"Gənc İstedadlar" Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub BDU, Hüquq 18 января 4333 0 1 2 3 4 5 Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilib.Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirsəini 1 dəqiqəlik sükutla yad ediblər.Tədbirdə liseyin direktoru, professor Qasım Hüseynov 20 Yanvar faciəsinin Azərbaycan xalqının qan yaddaşına yazılmış qəhrəmanlıq salnaməsi olduğunu, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun ölkəmizdə qanlı cinayətlər törətdiyini bildirib, o müdhiş yanvar gecəsində Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizənin dəhşətlərindən bəhs edib.Sonra BDU-nun dosenti Nuru Məmmədovun 20 Yanvarla bağlı məruzəsi dinlənilib. Tarixçinin maraqlı məruzəsindən məlum olub ki, son arxiv araşdırmalara görə, yanvar olaylarında əslində 147 respublika vətəndaşı şəhid olub.Daha sonar liseyin 7 A sinif şagirdləri Abbas Cavidan, Ləman İsmayılova, Məsmə Fərhadova və b. 20 Yanvar hadisəsi ilə bağlı şeirlər söyləyiblər.Aytac MƏDƏDLİ,BDU-nun Hüquq fakültəsinin II kurs tələbəsi,"Gənc istedadlar" Liseyinin məzunu.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.