AzTU-da "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda tədbir keçirilib

	AzTU-da "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda tədbir keçirilib Azərbaycan Texniki Universiteti (AzTU) və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda onlayn tədbir keçirilib.

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi məqsədilə təşkil edilib.

Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə prorektor İsa Xəlilov, Elm və texnika işləri üzrə prorektor İlham Pirməmmədov görüşün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Dövlət Proqramının icrası ilə əlaqədar AzTU-da müvafiq tədbirlər planı hazırlanıb və bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir.

Tədbirin əsas fasilitatoru Dövlət Komissiyasının İşçi Qrupunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev respublikada fəaliyyət göstərən məktəblərdə, ilk ixtisas peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Qeyd edib ki, belə tədbirlərin təşkilində məqsəd narkotiklərin insan orqanizminə mənfi təsiri, narkomaniyanın doğurduğu fəsadlar barədə ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda bu istiqamətdə yarana biləcək sualları cavablandırmaqdır.

Tədbirin ikinci hissəsində AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov, universitetin SABAH qruplarının rəhbəri Aytən Sadıqova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Lalə Piriyeva, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Lalə Rüstəmova çıxış edərək bu istiqamətdə görülən maarifləndirmə işləri ilə bağlı məlumat verib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU),Sumqayıt Dövlət Universitetinin (SDU), Mingəçevir Dövlət Universitetinin (MDU), Lənkəran Dövlət Universitetinin (LDU), Azərbaycan Universitetinin (AU) və Xəzər Universitetinin nümayəndələri də iştirak edib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da “Narkotiksiz gələcək naminə” mövzusunda tədbir keçirilib

AzTU-da “Narkotiksiz gələcək naminə” mövzusunda tədbir keçirilib

AzTU
AzTU tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib

AzTU tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib

AzTU
Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək”  ...

Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” ...

AzTU
Binəqədidə

Binəqədidə "Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici t ...

Məktəblər
Bakıdakı 83 saylı məktəb-liseydə

Bakıdakı 83 saylı məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda ...

Məktəblər
Qazi Universitetinin professorları AzTU-ya səfər edib

Qazi Universitetinin professorları AzTU-ya səfər edib

AzTU, Turan
AzTU və MDU-nun birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar ke ...

AzTU və MDU-nun birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar ke ...

AzTU
Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları AzTU tələbələrinə semin ...

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları AzTU tələbələrinə semin ...

AzTU
AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib

AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib

AzTU
AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU
Elmi nəşrlərlə bağlı görüş keçirilib

Elmi nəşrlərlə bağlı görüş keçirilib

Yeni nəşrlər, Nazirlik, AzTU
AzTU və İTU-nun təşkilatçılığı ilə onlayn simpozium keçirilib

AzTU və İTU-nun təşkilatçılığı ilə onlayn simpozium keçirilib

AzTU
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU, QHT
AzTU-da “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbir keçirilib

AzTU-da “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbir keçirilib

AzTU, Turan
AzTU-da

AzTU-da "KinoMan" Layihəsi çərçivəsində tədbir keçirilib

AzTU, QHT, GVİİM
AzTU tələbələrinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində ...

AzTU tələbələrinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində ...

AzTU, QHT
AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU
AzTU-da “SABAH” qruplarında oxuyan tələbələrilə Təhsil Nazirliyinin “SABAH” ...

AzTU-da “SABAH” qruplarında oxuyan tələbələrilə Təhsil Nazirliyinin “SABAH” ...

AzTU
Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

AzTU
Rəy yazın: