İftixar Çələbi AzTU-nun Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub

İftixar Çələbi AzTU-nun Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub İftixar Çələbi AzTU-nun Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunubİftixar Çələbi AzTU-nun Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti İftixar Çələbi universitetin Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Rektor Vilayət Vəliyev
İftixar Çələbini kollektivə təqdim edib.
Bildirib ki, İftixar Çələbi uzun illər AzTU-da müxtəlif vəzifələrdə çalışıb. Onun həm tədrisin aparılması, həm də tədqiqatların yerinə yetirilməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Eyni zamanda İftixar Çələbi texnika elmləri namizədidir. Bütün bunlar İftixar Çələbinin Yüksək Təhsil İnstitutuna direktor vəzifəsinə təyinatının doğru addım olduğunu təsdiqləyir. Rektor deyib ki, Yüksək Təhsil İnstitutuna Magistratura və Doktorantura şöbələri daxildir. İftixar Çələbinin rəhbərliyi ilə bu şöbələrdə tədrisin və tədqiqatın keyfiyyətinin daha da yüksəldilməsi, yeni innovativ yanaşmaların tətbiq edilməsi qarşıya qoyulan başlıca hədəflərdəndir.

Daha sonra çıxış edən
İftixar Çələbi ona göstərilən etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, İftixar Çələbi 1981-1986-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtonəqliyyat fakültəsində təhsil alıb.
1992-ci ildə AzTU-nun aspiranturasına daxil olub. 1998-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. O, 1999-cu ildə Maşın hissələri kafedrasında baş müəllim, 2003-cü ildə isə dosent vəzifələrində çalışıb.
2006-cı ildə Almaniyanın Aleksandr Humboldt fondunun təqaüdünə layiq görülən İftixar Çələbi, fondun dəvəti ilə 2006-2008-ci illərdə Ştutqart Universitetinin Maşın Elementləri İnstitutunda elmi-tədqiqat işləri aparıb. O, həmçinin müxtəlif xarici universitetlərdə elmi-pedaqoji təcrübə keçib. 2019-2021-ci illərdə AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri vəzifəsində çalışıb.

Biz də hörmətli İftixar müəllimi AzTU-nun Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
AzTU-nun dosenti Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgü ...

AzTU-nun dosenti Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgü ...

AzTU, Turan
İmran Yolçuyev AzTU-nun  Tədris hissəsinin müdiri təyin olunub

İmran Yolçuyev AzTU-nun Tədris hissəsinin müdiri təyin olunub

AzTU
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

AzTU
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

AzTU
AzTU-nun yeni prorektoru Fariz Mustafayev kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Fariz Mustafayev kollektivə təqdim olunub

AzTU
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
Təhsil naziri AzTU-nun rektoru Vilayət Vəliyevi universitein kollektivə təq ...

Təhsil naziri AzTU-nun rektoru Vilayət Vəliyevi universitein kollektivə təq ...

Nazirlik, AzTU
AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU
TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

AzTU, Təbriklər
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
Rəy yazın: