AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş elmi-seminar keçirilib

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş elmi-seminar keçirilib AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş elmi-seminar keçirilibAzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş elmi-seminar keçirilib Molla Pənah Vaqifin əsərləri ədəbiyyatımızın ölməz söz inciləridir

Aprelin 25-də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif yaradıcılığının elmi-nəzəri dərki” mövzusunda elmi-seminar keçirilib.

Tədbir AzMİU-nun Azərbaycan dili və pedaqogika kafedrası və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən birgə təşkil olunub.

ZiM.Az xəbər verir ki, tədbirdə AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

Görkəmli şair M.P.Vaqifin ədəbiyyatımızdakı mövqeyindən bəhs edən prorektor onun əsərlərinin əhəmiyyətini vurğulayıb.

Keçirilən Elmi seminarda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli söz ustadı, ictimai xadim M.P.Vaqifin dövrü, həyat və yaradıcılığı, dünyagörüşü, şəxsiyyəti, ictimai fəaliyyəti, milli intibahın poeziyası, eləcə də dil-üslub texnologiyaları barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Vaqif Azərbaycanın, ümumiyyətlə, türk dünyasının çox böyük şairidir. O əsərlərini ana dilində yazıb, şeirlərinin dili və üslubu çox aydın, rəvandır.

N.Cəfərov 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində şairin məzarı üzərində əzəmətli məqbərəsinin ucaldıldığını xatırladıb.

Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru Tahirə Məmməd “M.P.Vaqif lirikası məhəlliləşmə və realizm kontekstində” mövzusu çıxış edib.

Daha sonra - filologiya elmləri doktoru Nailə Muradəliyevanın “M.P.Vaqif poeziyasında təbiət”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Şairin “Durnalar” şeirinə metafora”, filologiya üzrə fəlsəfə doktoru Laləzar Əlizadənin “Vaqif sözünün gerçəyi”, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmanovun “Gerçəkdəki və Vaqif dramındakı Vaqif”, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadənin “M.P.Vaqif irsi Araz Dadaşzadənin tədqiqatlarında”, AMEA-nın əməkdaşı Şəmsurə İsmayılovanın “M.P.Vaqifin yaradıcılığında klassik şeir şəkilləri” mövzularında məruzələri dinlənilib. Çıxış edənlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.P.Vaqifin ədəbi irsi və ictimai fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, şairin humanizm ideyalarına, təbiət və insan gözəlliyinə həsr olunmuş əsərləri ədəbiyyatımızın ölməz söz inciləridir.

Elmi seminarın sonunda AzMİU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədova “Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi” mövzusunda məruzə edib.

Məruzəçi böyük şairin yaradıcılığının tədqiqindən danışıb. Bildirilib ki, M.P.Vaqifin yaradıcılığı dünyəvi mahiyyət daşıyır, klassik ədəbi ənənələri yaşatmaq və mənəvi dəyərləri qorumaqla yanaşı, həm də novator sənətdir. Məhz buna görə də şairin yaradıcılığı daim tədqiqatçıların diqqətində olacaq.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin  300 illik yubileyi   ...

AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ...

AzTU
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

"Zirvə", Turan
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Rəy yazın: