TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib

TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov bu il keçirilmiş seçkilərdə dünyanın ən nüfuzlu elmi qurumlarından biri olan Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

ZiM.Az xəbər verir ki, oktyabrın 28-də Rusiya Elmlər Akademiyasının ümumi iclasında 2400 namizədin iştirak etdiyi və üç mərhələdən ibarət keçirilmiş seçkilərin nəticələri təsdiqlənib, Rusiya Elmlər Akademiyasına üzv seçilən beynəlxalq səviyyədə tanınmış 63 xarici alimin adı açıqlanıb. Bu siyahıda ABŞ, İngiltərə, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç kimi ölkələrdən ən məşhur alimlərin, o cümlədən 7 Nobel mükafatçısının da adı var. Dünya şöhrətli fransız Sovaj Jan Pyer, çinli Xuan Vey, israilli Şextman Dan, amerikalı Henri Kissencer, Rodjer Kornberq, Martinus Veltman, Kennet Cozef Errou kimi elm nəhənglərinin sırasında BDU-nun rektoru Abel Məhərrəmovun adı da yer alıb.

Orta məktəbi qızıl medalla başa vuran Abel Məhərrəmov 1971-ci ildə BDU-nun kimya fakültəsini bitirib. 1973-cü ildə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub və 1976-cı ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib. Rəhbərliyi altında 60 nəfərədək alim doktorluq və namizədlik dissertasiyası müdafiə edib. Əməkdar Elm Xadimi olan A.Məhərrəmov 54 ixtira, 19 monoqrafiya, 51 dərslik və dərs vəsaitinin, o cümlədən 1000-dən artıq məqalə və tezisin müəllifidir. Alimin Tomson Reyter agentliyinin siyahısına daxil olan jurnallarda məqalələrinin sayı 234, onun işinə olan istinadların sayı 707, “H” indeksi üzrə göstəricisi 15-dir ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərdən biridir. Akademik Abel Məhərrəmov dünyanın bir çox qabaqcıl universitetlərinin Fəxri doktoru, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, bir neçə beynəlxalq təşkilatın, o cümlədən ECO-nun və ISESCO-nun elm üzrə mükafatçısıdır.

Biz də ZiM.Az saytının bütün Yaradıcı Heyəti adından
Bakı Dövlət Universitetinin rektoru, görkəmli alim,
çox hörmətli akademik Abel Məhərrəmovu
Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibəti ilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
elmi yaradıcılığında və ictimai-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həq ...

BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həq ...

BDU, Təbriklər, Rusiya
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU
AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib

AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib

Digər bölmələr, Tiflis, Nekroloqlar
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Biologiya və tibb elmləri
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Biologiya və tibb elmləri, Təbriklər
Professor Elton Məmmədov İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akade ...

Professor Elton Məmmədov İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akade ...

Elm, "Zirvə", Dünya, Təbriklər
= TƏBRİK EDİRİK, = Hörmətli ALI MUSAYEV!..

= TƏBRİK EDİRİK, = Hörmətli ALI MUSAYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Başkeçid, Təbriklər
Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov  AMEA-nı ...

Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov AMEA-nı ...

Humanitar elmlər, Təbriklər
Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

BDU
Professor Pənah Xəlilovun 90 illik yubileyi

Professor Pənah Xəlilovun 90 illik yubileyi

Əsas xəbər, BDU, Borçalı
Nuh Yurdunun böyük oğlu!..

Nuh Yurdunun böyük oğlu!..

Naxçıvan, "Zirvə", Təbriklər
Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

Digər bölmələr, Təbriklər
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

Elm, Nekroloqlar
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Rəy yazın: