AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib.

Qeyd edək ki, imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib.

Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçirilir.

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 8-dən 14-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: