AzTU məzununun uğur hekayəsi: RAMİN KƏRİMOV

AzTU məzununun uğur hekayəsi: RAMİN KƏRİMOV AzTU məzununun uğur hekayəsi: RAMİN KƏRİMOV Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti universitetin fəxri məzunu "Baku Steel Company" MMC-nin vitse-prezidenti
Ramin Kərimovla onun iş yerində görüşüb.

Ramin Kərimovun uğurlu karyerası “Baku Steel Company”də ilk olaraq poladəridən köməkçisi vəzifəsindən başlayıb. Sonralar poladəridən, poladəritmə sexində növbə rəisi, şixta tədarükü sahəsində baş inspektor, şixta tədarükü sahəsinin rəisi, poladəritmə sexinin rəisi, istehsalat direktoru vəzifələrində çalışıb.
Hazırda "Baku Steel Company" MMC-nin vitse-prezidentidir.


Ramin Kərimov 2016-cı ildən indiyə kimi tutduğu vəzifə üzrə şirkətin gələcək inkişafı və yekun məhsulun istehsal xərclərinin azaldılması üçün geniş strategiyalar həyata keçirib. Onun apardığı uğurlu islahatların nəticəsi olaraq, zavodda rekonstruksiya və avtomatlaşdırma işlərinin aparılması nəticəsində illik istehsal gücünü 35%, yəni 350 min tondan 1.000.000 tona qədər artırılıb. Tamamlanan yenidənqurma işlərinə daxil olan yeni Elektrik Qövs Sobasının (EQS) quraşdırılması, soba-çalovun, yeni FKQ (Filter Kompensasiya Qurğusu) ilə birlikdə yarımstansiyanın quraşdırılması və bütün köməkçi avadanlıqların yeni məhsuldarlıq gücünə uyğun olaraq dəyişdirilməsi-modernizasiyası, həmçinin soba üçün 60 MVA gücündə yeni transformator və reaktor alınıb, quraşdırılıb. Onun rəhbərliyi ilə məhsuldarlığı 5000 Nm3/saat olan yeni oksigen zavodu tikilib, əritmə prosesində HBI/DRI kimi materiallardan istifadəni 30% -dən 80% -dək artırmaq üçün İtaliyanın “Danieli” şirkətinin istehsalı olan, yeni dənəvari materialların sobaya verilməsi sistemi (MHS) quraşdırılıb. EQS-də odadavamlı materialların davamlılığı 750 ərintidən 1200 ərintiyə qədər artırılıb. Azərbaycanda ilk dəfə olaraq “Baku Steel Company”MMC-nin 2-ci poladəritmə sexində diametri 130 mm-dən 220 mm-dək olan dairəvi boru pəstahları istehsalı onun rəhbərliyi ilə başlanılıb və bu pəstahlardan keyfiyyətli tikişsiz boruların istehsalı üçün “Azərboru” ASC-də rekonstruksiya işlərinin aparılmasında yaxından iştirak edib. Hazırda zavodda dairəvi və kvadrat pəstahların istehsalı üçün müasir, 4 şırnaqlı yeni Fasiləsiz Pəstah Tökmə Maşını (FPTM) və vakuumator qurğuları quraşdırılır. Eyni zamanda yeni yayma xəttinin (yüksəksürətli çatdırılma texnologiyası ilə bir sıralı yayma xətti) quraşdırılması üçün tender sənədləri və texniki göstəricilər hazırlanıb.

Ramin Kərimov həm də BƏƏ-nin Fujairah şəhərində yerləşən, illik istehsal gücü 1 milyon ton olan United Steel Industries FZC metallurgiya zavodunun tikinti işlərinə rəhbərlik edib, eyni zamanda zavodun icraçı direktoru vəzfəsində çalışıb.

Azərbaycanda ilk dəfə ferroərintilər zavodunun tikilməsi ideasını da məhz Ramin Kərimov irəli sürüb. Metallurgiya zavodlarında istifadə olunan FeSi 75 (Ferrosilisium) istehsal edən zavodun Türkiyənin “Demora” şirkətinin mütəxəssisləri ilə birlikdə inşaat layihəsinə də rəhbərlik edib. Hazırda zavodun məhsulları ABŞ, Almaniya, Yaponiya, Türkiyə və bir çox ölkələrin nəhəng metallurgiya zavodlarına satılır.

2013-cü ilin yanvarından AzTU-da metallurgiya ixtisası üzrə dövlət attestasiyası komissiyasının sədri, 2015-ci ildən AzTU-nun dosentidir. Həmçinin 2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində maşınqayırma və materşünaslıq ixtisası üzrə dövlət attestasiyası komissiyasının sədridir.

2013-cü ilin iyununda Almaniyada “Excellence in Steelmaking 2.0” devizi altında keçirilən V Beynəlxalq Metallurgiya Simpoziumunda, 2014-cü ilin aprelində Abu Dabidə keçirilən II Ümumdünya DRI və Pellet Konqresində, 2019-cu ilin martında isə Russiyanın Novokuznetsk şəhərində “Materialşünaslıq və maşınqayırma texnologiyası” mövzusunda keçirilən III Beynəlxalq Konfransda çıxış edib.

2017-ci ildə “Bimetallik yayma valın işçi hissəsi üçün çuqun” adlı ixtirasına görə patent alıb.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yaynında Elmi İnkişaf Fondunun təşkil etdiyi Elmin İnkişafı Fondunun elan etdiyi “Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri” adlı qrant müsabiqəsinin qalibi olub.

Ramin Kərimov qeyri-üzvi kimya və metallar mövzusunda 54 adda elmi məqalənin müəllifidir.
2018-ci ildə isə “Fasiləsiz Tökmə Pəstahları” adlı monoqrafiyası nəşr olunub.

Kimya elmləri üzrə fəlsəfə doktorudur. 2020-ci ilin fevralında AzTU-da texnika elmləri doktoru dərəcəsi almaq üçün disertasiya müdafiə edib.

İngilis, alman, rus və türk dillərini mükəmməl bilir.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Baku Steel Company"də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakül ...

AzTU
AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU
SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

Bolus, Təbriklər
AzTU məzununun uğur hekayəsi: RAMİN ABDULLAYEV

AzTU məzununun uğur hekayəsi: RAMİN ABDULLAYEV

AzTU-nun MƏZUNLARI, AzTU
Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Elm, AzTU
AzTU-nun alimləri Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub

AzTU-nun alimləri Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub

AzTU
“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəs ...

“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəs ...

AzTU
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU-nun MƏZUNLARI, AzTU
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
AzTU-da IV Beynəlxalq elmi konfrans

AzTU-da IV Beynəlxalq elmi konfrans

ADNSU, AzTU
AzTU məzununun uğur hekayəsi: ABUZƏR MİRZƏLİYEV

AzTU məzununun uğur hekayəsi: ABUZƏR MİRZƏLİYEV

AzTU
AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

Elm, Digər bölmələr
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
AzTU Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı genişləndirir

AzTU Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı genişləndirir

AzTU
AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər

AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər

AzTU-nun MƏZUNLARI, AzTU
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

AzTU, Elanlar
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakü ...

Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakü ...

Gəncə, AzTU
Rəy yazın: