BSU-da Azərbaycan multikulturalizmini tədris və tədqiq edənlərlə görüş

BSU-da Azərbaycan multikulturalizmini tədris və tədqiq edənlərlə görüş Fevralın 5-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin Azərbaycan multikulturalizmi fənnini Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt şəhərlərindəki ali təhsil ocaqlarında, eləcə də xarici ölkə universitetlərində tədris edən müəllimlər və araşdırmaçı jurnalistlərlə görüşü keçirilib.

Görüşdə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladıb və bu sənədin qarşıya yeni vəzifələr qoyduğunu qeyd edib. Kamal Abdullayev Azərbaycan multikulturalizminin fənn kimi tədris olunmasını gənc nəslin azərbaycançılıq ruhunda inkişafında mühüm amil kimi dəyərləndirib. Akademik BSU-da fəaliyyət göstərən “Azərbaycan multikulturalizmi” kafedrasının ölkəmizdə ilk belə elmi-tədris təsisatı, həmçinin ali məktəblər arasında bu istiqamətdə ilk və hələlik yeganə kafedra olduğunu diqqətə çatdırıb. Bu mənada kafedranın işinin daha yaxşı təşkili üçün müxtəlif metodbirləşmələrin, şuraların yaradılmasının vacibliyini vurğulayıb.

Akademik K.Abdullayev görüşdə iştirak edən, Azərbaycan multikulturalizminin müxtəlif aspektlərindən öz məqalələrində və araşdırma yazılarında bəhs edən jurnalistlərin, tədqiqatçı alimlərin Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimlərlə daha yaxından tanış olmasının, onların arasında əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb və bu görüşün əhəmiyyətini yüksək dəyərləndirib. Dövlət müşaviri Azərbaycan multikulturalizmi kafedrasının bazasında respublikanın bütün ali məktəblərində çalışan mütəxəssislərin, tədqiqatçıların potensialından daha səmərəli istifadə etmək, bu sahədə tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaq, qabaqcıl təcrübəni öyrənmək, təhsil və elm sahələrinin əlaqəli fəaliyyətini təmin etmək üçün Nəzəri-praktik Şuranın, eləcə də Elmi-metodik birləşmənin yaradılacağını bildirib. Qeyd olunub ki, bu qurumların fəaliyyəti 28 yerli və 13 xarici ölkə ali məktəblərində tədris olunan Azərbaycan multikulturalizmi və multikulturalizmə giriş fənlərinin tədrisi prosesinin sinxronlaşdırılması və elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, bu sahə üzrə elmi-pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi məsələlərini əhatə edəcək. Şura öz işində respublikanın “Təhsil haqqında” Qanununu və digər normativ aktları əsas tutaraq, yüksək elmi-pedaqoji təcrübəyə malik olan, müxtəlif ali təhsil ocaqlarında həmin fənləri tədris edən mütəxəssislərdən ibarət geniş tərkibdə fəaliyyət göstərəcək.

Tədbirdə BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Babayeva bu qurumun fəaliyyətindən söz açıb.

Universitetin rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali məktəbdə Azərbaycan multikulturalizminin tədrisi, tədqiqi və təbliği sahəsində görülən işləri diqqətə çatdırıb.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı professor Etibar Nəcəfov bu kafedranın perspektivlərindən danışıb.

Digər çıxış edənlər də yeni yaradılmış Şuranın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan multikulturalizmi və Multikulturalizmə giriş fənləri üzrə tədris prosesi, tədris-metodik işlərin təşkili, bu sahəyə marağı olan jurnalistlər, tədqiqatçılar və fənləri tədris edən müəllimlərin müxtəlif formatlı görüşləri, diskussiyaları ilə bağlı təkliflər səsləndirilib.

Qeyd edək ki, BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının nəzdində yaradılacaq Nəzəri-praktik Şura və Elmi-metodik birləşmə respublikada Azərbaycan multikulturalizmi üzrə vahid tədris-metodik platforma olaraq, ali təhsil müəssisələrində multikulturalizm sahəsində dövlət siyasətinin reallaşdırılması və fənlərin tədrisi üzrə elmi, tədris-metodik fəaliyyəti əlaqələndirən qurum kimi fəaliyyət göstərəcək.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

Əsas xəbər, "Zirvə"
Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

"Zirvə"
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Azərbaycanlı alimlər Volqoqradda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi  ...

Azərbaycanlı alimlər Volqoqradda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ...

Digər ali məktəblər, Rusiya
BSU-nun yeni rektoru ASİF HACIYEV kollektivə təqdim edildi

BSU-nun yeni rektoru ASİF HACIYEV kollektivə təqdim edildi

BSU

"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda e ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Kamal Abdulla  “Şöhrət” ordeni ilə  təltif edilmişdir

Kamal Abdulla “Şöhrət” ordeni ilə təltif edilmişdir

Rəsmi Xəbərlər, BSU, "Zirvə"
AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

AzTU
AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

Əsas xəbər, AzTU
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mö ...

Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mö ...

Gəncə, Digər ali məktəblər
ADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin ba ...

ADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin ba ...

ADPU
BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat ...

BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat ...

BSU
AzTU-da yaz semestrində əlavə dərsləri tədris edən müəllimlərlə rəhbərliyin ...

AzTU-da yaz semestrində əlavə dərsləri tədris edən müəllimlərlə rəhbərliyin ...

AzTU
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ROZA XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ROZA XANIM!..

AzTU, Təbriklər
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

Elm, Digər bölmələr
AzTU-da “SABAH”qruplarının tələbələri ilə görüş keçirilib

AzTU-da “SABAH”qruplarının tələbələri ilə görüş keçirilib

AzTU
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Elm
Rəy yazın: