
KİV nümayəndələri
iştirak edib.


Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbiri açaraq, gələn qonaqları salamlayıb.
Rektor işğal altında olan torpaqlarımızın kiçik bir hissəsini bizə qaytarmaqla xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğullarımızın - Aprel şəhidlərinin xatirəsinin daima qəlbimizdə yaşadığını vurğulayıb.
Eyni zamanda, G.Məmmədova bildirib ki, Aprel şəhidlərinin hər birinin tanıdılmasında, gənc nəslə vətənpərvərlik hislərinin aşılanmasında bu cür tədbirlərin böyük rolu var. “Qoy gənclərimiz bu qəhrəmanlardan örnək götürsünlər, onlara bənzəməyə çalışsınlar. Aprel şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir.”

AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub AzMİU-nun Mətbuat xidmətindən Nəcibə xanım Mirzəyeva ZiM.Az-a bildirib ki, Rektorun geniş və əhatəli çıxışından sonra tədbirin təşəbbüskarı və təşkilatçısı “Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə çıxış edib. O, tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə AzMİU-nun rəhbərliyinə təşəkkürünü bildirib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün bu cür tədbirləri ölkənin bir çox təhsil müəssisələrində keçirdiklərini deyən Sevinc Alızadə gənclərin vətənpərvər ruhda yetişməsində bu aksiyaların önəmini xüsusi qeyd edib. Şəhid xanımının çıxışından sonra 2016-cı ilin aprel hadisələrinə həsr olunmuş videoçarx nümayiş olunub.

Aprel qazisi Əhliyyət Mehdiyev çıxışında Aprel döyüşlərini hər zaman həm qürur, həm də hüznlə xatırlayacağını bildirib.
Bu döyüşlərdə dostlarını itirdiyini kədərlə xatırlayan qazimiz, eyni zamanda, illərdir həsrətlə gözlədiyimiz zəfər sevincini yaşadığımız Aprel döyüşlərinin tarixə yazıldığını söyləyib. “Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və Ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır”.

Tədbirdə iştirak edən millət vəkilləri – Qənirə Paşayeva, Flora Sadıqova, Aqil Abbas çıxışlarında gəncləri qəhrəmanlarımızı daha yaxşı tanımağa, onları tanıtmağa səsləyib, yaxın keçmişimizdə baş verən hadisələri unutmamağa çağırıb.

AzMİU tələbələri də tədbirdə aktiv iştirak edib, vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun MƏZUNLARI, AzTU
AzMİU-da beynəlxalq konfrans keçirilib

AzMİU-da beynəlxalq konfrans keçirilib

Digər ali məktəblər
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçir ...

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçir ...

Gəncə
AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan təd ...

AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan təd ...

AzTU
AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub

AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub

Digər ali məktəblər
AzMİU-da Məzun Günü

AzMİU-da Məzun Günü

Digər ali məktəblər
Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Digər ali məktəblər
AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Digər ali məktəblər
AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

Digər ali məktəblər, Turan
AzMİU-da mediatur təşkil olunub

AzMİU-da mediatur təşkil olunub

Digər ali məktəblər
AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU
AzMİU-da beynəlxalq konfrans işinə başlayıb

AzMİU-da beynəlxalq konfrans işinə başlayıb

Digər ali məktəblər
AzTU-da Şəhidlərimizin əziz xatirəsi yad edilib

AzTU-da Şəhidlərimizin əziz xatirəsi yad edilib

AzTU
XƏTAİ RAYON MKS-də

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib

Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»

«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»

Elm, Sosial
AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU, QHT
Laçının 11 saylı məktəbində Aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilib

Laçının 11 saylı məktəbində Aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilib

Məktəblər
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
Rəy yazın: