Qazi Universitetinin professorları AzTU-ya səfər edib

Qazi Universitetinin professorları AzTU-ya səfər edib Qazi Universitetinin professorları AzTU-ya səfər edib Qazi Universitetinin professorları AzTU-ya səfər edibQazi Universitetinin professorları AzTU-ya səfər edibQazi Universitetinin professorları AzTU-ya səfər edibAzərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Qazi Universitetinin əməkdaşlığı çərçivəsində Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Süleyman Tekeli və Kompüter mühəndisliyi kafedrasının müdiri, professor Ayhan Erdem AzTU-ya səfər edib.

Səfər zamanı 1999-cu ildən Türkiyənin Ankara Şəhər Bələdiyyəsi və Qazi Universitetinin icra etdiyi BELTEK (bələdiyyə texniki təhsil kursları) texniki peşə təlimləri layihəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib.


Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin nümayəndələri, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev, agentliyin nümayəndələri, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Zaur Əliyev iştirak edib.

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev BELTEK layihəsinin mahiyyəti, Azərbaycan üçün faydaları və ömürboyu təhsillə bağlı əhəmiyyətindən danışıb.

Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Süleyman Tekeli BELTEK haqqında geniş təqdimatla çıxış edib. O, proqramın tərkibi, əhatə dairəsi, qısamüddətli peşə təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı və digər məsələlərlə bağlı məlumat verib.

Qazi Universiteti Kompüter müəndisliyi kafedrasının müdiri, professor Ayhan Erdem AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının professor-müəllim heyəti və tələbələri qarşısında təqdimatla çıxış edib, daha sonra kafedranın fəaliyyəti ilə tanış olub.

Səfər çərçivəsində iki universitet arasında imzalanan ikili diplom proqramı haqqında müqavilənin icrası ilə bağlı müzakirələr də aparılıb. Həmçinin elektrik və elektronika mühəndisliyi, metallurgiya mühəndisliyi və maşın mühəndisliyi ixtisasları üzrə tədrisin maddi-texniki bazasının inkişaf etdirilməsi üçün təklif və təqdimatlar müvafiq fakültə dekanları və kafedra müdirləri ilə müzakirə edilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

AzTU, Turan
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
AzTU-nun rektoru YÖKAK-ın sədri ilə görüşüb

AzTU-nun rektoru YÖKAK-ın sədri ilə görüşüb

AzTU
Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

AzTU
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU
AzTU-nun rektoru İspaniyada işgüzar səfərdə olub

AzTU-nun rektoru İspaniyada işgüzar səfərdə olub

AzTU
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə  ...

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə ...

AzTU, Turan
Ankara Universitetinin professorları AzTU-da olub

Ankara Universitetinin professorları AzTU-da olub

AzTU, Turan
AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU, Turan
Orta Doğu Texniki Universitetinin professoru AzTU-da seminar keçib

Orta Doğu Texniki Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
AzTU tələbələri

AzTU tələbələri "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiya edib

AzTU
AzTU kollektivi üçün Erasmus+ proqramı üzrə məlumatlandırma sessiyası keçir ...

AzTU kollektivi üçün Erasmus+ proqramı üzrə məlumatlandırma sessiyası keçir ...

AzTU
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

AzTU, Turan
AzTU-da Bilik Günü qeyd olunub

AzTU-da Bilik Günü qeyd olunub

AzTU
AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəs ...

“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəs ...

AzTU
AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıb

AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıb

AzTU, Turan
Sankt-Peterburq Dövlət Universitetinin nümayəndələri AzTU-da olublar

Sankt-Peterburq Dövlət Universitetinin nümayəndələri AzTU-da olublar

AzTU
Rəy yazın: