Orxan Əfəndiyev (1946)

Orxan Əfəndiyev (1946) ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Orxan Ziyəddin oğlu Əfəndiyev -
8 fevral 1946-cı ildə qədim Tiflis şəhərində ziyalı ailəsində - o dövrün tanınmış simalarından olan Ziya Borçalının ocağında anadan olub.
1962-cü ildə Tbilisi şəhərindəki M.F.Axundzadə adına 73 saylı Azərbaycan orta məktəbini bitirib.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna (indiki AzTU-ya - Azərbaycan Texniki Universitetinə) daxil olub və 1967-ci ildə Kimya - texnologiya proseslərinin avtomatlaşdırılması və kompleks mexanikləşdırılməsı ixtisasını bitirib.

İş fəaliyyətinə 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun «Hesablama texnikası və istehsalat proseslərinin avtomatlaşdıılması» kafedrasında baş laborant kimi başlayıb.

1968-1970-ci illərdə həqiqi hərbi xidmətə çağrılıb və hərbi xidməti bitirdikdən sonra öz iş yerinə qayıdıb.

O, 1984-cü ildə qiyabi aspiranturaya qəbul olunub, 1987-ci ildə Moskva Dövlət Cihazqayırma və İnformatika Universitetində namizədlik dissertasiyasını müdafiə edib.
SSRİ Xalq Nailiyyətləri Sərgisində müəllifi olduğu cihaza görə qızıl medalla təltif olunub və Budapeşt şəhərində sərgidə müəllifi olduğu cihazın nümayişinə görə diplomla təltif olunub. Bir il sonra dosent vəzifəsinə seçilib.

Dosent Orxan Əfəndiyev 1988-1993-cü illərdə AzTU-nun “Avtomatika və hesablama texnikası” fakultəsində dekan müavini vəzifəsində çalışıb.

1996-cı ilin sentyabrında Milli Aviasiya Akademiyasına dəvət olunub. Həmin vaxtdan «Avtomatika və aviasiya cihazları» kafedrasının müdiri, 1998-ci ildən 2010-cu ilə kimi tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.

Orxan Əfəndiyev 2005-ci ildə elm və tədrisin inkişafındakı fəaliyyətinə görə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü seçilib.
2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib və texnika elmləri doktoru adına layiq görülüb.
Onun 2009-cu ildə Moskvanın “Maşinostroyeniye” nəşriyyatında «Теория и практика магнитной левитации в приборостроении» adında 335 səhifəlik monoqrafiya çap olunub.
2010-cu ildən Milli Aviasiya Akademiyasında İxtisasartırma üzrə prorektor, 2011-ci ilin oktyabr ayına kimi «Avtomatika və aviasiya cihazları» kafedrasının professoru, 2011-ci ilin noyabr ayından isə Azərbaycan Dövlət Dəniz Akademiyasında «Gəmi avtovatikası» kafedrasında professor vəzifəsində çalışıb.
Bu dövr ərzində kafedranın elmi və metodiki işlərində iştirak edib, elmi və elmi-metodiki işlər hazırlayıb. və doktorantın elmi rəhbəri, “Azərbaycən Dövlət Dəniz Akademiyanın Elmi Əsərləri” jurnalının Redaksiyi şurasının üzvü, Akademiyanın Tədris-metodiki kommisiyasının sədri olub.

2014-2015-ci tədris ilində “Elektromexanika və radioelektronika” fakultəsinin dekanı vəzifəsində, 2015-cı ilin sentyabrından 2016-cı ilin sentyabrınadək isə “Gəmi elektroavtomatikası” kafedrasında professor vəzifəsində çalışıb.

Orxan Əfəndiyev 2016-cı ilin sentyabr ayında öz xahişı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasından işdən azad olunub, elə həmin ayda da Azərbaycan Texniki Universitetinin “Avtomatika və idarəetmə” kafedrasına Professor vəzifəsinə qəbul olunub. Hal-hazırda da həmin vəzifədə çalışır. Müdafiyə şurasının üzvüdür.
Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış edib. Apardiğı elmi tədqiqat işlərinin nəticələri Rusiya Federasiyası, Federal Unitar Dövlət Müəssisəsinin “Rusiya Elmi–Tədqiqat Kosmik Cihazqayırma İnstitut”unda yeni nəsl cihazların yaradılmasında istifadə edilib.
O, «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» və “Elmi məcmuələri” jurnallarının redaksiya heyətinin üzvü, Dövlətlərarası Aviasiya Komitəsi yanında Mülki aviasiya və hava məkanından istifadə haqqında Sazişin iştirakçıları olan dövlətlərin aviasiya mütəxəssislərinin hazırlığı üzrə Koordinasiya Şurasının üzvü, İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvü, Rusiya ali təhsil müəssisələrinin aviasiya və kosmik texnikanın istismarı sahəsindəki təhsilin Tədris-metodiki birliyinin assotiativ üzvü olub.

Orxan Əfəndiyev 150-dən çox elmi əsərin, 9 ixtiranın, 1 monoqrafiya, 2 dərsliyin, 12 dərs vəsaiti və tədris-metodiki işlərin müəllifidir.

Evlidir, iki övladı var.

Biz də dəyərli alimimiz, texnika elmləri doktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü,
çox hörmətli professor Orxan Ziyəddin oğlu Əfəndiyevə uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də ictimai və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Pünhan ƏFƏNDİYEV,
Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İmran Yolçuyev AzTU-nun  Tədris hissəsinin müdiri təyin olunub

İmran Yolçuyev AzTU-nun Tədris hissəsinin müdiri təyin olunub

AzTU
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

BMU, Təbriklər
Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib

AzTU, Nekroloqlar
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

AzTU, Başkeçid
Professor BAYRAM İBRAHİMOV

Professor BAYRAM İBRAHİMOV

AzTU, "XXI əsrin Ziyalıları"
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Rəy yazın: