Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib TƏBRİK EDİRİK!..

Texnika elmləri namizədi, dosent Elçin David oğlu Rzayev
Azərbaycan Texniki Unuversitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin dekanı vəzifəsinə seçilib.



Rzayev Elçin David oğlu 2 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub.

1988-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirib.

1993-cü ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma fakültəsini fərqlənmə diplomu ilə bitirərək maşınqayırma sahəsi üzrə mühəndis-mexanik ixtisasına yiyələnib.

1994-1998-ci illərdə Azərbaycan Texniki Universitetinin aspiranturasında təhsil alıb.

1998-ci ildə “Kəsən hissələri bərk xəlitədən olan ştampların elektrokimyəvi pardaqlama prosesinin optimallaşdırılması” adlı namizədlik dissertasiyasını Maşınqayırma texnologiyası ixtisası üzrə müdafiə edib, 1999-cu ildə texnika elmləri namizədi alimlik dərəcəsi və 2008-ci ildə dosent elmi adı alıb.

1993-cü ildən Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb, mühəndis-mexanik, laborant və baş laborant vəzifələrində çalışıb.

1999-cu ildən Azərbaycan Texniki Universitetinin Metalkəsən dəzgahlar və alətlər kafedrasının assistenti, dosenti və 2016-cı ildən isə Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının dosenti vəzifəsinə seçilib.

2004-2005-ci illərdə AzTU-nun Maşınqayırma fakültəsinin tədris işləri üzrə dekan müavini, 2005-2011-ci illərdə Magistratura şöbəsinin müdiri, 2011-2015-ci illərdə Metalkəsən dəzgahlar və alətlər kafedrasının müdiri, 2016-2019-cu illərdə Magistratura və doktorantura şöbəsinin müdiri vəzifələrində işləyib.

13 yanvar 2020-ci ildə Xüsusi texnika və texnologiya fakültəsinin dekanı vəzifəsinə seçilib.

45 elmi metodiki işin, o cümlədən, 1 monoqrafiya, 1 patent, 5 metodik və 1 dərs vəsaitinin müəllifidir.

Ailəlidir, iki oğlu var.

Tanınmış alim, texnika elmləri namizədi, dosent Elçin David oğlu Rzayevi Azərbaycan Texniki Unuversitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin dekanı vəzifəsinə seçilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: