AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib2020-ci il Fevralın 25-də
Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Xocalı soyqırımı haqqında məlumat verilib.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində soyqırım törədilib. Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciə erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 3 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulub, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olub, 1275 nəfər girov götürülüb, onların 150-sinin taleyi indiyədək məlum deyil. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.

Məhz ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb və 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Prezident İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, işğal edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada tanıdılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəlil Vəliyev Xocalı sakini Dürdanə Ağayeva soyqırım zamanı yaşanan dəhşətlərdən danışıb.

Daha sonra AzTU Televiziya Studiyasının milli-vətənpərvərlik mövzusunda hazırladığı
“QƏRAR” filmi nümayiş etdirilib.
Film Milli Qəhrəmanlarımız Seymur MəmmədovRövşən Əliyevə həsr olunub.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Botanika İnstitutunda Xocalı Soyqırımına həsr olunmuş Anım tədbiri keç ...

AMEA Botanika İnstitutunda Xocalı Soyqırımına həsr olunmuş Anım tədbiri keç ...

Biologiya və tibb elmləri
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

Biologiya və tibb elmləri
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU
AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU
AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

BMU
AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-nun MƏZUNLARI, AzTU
Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

AzTU, Turan
“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

Humanitar elmlər, "Zirvə"
AzTU kollektivi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumxalq yü ...

AzTU kollektivi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumxalq yü ...

AzTU
Xocalı soyqırımının 24-cü ildönümü Dilçilik İnstitutunda qeyd edilib

Xocalı soyqırımının 24-cü ildönümü Dilçilik İnstitutunda qeyd edilib

"Zirvə"
AMEA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

AMEA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

"Zirvə"
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Qarabağ
AzTU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Əsas xəbər, AzTU
Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində  Xocalı soyqırımını ...

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımını ...

Qarabağ
Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Qarabağ, Tiflis, Siyasət
İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştir ...

İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştir ...

Əsas xəbər, Azərbaycan, Qarabağ
Rəy yazın: