Yüksək balla AzTU-ya qəbul olunan tələbələr mükafatlandırılıb

Yüksək balla AzTU-ya qəbul olunan tələbələr mükafatlandırılıb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2022-2023-cü tədris ili üzrə bakalavriat və magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrlə görüşüb.
Rektor tədrisin bütün səviyyələrində keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən yeniliklər barədə tələbələrə məlumat verib.
Həmçinin tədris prosesinin gedişi ilə maraqlanıb və tələbələrin suallarını cavablandırıb.
Görüşün sonunda tələbələrə AzTU-nun hədiyyələri və “Bestcomp Group” şirkəti adından noutbuklar təqdim olunub.

Xatırladaq ki, 2022-2023-cü tədris ili üzrə magistratura səviyyəsinə keçirilən qəbul imtahanında AzTU-ya ən yüksək balla qəbul olunan tələbə Ülviyyə Hüseynova olub. O, 95 balla informasiya texnologiyaları və sistemlər mühəndisliyi ixtisasına qəbul olunub.
Bakalavriat səviyyəsində isə Rəvan Əlizadə (643,7 bal), Əyyub Məmmədov (628,5 bal), Ülviyyə Məmmədova (619,6 bal) və Tahirə Rəşid (603,8 bal) yüksək nəticə göstərərək AzTU ilə Ankara Universitetinin kompüter mühəndisliyi ixtisası (tədris ingilis dilində) üzrə ikili diplom proqramına qəbul olunublar.


AzTU-nu seçənlər

Hər il olduğu kimi, bu ildə Azərbaycan Texniki Universitetinə yüksək balla daxil olan tələbələrimiz oldu. Bu çox qürurverici bir haldı. Qəzetimizin ştatdankənar müxbiri Dünya Qarabağlı həmin tələbələrdən bir neçəsi ilə görüşüb müsahibə alıb. Aşağıda həmin müsahibəni dərc edirik.

Birinci müsahibimiz bu il magistratura səviyyəsinə keçirilən qəbul imtahanında AzTU-ya ən yüksək balla qəbul olunan tələbə Ülviyyə Rafiq qızı Hüseynovadır. O, 1999-cu il iyun ayının 20-də Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açıb. İlk təhsilini doğma kəndlərində yerləşən Qaratəpə ümumi orta məktəbində alıb. Sonra isə Osman Mirzəyev adına tam orta məktəbini bitirib. 2016-cı ildə ali məktəblərə qəbul imtahanında iştirak edib, 498 bal toplayaraq Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin riyaziyyat müəllimliyi ixtisasına qəbul olub. 2020-ci ildə həmin universitetdən məzun olub.

Ülviyyə Hüseynovanın dediklərindən:
"- Müəllimlik ən ali peşədir, lakin mən aradakı 2 il müddətində informasiya texnologiyalarına olan marağımı, öyrənmək arzumu müşahidə etdim. Bunun üçün magistraturaya qəbul üzrə keçiriləcək imtahana hazırlaşmağa başladım və 2022-ci ildə keçirilən 1-ci şans imtahanında 83, 2-ci şans imtahanında 95 bal toplayaraq hədəfim olan respublika 1-ciliyini əldə edə bilməsəm də, respublika üzrə 5-ci, AzTU üzrə isə birinci yerdə oldum. Üzərimdə əməyi olan bütün müəllimlərimə təşəkkürümü bildirirəm.
Hazırda Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası, İnformasiya mühafizəsi və təhlükəsizliyi ixtisaslaşmasına qəbul olmuşam. Bura qəbul olmağım əlbəttə təsadüf deyil. İxtisas seçimləri zamanı ayrılmış 20 yerdən cəmi 10-nu doldurmuşdum ki, bunun da 50 %-ni və ilk yeri Azərbaycan Texniki Universiteti təşkil edirdi.
Qarşıma məqsəd qoyduğum bir ixtisas vardı və həmin ixtisas üçün ən uyğun universitetin peşəkar və ixtisaslı kadrları ilə AzTU olduğunu düşünürəm. Həmçinin təhsil ilə yanaşı mənimçün önəmli məsələlərdən biri də tələbəyə olan diqqət və qayğıdır ki, AzTU bu mövzuda yaxşı mənada ad qazanmışdır. Bunun da canlı şahidləri elə buranın 4-cu kurs tələbəsi olan mənim bacımdır, digər yaxın tanışlarımdır.
Universitetləri araşdırarkən Azərbaycan Texniki Universitet dedikdə ilk olaraq rektor Vilayət Vəliyevin tələbələrə göstərdiyi diqqətdən danışılırdı. Elə bu səbəbdən hətta onun obyektiv bir təhsil səhifəsi tərəfindən tələbənin dostu mükafatına layiq görüldüyünü də öyrəndim ki, bu məlumat seçimimi dəqiqləşdirməyim üçün daha bir səbəb oldu. Universitetin ilk günlərində cənab rektorun yüksək bal toplamış tələbələrlə keçirdiyi görüşdə bunun canlı şahidi oldum. Bununla yanaşı, universitetin müəllim kollektivinin tələbələrə göstərdiyi tolerantlıq, anlayış, empatiya, öyrətmə istəyini gördükdə bir daha doğru seçim etdiyimi anladım.
Nəticə etibarilə universitet seçimimdən çox məmnunam və qarşıdakı 2 il boyunca bu məmnuniyyətin belə də davam edəcəyinə inanıram."

İkinci müsahibimiz Əlizadə Rəvan Nizami oğludur. O, 9 avqust 2005-ci ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı şəhərinin Xətai rayonundakı 261 saylı məktəb liseyə daxil olub. 2017-ci ildə Nizami rayonundakı Kimya Biologiya təmayüllü liseyə daxil olub və 2022-ci ildə həmin liseyi müvəffəqiyyətlə bitirib. 643.7 bal toplayaraq AzTU-nu seçib.
- Rəvan, niyə məhz Texniki Universiteti seçdin?
- Sosial şəbəkələrdə araşdırmalar apararkən gördüm ki, universitet inkişaf yönüm­lüdü, burada yeni layihələr həyaya keçirilir, yeni dərs proqramları yaradılır. Eyni zamanda, diqqətimi Türkiyə ilə 2-li diplom proqramı cəlb etdi. Dərlərimiz başladıqdan sonra gördüm ki, həqiqətən də yanılmamışam. Professor-müəllim heyəti düşün­düyümdən də yaxşıdır. Az bir müddətdə rektorumuzu və müəllimlərimizi özümə dost kimi qəbul etdim.Gələcəkdə öz ixtisasım üzrə iştəmək və təhsilimi magistraturada davam etmək istəyirəm.

Üçüncü müsahibimiz Məmmədov Əyyub Yasin oğludur. O, 8 iyul 2005-ci ildə Bakı şəhərində anadan olub, 2011-ci ildə Bakı şəhərindəki 245 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2022-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib, qəbul imtahanında 628,5 bal topla­yaraq AzTU-ya daxil olub. Onun özünün etirafına görə abutiriyent jurnalı çıxana qədər bu universitet haqqında elə də çox düşünməmişdi. Jurnal çıxdıqdan sonra isə Texniki universitetlə maraqlanmağa başlayıb. Universitetin qeyri-adi və gözəl təkliflər etməsi, CodeAcademy, British Councilin IELTS ilə əməkdaşlıq qurması, Türkiyə uni­versitetləri ilə əməkdaşlıq etməsi, yeni avadanlıqlarla təchiz olunması onun diqqətini cəlb etmiş və bu universiteti seçməyə həvəsləndirmişdi. O, əvəllər futbol, basketbol oynamaqla məşğul olmuşdu. Eyni zamanda, şahmatla məşğul olmuş, 4-cü və 3-cü dərəcəni almış­dı. Əlavə olaraq rəqslə məşğul olmuşdu. Boş vaxtlarında, kitab oxumağı və ev heyvanları ilə vaxt keçirməyi çox sevir.

Müsahiblərimizdən biri də Məmmədova Ülviyyə Nazim qızıdır. O, 2004-cü ildə Gə­dəbəyin Qaravəllər kəndində dünyaya göz açıb. 2011-ci ildə həmin məktəbin 1-ci sinifinə daxil olub, 2022-ci ildə həmin məktəbi bitirib və 619.6 bal toplayaraq AzTU-ya qəbul olub. Onun özünün dediyinə görə, AzTU-nun məzunu olan, kimya fənnindən hazırlıq müəllimi bu ali məktəbin üstün cəhətlərindən danışaraq Ülviyyədə bu universitetə qarşı böyük maraq yaradıb. Həmçinin onun bu universiteti seçməyinin əsas səbəblərindən biri də AzTU-nun rektoru Vilayət müəllim və universitetin professo-müəllim kollektivi haq­qında eşitdiyi yaxşı sözlər olub.
Boş vaxtlarında fəlsəfə kitabları oxumağı sevir. Öz ixtisası üzrə işləmək arzusundadır.

Digər müsahibimiz isə Rəşid Tahirə Seymur qızıdır. O, 2005-ci ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə 2-saylı Saatlı rayon məktəbinin 1-ci sinfinə daxil olub,2013-cü ildən təhsilini Bakının Xətai rayonundakı İlqar Səfərov adına 260 saylı tam orta mək­təbdə davam etdirib. 2022-ci ildə oranı əla qiymətlərlə bitirib, qəbul imtahan­ların­dan 603,8 bal toplayaraq AzTU-nun ingilis dilində “Kompüter mühəndisliyi” ixtisasına daxil olub. Onu bu universitetə cəlb edən 2-li diplom və xaricdə təhsil almaq həvəsi ol­ub. Təhsilini bitir­dik­dən sonra İT mütəxəsisi olmaq onun hədəfidir. Boş vaxtlarında şəkil çək­məklə məşğul olur.

Müsahiblərimizdən eşitdiklərim mənə xoş təəssuratlar bağışladı, buna görə də mən onların haqqında yazmaq, onları sizə də tanıtmaq qərarına gəldim.
Sonda isə həmin tələbələrin timsalında, bütün tələbələrə uğurlar arzulayıram!..


Dünya QARABAĞLI,
AzTU-nun II kurs tələbəsi,
“Ziya” qəzetinin ştatdankənar müxbiri


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU
AzTU-da Bilik Günü qeyd olunub

AzTU-da Bilik Günü qeyd olunub

AzTU
AzTU-nun rektoru I kurs tələbələri ilə görüşüb

AzTU-nun rektoru I kurs tələbələri ilə görüşüb

AzTU
AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU, Turan
AzTU-nun rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb

AzTU-nun rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb

AzTU
Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

AzTU, Elanlar
Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

AzTU
AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib

AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib

AzTU
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU
Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

AzTU, Turan
AzTU-nun rektoru Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzun ...

AzTU-nun rektoru Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzun ...

AzTU
Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

AzTU
Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Nazirlik, AzTU
AzTU-nun I kurs tələbələri universitetlə tanış olub

AzTU-nun I kurs tələbələri universitetlə tanış olub

AzTU
AzTU-nun rektoru qalib tələbələrlə görüşüb

AzTU-nun rektoru qalib tələbələrlə görüşüb

AzTU
AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
Qazi Universitetinin professorları AzTU-ya səfər edib

Qazi Universitetinin professorları AzTU-ya səfər edib

AzTU, Turan
AzTU tələbələri

AzTU tələbələri "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiya edib

AzTU
AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədb ...

AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədb ...

AzTU
Rəy yazın: