AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcəkAzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov və baş meneceri Qaçay Mirzəyevlə görüşüb. Görüşdə AzTU-nun prorektorları və digər rəsmi şəxsləri də iştirak edib.

Rektor AzTU-da görülən işlər barədə qonaqlara məlumat verib.

Bildirib ki, hazırda universitetdə digər sahələr kimi, kibertəhlükəsizlik, süni intellekt və robototexnika istiqamətində də kadr hazırlığına xüsusi diqqət yetirilir.
Bu istiqamətdə “Microsoft Azərbaycan”ın AzTU ilə əməkdaşlığa başlaması təqdirəlayiq addım hesab olunur.

“Microsoft Azərbaycan”şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov təhsildə rəqəmsal transformasiya, şirkətin mövcud bulud sistemləri, süni intelekt və digər məsələlər barədə məlumat verib, eyni zamanda bununla bağlı təcrübəsini bölüşüb.
O, bildirib ki, ilkin olaraq tələbələrin “Microsoft Imagine Cup” müsabiqəsinə cəlb olunması müsbət addım olar.
Bundan başqa, AzTU-nun “Data Science” sahəsində yüksəkixtisaslı kadr hazırlaması da müzakirə olunub.
Qeyd olunub ki, “Microsoft”un sənaye sahəsində mövcud konsepsiyaları AzTU-da araşdırılacaq.
O da vurğulanıb ki, AzTU “Microsoft”un onlayn təhsil platformalarından istifadəni davam etdirəcək.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: