BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir seçilib

BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir seçilib TƏBRİK EDİRİK!..

BDU Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsinə Allahverdi Məmmədli seçilib.


BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, kafedra müdiri vəzifəsi seçkili olduğundan hər 4 ildən bir müsabiqə elan olunur. Bu il də Bakı Dövlət Universitetində vakant olan bir neçə kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan olunub. Jurnalistika fakültəsi Televiziya və radio müdiri vəzifəsini tutmaq üçün 2 nəfər - dosent Aynur Kərimova və filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli sənədlərini təqdim edib.

Mövcud təlimata uyğun olaraq, bu məqsədlə fəaliyyət göstərən xüsusi komissiyada gizli səsvermə yolu ilə seçki keçirilib və nəticələrə görə, Allahverdi Məmmədli kafedra müdiri seçilib.

Allahverdi Məhərrəm oğlu Məmmədli -1976-cı ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub. 1981-ci ilədə BDU-nun Jurnalistika fakültəsini radio-televiziya ixtisası üzrə bitirib. Naxçıvan Dövlət Televiziya və radio verlişləri komitəsində baş redaktor vəzifəsinə təyin edilib. 1998-ci ilə Bakıda Azad Azərbaycan radiosunun məsul redaktoru və ilk efir aparıcısı olub. 2000-2005-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Xəbərlər redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 2005-ci ildən BDU-nun Jurnalistika fakültəsində dərs deyir, eyni zamanda, Ali Məhkəmənin Mətbuat xidmətinin rəhbəri vəzifəsində fəaliyyət göstərir. 2017-ci ildə Televiziya və radio jurnalistikası kafedrasının müdiri seçilib.

2004-cü ilə filologiya elmləri namizədi, 2015-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
Son 5 ildə 46 məqaləsi respublikanın və xarici ölkələrin elmi jurnallarında çap olunub. 4 monoqrafiyanın müəllifidir.

KİV-də iştirakına görə “Qızıl qələm"Həsən bəy Zərdabi mükafatlarına layıq görülüb.
Televiziya və radionun inkişafında xidmətlərinə görə, Azərbaycan respublikası Prezidentinin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.


BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir seçilib Kafedranın keçmiş müdiri, Aynur Nurəddin qızı Kərimova -
1986-1991-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb.
1991-1994-cü illərdə BDU-nun aspiranturasında təhsil alıb.
1994-cü ildən Jurnalistika fakültəsi Televiziya və radio jurnalistikası kafedrasının müəllimidir.

2012-ci ildən son seçkiyə qədər Televiziya və radiojurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb.
50 məqalənin, 2 kitabın müəllifidir.

2008-ci ildə „Azərbaycan televiziyasının beynəlxalq əlaqələri: bu günü və perspektivi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Filologiya elmləri namizədi, dosentdir.

Fəaliyyət göstərdiyi müddət ərzində jurnalistika tədrisinin dünya standartlarına uyğun təşkilinə, peşə fənləri üzrə dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasına çalışıb. British Council, Access Bankla birgə təşkil etdiyi “Jurnalistikada yeni nəsil” adlı proyektin, Bakı Dövlət Universiteti jurnalistika fakültəsi tədris planının təkminləşdirilməsi, tədris prosesində iştirak edən əməkdaşların treninqləri, yeni dərslik və proqramların hazırlanmasını nəzərdə tutan "Azərbaycanda jurnalist təhsilinin inkişafına dəstək" adlı layihənin BDU-da təşkilini təmin edib.

Kafedra müdiri olduğu müddətdə kommunikativ və innovativ fəaliyyəti ilə müxtəlif layihələri reallaşmasında təşəbbüskar və koordinator olub:

2012-ci il - "Jurnalistikada yeni nesil" layihəsi çərçivəsində 10 tələbə Londona gedib. 2013-cü il BDU ilə TIKA arasında birgə əməkdaşlığın qurulmasında koordinator olub. Bu laylhələr çərçivəsində 2014-cü il 10 tələbə, 2015-ci ildə 15 müəllim Türkiyədə elmi-praktik ezamiyyətdə olub. 2016-ci il Televiziya və radio studiyasının maddi-texniki bazası yenilənib. 2016-ci il Azercell Telekommunikasiya şirkəti ilə memorandum imzalanmasında iştirak edib.

Ən böyük xidmətlərindən biri BDU-da ilk olaraq, onlayn radionun qurulmasının təşəbbüskarı olub.

2013-cü ildə "İlin kafedra" müdiri" nominasiyasına layiq görülüb.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

Humanitar elmlər, Tv
Tanınmış jurnalist Dövlət Komitəsinə mətbuat katibi təyin olunub

Tanınmış jurnalist Dövlət Komitəsinə mətbuat katibi təyin olunub

Diaspora
Ramil Qasımov “Mədəniyyət” kanalına baş direktor təyin olunub

Ramil Qasımov “Mədəniyyət” kanalına baş direktor təyin olunub

Azərbaycan, Mədəniyyət, Təbriklər
İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçilib

İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçilib

Bolus
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
İctimai Televiziyada yeni təyinatlar - RƏSMİ

İctimai Televiziyada yeni təyinatlar - RƏSMİ

MEDİA, Tv
Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Azərbaycan, Təbriklər
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

Əsas xəbər, MEDİA, Bolus, Təbriklər
Natəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilib

Natəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilib

Mədəniyyət
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
Əməkdar jurnalist Füzuli İsmayılova yeni vəzifə verilib

Əməkdar jurnalist Füzuli İsmayılova yeni vəzifə verilib

MEDİA, Təbriklər
Tələbə jurnalistlərin qonorar sevinci

Tələbə jurnalistlərin qonorar sevinci

BDU, Hüquq
AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər

AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər

AzTU-nun MƏZUNLARI, AzTU
AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

AzTU
Rəy yazın: