AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilibAzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşlığı ilə “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçılarının tələbələrlə görüşü keçirilib.

AzTU-da keçirilən görüşdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Elm və innovasiya üzrə prorektor Çetin Elmas, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, universitetin Vətən müharibəsində qazi olmuş tələbəsi Elşən Mehdiyevin atası Sübut Mehdiyev çıxış edib.

Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində iştirak edib xalqımıza qələbə müjdəsi verən qəhrəmanların gənc nəslə tanıdılması təqdirəlayiqdir. Bildirilib ki, AzTU hər zaman tələbələrin vətənpərvərlik ruhunun inkişaf etdirilməsinə böyük önəm verir. AzTU-nun tələbələri torpaqlarımızın azadlığı uğrunda gedən bütün müharibələrdə ön sıralarda xidmət edib. Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Onlarla məzunumuz qazi olub. O da vurğulanıb ki, qalib ölkənin tələbələri bundan sonra da öz təhsilləri, savadları, vətənpərvərlikləri ilə ön sıralarda olmalıdır.

Tədbirdə Vətən müharibəsindəki zəfər salnaməsinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə barədə fikirlərini bildirib.

Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri müharibə ilə bağlı xatirələrini tələbələrlə bölüşüb.
Qeyd olunub ki, ordumuzun Vətən müharibəsində iştirak etdiyi hərbi əməliyyatların dünya hərb tarixinə düşməsi qürurvericidir.

Qazilər gənc nəslin vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədilə təşkil olunan görüşün keçirilməsinə görə AzTU rəhbərliyinə təşəkkür ediblər.

Çıxışlardan sonra qazilər tələbələrin Vətən müharibəsi ilə bağlı suallarını cavablandırıb.

AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib Tədbirin sonunda universitetin tələbələri adından AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi, şəhid Zülfüqar Fərəcovun oğlu Əmrah Fərəcov və AzTU Tələbə Gənclər Təşkilatının sədri Lalə Rüstəmova çıxış edərək qazilərimizə təşəkkür edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU
AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da Şəhidlərimizin əziz xatirəsi yad edilib

AzTU-da Şəhidlərimizin əziz xatirəsi yad edilib

AzTU
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib

AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib

AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
AzTU tələbələri

AzTU tələbələri "Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bi ...

AzTU
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

YAP, AzTU
AzTU SABAH tələbəsi, Vətən müharibəsi iştirakçısı Əli Məhəmmədov bilik yarı ...

AzTU SABAH tələbəsi, Vətən müharibəsi iştirakçısı Əli Məhəmmədov bilik yarı ...

AzTU
AzTU məzunu Gənclər üçün Prezident mükafatına layiq görülüb

AzTU məzunu Gənclər üçün Prezident mükafatına layiq görülüb

AzTU, Darvaz, Təbriklər
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
AzTU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

AzTU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

AzTU
Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb

Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb

AzTU, İdman
AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun MƏZUNLARI, AzTU
AzTU-nun Rektoru Vilayət Vəliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü müna ...

AzTU-nun Rektoru Vilayət Vəliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü müna ...

Əsas xəbər, AzTU
Rəy yazın: