AzTU-da Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

AzTU-da Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub AzTU-da Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub AzTU-da Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub27 sentyabr saat 12:00-da Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və əməkdaşları universitetin Şəhidlər abidəsinin qarşısında Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: