PROFESSOR SƏHƏR ORUCOVANIN VƏTƏN SEVGİSİ

PROFESSOR  SƏHƏR ORUCOVANIN VƏTƏN SEVGİSİ Vətənpərvərliyin tarixi kökü minillər boyu yaşamış, möh-kəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağ-lanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncəsinin tərkib hissəsinə çevrilir.
Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Vətən torpağı müqəddəsdir. Vətən sevgisi ana südündən, ana laylasından başlayır. Vətənə məhəbbət insanınn daxilindən, qanından, genindən gəlir. Ailədən başlayan vətənpərvərlik təhsildə davam edir.
Vətən mənim canımdır.
Ruhumda bəslədiyim anamdır!
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.


Qeyrətdə kişidir, ürəkdə aslan,
Səni çicək kimi bəsləyib anan,
Sevgi məhəbbətdir qəlbində hər an,
Nurlu gələcəkdir Vətən qızları.


PROFESSOR  SƏHƏR ORUCOVANIN VƏTƏN SEVGİSİPROFESSOR  SƏHƏR ORUCOVANIN VƏTƏN SEVGİSİ Hər zaman doğma Azərbaycan haqqında qürurla danışan ziyalı Səhər Hidayət qızı Orucova İrəvanda anadan olmuşdur. Ailəsindən əsl vətənpərvərlik dərsi alan Səhər Orucova orta məktəbdə oxuyarkən belə öz təlim-tərbiyəsi, fəallığı ilə müəllim-lərin və sinif yoldaşlarının sevgisini qazanmışdır. Orta məktəbi bitirdikdən sonra 1988-1993-cü Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. Daha sonra isə 2005-2011-ci illərdə Azərbaycan Dillər Universitetində İngilis dili fa-kültəsində təhsilini davam etdirir. 1993-cü ildə Bakı Dövlət Universitetində çalışır. 1993-1995-ci illərdə BDU-nin Filologiya fakültəsində "Humanitar fakültələr üzrə rus dili" kafedrasında laborant, 1995-1996-cı illərdə baş laborant, 1996-1999-cu illərdə “Folklor” kafedrasında müəllim, 1999-2003-cü ildə baş müəllim, 2003-2005-ci illərdə dosent əvəzi, 2005-ci ildən do-sent, 2015-ci ildə professor vəzifəsində çalışmışdır. 2013-cü ildə filologiya elimlər doktoru elmi dərəcəsi almışdır.
2015-ci ildən BDU-nun “Azərbaycan şifahi xalq ədəbiy-yatı” kafedrasının müdüri seşilmiş, 2018-ci ildə AMEA-nın professoru adına layiq görülmüşdür. 2021-ci ildən BDU-nin nəznində "İqtisadiyyat və Humanitar" kollecin direktorudur.
150 elmi məqalə, 8 proqram və 2 kitab müəllifidir. İxtisası üzrə Respublika və Beynəlxalq konfranslarda çıxıslar etmisdır. Muxtəlif diplomlar, serfikat və mükafatlarla təltif olunmuşdur.

Hər zaman Ali Baş Komandanın daxili və xarici siyasətini dəstəkləyir. "44" günlük Vətən müharibəsində zamanı da arxa cəbhədə dəstəyini əsirgəməmişdir. Hər zaman şəhid ailələrinin və qazilərin yanında olmaği özünə mənəvi borc bilir. Vətəninə, xalqına ruhən bağlı olan Səhər Orucova müxtəlif xeyriyyə ak-siyalarının keçrilməsində fəal iştirak edir, müxtəlif təbəqələrdən olan insanlara dəstək olur. Xüsusilə də daima aztəminatlı ailə-lərin yanında olur, onlara kömək əlini uzadır.
2021-ci ildən Bakı Dövlər Universitetinin nəznində "İqtisadiyat və Humanitar" kollecə rəhblik edən Səhər xanım kol-lektivin və tələbələrin sevgisini qazanmışdır. Hər zaman yaxşı əməlləri ilə çalışır ki insanların qəlbləri sevindirsin. Ürəyi hər zaman Vətən sevgisi ilə dolu olan Səhər Hidayət qızı Orucova öz üzərində yorulmadan və daha məsuliyyətlə çalışır, müxtəlif elmi məqalələr, vətənpərvərlik layihələrini həyata keçirərək bir çox nailiyyətlər əldə etmişdir. Tələbələrlə mütamadi söhbətlər aparır, onların vətənpərvər ruhda təhsilinə daha da önəm verir. İstəyir ki, çalısıdığı və rəhbərlik etdiyi kolleci nümunəvi təhsil ocaqları sırasında görsün.

Önrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi səxsiyyət və tarixin ən böyük vətənpərvəri olan və həmişə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" söyləyən Heydər Əliyevin vətən sevgisi hər kəs üçün, eləcə də professor Səhər Orucova üçün bir nümunədir. Ulu öndərimizə məxsus olan bu sözlər hamımız böyük qürur və fəxarət hissi ilə təkrarlayırıq. Bəli, biz də fəxr edirik ki, Azərbaycanlıyıq. Azərbaycanlı olan hər kəs, bu vətənin hər bir övladı, Azərbaycanı-mızın gələcəyi üçün əlindən gələni etməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər" - sözlərini hər za-man özünə bir şüar edən Səhər Orucovanın özü də gənclərimizə bir örnəkdir.

Biz də ürəyi daima vətən sevgisi ilə döyünən, vətənpərvər, yurdsevər və xeyirxah insan, zəhmətkeş və fədakar qadın, görkəmli alim, filologiya elmləri doktoru, professor Səhər xanım Orucovaya gələcək işlərində, elmi-pedaqoji və ictimai fəaliyyə-tində, eləcə də şəxsi həyatında yeni-yeni uğurlar diləyirik!..

Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: