“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “Bootcamp” keçirilib

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “Bootcamp” keçirilib “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “Bootcamp” keçirilib 21 oktyabr 2022-ci il tarixində Şamaxı şəhərində “Mentorun 72 saatı” adlı "Bootcamp” tədbirinə start verilib. 3 gün davam edəcək tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan yeni “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texnologiya Universitetin rektoru Yaşar Ömərov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetin (AzTU) prorektoru Rəşad Əliyev, “Azərikard" MMC-nin direktor müavini Zakir Əhmədov və digər şəxslər iştirak ediblər.

Tədbirdə “Rəqəmsal dünyada yenilik”, “Şəbəkələşmə”, “Liderlik bacarıqları”, “Komandanın effektiv idarə olunması”, “Startup pitching”, “Mentorluq, texnika və mexanizmləri”, “Startapın həyat dövrü”, “Təqdimat bacarıqlarının inkişaf etdirilməsi”, “Maliyyə cəlb edilməsi strategiyaları”, “Emosional intellekt” və “İdeya müsabiqəsi - İnnovativ məhsul inkişafı” mövzularında təlimlər, sonra isə komandalar üzrə iş təşkil olunacaq, həmçinin "Bilim Bakı" Mərkəzinin rəhbəri “Milli Teknoloji Hamlesi T3 Vakfı & Teknofest” haqqında məlumat verəcək. 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 48 saatı” adlı “B ...

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 48 saatı” adlı “B ...

Nazirlik, AzTU
“Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib

“Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib

AzTU
Elmi nəşrlərlə bağlı görüş keçirilib

Elmi nəşrlərlə bağlı görüş keçirilib

Yeni nəşrlər, Nazirlik, AzTU
AzTU komandasının daha bir uğuru: Rektor startapçı tələbələrlə görüşüb

AzTU komandasının daha bir uğuru: Rektor startapçı tələbələrlə görüşüb

AzTU
AzTU GVİİM

AzTU GVİİM "Asan Xidmət"lə əməkdaşlığa başlayıb

AzTU, GVİİM
AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU, QHT
UTECA-da

UTECA-da "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçi ...

Gəncə, Digər ali məktəblər
AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

Digər bölmələr, BMU
AzTU-da Beynəlxalq İnnovasiyalar yarışının təqdimatı keçirilib

AzTU-da Beynəlxalq İnnovasiyalar yarışının təqdimatı keçirilib

AzTU
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU

"Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri mükafatlandırıldı

AzTU
AzTU-da “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbir keçirilib

AzTU-da “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbir keçirilib

AzTU, Turan
AzTU-nun rektoru qalib tələbələrlə görüşüb

AzTU-nun rektoru qalib tələbələrlə görüşüb

AzTU
AzTU-nun rektoru

AzTU-nun rektoru "Xüsusi texnika və texnologiya" fakültəsinin III-IV kurs ...

AzTU
AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU
Azərbaycan Texnologiya Universitetinə təyin edilmiş yeni rektor əvəzi kolle ...

Azərbaycan Texnologiya Universitetinə təyin edilmiş yeni rektor əvəzi kolle ...

Gəncə, Nazirlik, Darvaz
Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

AzTU
AzTU-nun rektoru ECAR layihəsi çərçivəsində Belçikada olub

AzTU-nun rektoru ECAR layihəsi çərçivəsində Belçikada olub

AzTU
AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU
AzTU ilə Bakı Limanı arasında əməkdaşlığa dair memorandum imzalandı

AzTU ilə Bakı Limanı arasında əməkdaşlığa dair memorandum imzalandı

AzTU
Rəy yazın: