Tələbə sözü: "Əzmlə çalışacağam!..."

Tələbə sözü: "Əzmlə çalışacağam!..." Artıq I kursun 2-ci yarım ili başa çatdı.
Dərslər qurtardı. İmtahanlar başladı...

Bizim 1-ci imtahanımız “İqtisadiyyat” fənnindən idi. Bu dərsi deyən Axilles müəllim idi. İmtahan vaxtı müəllim bizə:
-Kimin özünə inamı varsa, o birinci gəlsin, bilet çəkib danışsın, - daha sonra mənə baxaraq: - Elə səndən başlasaq yaxşı olar, - dedi.
Mən gəlib bilet çəkdim, danışdım, müəllimin suallarını da cavablandırdım. Müəllim məndən çox razı qaldı və dedi:
- Halal olsun sənə, çox savadlı qızsan.
2-ci imtahan “Ehtimal nəzəriyyəsi”ndən idi. Bu fəndən imtahan götürən Mənsur müəllim idi. Ondan qiymət almaq heçdə asan deyildi. O qiymət kəsən müəllim deyil, amma heç artıq qiymət verən müəllim də deyil. Mənsur müəllim çox savadlı, savadlı olduğu qədər də tələbkar müəllimdi. Onun biliyini tələbəyə çatdırmaq qabiliyyəti də çox güclüdü. O hər bir mövzunu tələbəyə çox asan, ətraflı və sadə üsulla başa salır. Müəllim dərs keçərkən uşaqlar çox diqqətlə və çox maraqla qulaq asırlar. Bu da müəllimin izah elədiyi mövzuya və ən başlıcası isə öz fənninə qarşı güclü maraq yaratmasından asılıdır. Mən bir az haşiyyədən kənara çıxaraq demək istəyirəm ki, bizə dərs deyən hər bir müəllimlərin ümumi, ortaq cəhəti var. Onlardan hər biri, ilk dərs günü bizə deyirlər ki:
- Kim nəyi baş düşməsə, çəkinməsin, soruşsun. Mən sizin başa düşmədiyiniz mövzunu, siz öyrənənə qədər, öyrətməyə hazıram. Yetər ki, sizdə öyrənmək həvəsi olsun.
Doğrudan da belə olur, hansı tələbə nəyi başa düşmürsə müəllimlər həmin mövzunu, tam aydın olana qədər öyrədirlər. Amma imtahan zamanı tamam başqa, yad bir müəllim olaraq, verdikləri biliyi tələb edirlər. Hər kəsə layiq olduğu qiyməti verirlər. Əslində belə də olmalıdır. Təhsildə güzəşt olmamalıdır.
Ulu Öndərimiz deyir: “Təhsil millətin gələcəyidir.”
Yenidən əvvəlki fikrimə qayıdaraq demək istəyirəm ki, mən imtahanların hamısını verdim, hamısından yüksək qiymət aldım. Üstəlik hər bir müəllimin tərifinə layiq görüldüm. Bu təriflər məni daha çox çalışmağa, daha yaxşı oxumağa həvəsləndirir. Zəhmətim də hədər getmir.
Universitetimizin rektoru hörmətli Vilayət müəllim fakultəmizin dekanı Fərqanə xanıma mənim haqqımda belə dedi:
"- Sizin çox isdedadlı tələbəniz var." - Daha sonra mənə baxaraq sözünə davam etdi: "- Qızım, mən çox sevinirəm ki, sənin kimi əlaçı, isdedadlı bir tələbə bizim universitetdə oxuyur. Bu həm mənim üçün, həm də Texniki universitet üçün çox qürurvericidir. Sənin kimi tələbəyə bizim hər zaman ehtiyacımız var."

Mən də söz verirəm ki, rektorumuzun və müəllimlərimizin mənə olan inamını doğrultmaq, yaxşı bir iqtisadçı olmaq üçün daha əzimlə çalışacağam!..

Dünya ƏHMƏDOVA,
AzTU-nun
"İqtisadiyyat və idarəetmə" fakültəsinin
tələbəsi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tələbə sözü:

Tələbə sözü: "Böyük arzu"

AzTU
AzTU-da onlayn yay imtahan sessiyası başa çatıb

AzTU-da onlayn yay imtahan sessiyası başa çatıb

AzTU
Nəriman ƏLİYEV:

Nəriman ƏLİYEV: "ALİM TƏBƏSSÜMÜ" - Professor Mədəd Çobanov haqqında xatir ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Dosent Mütəllim Rəhimov:

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyy ...

"SALDO"
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə Yay məktəbinin ...

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə Yay məktəbinin ...

AzTU
AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU
Sağ ol, Xasay müəllim (hekayə)

Sağ ol, Xasay müəllim (hekayə)

Nəsr
ŞƏRƏFLİ HƏYAT YOLU

ŞƏRƏFLİ HƏYAT YOLU

"SALDO"
AzTU-da qış imtahan sessiyası başlayıb

AzTU-da qış imtahan sessiyası başlayıb

AzTU
AzTU rektoru şifahi imtahan prosesini izlədi

AzTU rektoru şifahi imtahan prosesini izlədi

AzTU
Mahmud Kamaloğlu: BÜTÜN ÖMRÜNÜ ELMƏ HƏSR ELƏMİŞ  BORÇALI SEVDALI ŞƏRƏFLİ AL ...

Mahmud Kamaloğlu: BÜTÜN ÖMRÜNÜ ELMƏ HƏSR ELƏMİŞ BORÇALI SEVDALI ŞƏRƏFLİ AL ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov

"Bayrağımız dünyada daha çox tanınmağa layiqdir" - "Uğur formulu"

Başkeçid, Amerika
Ondan öyrənir və ona bənzəməyə çalışıram

Ondan öyrənir və ona bənzəməyə çalışıram

"Elm və Təhsil", Başkeçid
Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyiblər

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyiblər

AzTU
İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

BDU, Borçalı
Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, Təbriklər
Təbrik edirik, DAVİD MÜƏLLİM!..

Təbrik edirik, DAVİD MÜƏLLİM!..

Elm, Təbriklər
Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstan, Qarayazı
AzTU-nun rektoru imtahan prosesini izləyib

AzTU-nun rektoru imtahan prosesini izləyib

AzTU
Təhsildə fərqlənən tələbələr adlı təqaüdə layiq görülüb

Təhsildə fərqlənən tələbələr adlı təqaüdə layiq görülüb

AzTU
Rəy yazın: