Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada AzTU-nun rektoru Vilayət Vəliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Rövşən Qarayev və digər rəhbər şəxslər iştirak edib.

AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, AzTU ölkənin bir sıra qurumları ilə əməkdaşlıq edir. Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr sözügedən qurumlarda təcrübə proqramlarında iştirak edirlər. Bu da tələbələrin karyeralarının gələcəkdə inkişaf etdirilməsində mühüm rol oynayır. Rektor AzTU-da keçirilən növbəti əmək yarmarkasının da həm işə götürənlər, həm də məzunlar üçün uğurlu olacağına inandığını qeyd edib.

Daha sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli son illər ölkədə məşğulluq sahəsində aparılan yenilik və islahatlardan danışıb. Bildirib ki, müasir dövrdə bir çox peşələr transformasiyaya uğrayır. Bu baxımdan hər kəs əmək bazarının çağırışlarına hazır olmalıdır. Texniki peşələrin hər zaman arzuolunan olduğunu qeyd edən Mustafa Abbasbəyli AzTU məzunlarını bu baxımdan çox şanslı adlandırıb. Qeyd edib ki, Agentlik hazırda ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir və mütəmadi olaraq bu cür tematik yarmarkalar təşkil olunur.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Rövşən Qarayev də əmək yarmarkasının məzunlar üçün əhəmiyyəti barədə danışıb.

Qeyd edək ki, əmək yarmarkasında 1000-ə yaxın AzTU məzunu iştirak edib. Həmçinin yarmarkada 74 dövlət və özəl müəssisəsi tərəfindən ümumilikdə 800-ə yaxın boş iş yeri və təcrübə proqramları təqdim edilib. Məzunlara Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, gənclərə yönəlmiş layihələr barədə məlumat verilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
AzTU-nun İdman Sarayında Karyera sərgisi keçirilib

AzTU-nun İdman Sarayında Karyera sərgisi keçirilib

AzTU
Qazi Universitetinin professorları AzTU-ya səfər edib

Qazi Universitetinin professorları AzTU-ya səfər edib

AzTU, Turan
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
Təhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları tə ...

Təhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları tə ...

Nazirlik, AzTU
Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Əsas xəbər, Nazirlik, AzTU
AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU
AzTU-nun rektoru YÖKAK-ın sədri ilə görüşüb

AzTU-nun rektoru YÖKAK-ın sədri ilə görüşüb

AzTU

"Microsoft" şirkətinin nümayəndələri AzTU-nun rektoru ilə görüşüblər

AzTU
AzTU-nun rektoru Bakı Limanına səfər edib

AzTU-nun rektoru Bakı Limanına səfər edib

AzTU
AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib

AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib

AzTU
AzTU-da vorkşop keçirilib

AzTU-da vorkşop keçirilib

AzTU
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini AzTU-nu ...

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini AzTU-nu ...

AzTU, Avropa
AzTU-da Bilik Günü qeyd olunub

AzTU-da Bilik Günü qeyd olunub

AzTU
AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

AzTU, Turan
AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

AzTU
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU
AzTU-nun rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə gö ...

AzTU-nun rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə gö ...

AzTU
AzTU-da UNESCO-nun dəstəyilə “Mühəndislikdə hər kəs güclüdür!” mövzusunda k ...

AzTU-da UNESCO-nun dəstəyilə “Mühəndislikdə hər kəs güclüdür!” mövzusunda k ...

AzTU
Rəy yazın: