AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib TƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə bildirib ki, AzTU HİK-in sədri İlham Aslanzadə öz istəyi ilə vəzifəsindən ayrıldığı üçün iclasda yeni sədrin seçilməsi məsələsinə baxılacaq.


İclasda yeni sədr vəzifəsinə AzTU-nun Mexatronika və maşın dizaynı kafedrasının müəllimi Elvin Bəxtiyarlının namizədliyi irəli sürülüb. Qeyd olunub ki, Elvin Bəxtiyarlı uzun illər AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb və onun bu sahədə kifayət qədər təcrübəsi var. Komitə üzvlərinin yekdil rəyi ilə Elvin Bəxtiyarlı AzTU HİK-in yeni sədri seçilib.

AzTU-nun rektoru Vilayət Vəliyev yeni sədrə uğurlar arzulayıb. Bildirib ki, universitetin Həmkarlar İttifaqı fəaliyyətini sistemli şəkildə qurmalıdır. Əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının səmərəli təşkili, əməyin və sağlamlığın mühafizəsi sahəsində işlərin müasir standartlar səviyyəsində aparılması dövrün tələbidir. Bu mənada Həmkarlar İttifaqının məsuliyyəti böyükdür. Rektor uzun illər bu sahədə təcrübəsi olan Elvin Bəxtiyarlının təyinatının təqdirəlayiq addım olduğunu qeyd edib.

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib Biz də Elvin Bəxtiyarlını AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: