AzTU-da Azad Mirzəcanzadə inkişaf proqramının təqdimatı olub

AzTU-da Azad Mirzəcanzadə inkişaf proqramının təqdimatı olubAzTU-da Azad Mirzəcanzadə inkişaf proqramının təqdimatı olub AzTU-da Azad Mirzəcanzadə inkişaf proqramının təqdimatı olubAzTU-da Azad Mirzəcanzadə inkişaf proqramının təqdimatı olub“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra edilən Azad Mirzəcanzadə inkişaf proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) infosessiya keçirilib.

İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev innovativ gənc mühəndislərin aşkar olunması, onların ideyalarıın dəstəklənməsi istiqamətində görülən işləri təqdirəlayiq hesab edib.

Tədbir zamanı iştirakçılara proqramın məqsədi, icra mərhələləri, qeydiyyat prosesi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, proqrama təqdim edilən layihə təklifləri aktuallığı, reallığı, innovativ və yenilikçi olması əsasında seçiləcək.

İkinci mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.

Qeyd edək ki, Azad Mirzəcanzadə inkişaf proqramı yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.

Proqrama qoşulmaq istəyən 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı https://bitly.ws/VVKj linki vasitəsilə qeydiyyatdan keçə bilər.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: