ƏSGƏRƏ MƏKTUB

ƏSGƏRƏ MƏKTUBSalam, Ürəyi Vətən eşqi ilə döyünən əsgər.
Sözümüzün bitdiyi, lakin başladığı bir yerdəyik. Kəlimələrimiz boğazımızda udquna bilmədiyimiz ağır tikə, gözlərimiz yaşlı halda bu məktubu yazırıq. Ürəyimizdə hayqırmaq isdədiyimiz, lakin hayqıra bilmədiyimiz minlərcə kəliməni qələmə tökmək ne qədər də ağırdır bilmərsən.
Sən bizi tanımasan da, bunu əminlik ilə söyləyə bilərik ki, məktubu yazan gənclər səni səndən daha yaxşı tanıyır və bu sözləri böyük şərəf, iftixar, qürur hissi ilə söyləyir.
İndi isə özünü azərbaycanlı gəncinin ürəyində olan böyük məhəbbət ilə tanı.


Mənim əsgərim, qəhrəmanım, baş ucalığım, gələcək tariximin və keçmişimin igidlərini mənə xatırladan fəxrim Sənin bu gün ki, qəhrəmanlığın tarixi yenidən dirçəltdi. Babəkimin, İsmayılımın, Koroğlumun, Qaçaq Nəbimin ölmədiyini hal-hazırda Mübarizdə, Orxanda, Şəhriyarda, Qəzənfərdə və adını bilmədiyim sən əsgərimdə yaşadığını gördük.
Sən Qəhrəmanov Orxan erməninin neçə-neçə tankını və hərbi texnikasını məhv edən əsgər.
Xüsusi təyinatlı Məmmədov Qurban Xaləddin düşmənin onlarla əsgərini və silahsursatını məhv edən əsgər.
Mösümov Fərid atasız, anasız olan əsgərimiz.
Sən artıq anasız-atasız deyilsən.
Hətta, söyləyə bilərik ki, bütün Azərbaycan xalqı sənin anan, atan və ailəndir. Sənin ünvanın artıq döydüyün hər qapı və hər bir azərbaycanlının evidir.
Sən bu gün bizə sığına biləcəyimiz, hər zaman bizi qoruyacaq qəhrəmanımızın var olduğuna inandırdın və bizə günəşli sabah, aydın səma bəxş etdin.
Əminlik ilə söyləyə bilərik ki, sən bu gün cəbhədə düşmən ilə savaşarkən, sənin xalqın sənsizliyin həsrəti ilə içində mübarizə aparır.
Vətən sənə sən isə bizim Allahımıza əmanətimizsən. Unutma, sən Allahın ordusunda, haqq yolundasan. Bu yolda addımlamağa isə yalnız sənin kimi əsgər layiq ola bilər.
Təşəkkür edirik əsgər:
Bu gün 1813 Gülüstan,1828 Türkmənçay və bütün tariximizin intiqamını aldın. Bacının, ananın və bütün xalqının başını uca elədin.
Sənin adın artıq gələcəkdə ailə quracaq hər bir azərbaycanlı qızının balasına oxuyacaq laylasıdır. Əbədi yaşayan ölməz qəhrəmanımız. Sən bizim gözümüzdə bir damla yaş, əllərimizin səmaya ucaldığı duamız və ədəbiyyatımızın yeni dastanı və tarixisən.
SƏN VƏTƏN DEDİN, ŞƏHİD OLDUN.
BİZ SƏN DEDİK, HƏSRƏTİN İLƏ YANDIQ.
SƏN BİZİM ƏSGƏR,
SƏN BİZİM TARİX,
SƏNİN YASTIĞIN TORPAQ, BİZİM YASTIĞIMIZ GÖZ YAŞI.
SƏNİN BƏDƏNİN YARA, BİZİM İSƏ RUHUMUZ.
SƏNİN GÖZÜN QORXMAZLIQ, BİZİM ÜRƏYİMİZ DUA.
VƏTƏN SƏNİN, SƏN İSƏ BİZİM CANIMIZ.
SƏN VƏTƏNƏ, BİZ SƏNƏ QURBAN.
SƏN ALLAHA YOLDAŞ, BİZ SƏNƏ DOST.

Xanımxatın Muradova,
Fərid Qurbanlı,
Azərbaycan Texniki Universitetinin
"İqtisadiyyat və İdarəetmə" fakultəsinin
Menecment ixtisasının 2-ci kurs tələbələri


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: