AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib

AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib 2017-ci il Dekabrın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Fransa mədəniyyəti və təhsili günü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində tələbələrin Fransanı əks etdirən rəsmləri ilə tanış olublar.


Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbir Azərbaycan və Fransa dövlətlərinin himnləri ilə başlayıb.

AzTU-nun prorektoru, professor İsa Xəlilov Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, Azərbaycan Fransız İnstitutunun direktoru Yohan Şitterer və səfirliyin attaşesi Aurelia Bouchezi salamlayaraq tələbələrə təqdim edib. Çıxışında prorektor Fransa dövləti, təhsili və mədəniyyəti haqqında iştirakçılara qısa məlumat verərək bildirib ki, AzTU Fransanın 10 universiteti ilə əməkdaşlıq edir və hal-hazırda bu əməkdaşlığın genişləndirilməsi üçün müəyyən tədbirlər keçirilir.

Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, Azərbaycan Fransız İnstitutunun direktoru Yohan Şitterer Azərbaycanın dünyada qabaqcıl ölkələr sırasında olduğunu bildirib və Fransa gənclərinin Azərbaycanda təhsilinin genişləndirilməsi ilə əlaqəli işlər görüldüyünü vurğulayıb. Daha sonra qonaq Azərbaycan Fransız İnstitutunun yaradılması və fəaliyyəti haqqında danışıb.
Yohan Şitterer sonda AzTU-da Fransa gününün keçirilməsinə görə universitetin rəhbərliyinə və fəal iştiraklarına görə Tələbə Gənclər Təşkilatına təşəkkür edib.

Fransanın Azərbaycandakı səfirliyinin attaşesi Aurelia Bouchezi Fransa təhsilindən və Erasmus+ layihəsi çərçivəsində azərbaycanlı tələbələrin təhsillərini Fransada davam etdirmək imkanlarından danışıb.

Tədbirdə AzTU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Zərifə Əliyevanın “Fransa mədəniyyəti” “Radiotexnika və rabitə” fakültəsinin tələbəsi Məsud Hüseynovun fransız dilində “Azərbaycan və Fransa təhsil sistemi” mövzularında çıxışları maraqla dinlənilib.

Sonda tələbələrin ifasında Azərbaycan - Fransa milli mahnı və rəqsləri nümayiş olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq

AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq

AzTU
Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub

Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub

Nazirlik, ADNSU
Fransanın Arkaşon şəhərində Azərbaycan günlərinə start verilib

Fransanın Arkaşon şəhərində Azərbaycan günlərinə start verilib

Avropa, Diaspora
Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

AzTU
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie AzTU-da tələbələrlə  ...

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie AzTU-da tələbələrlə ...

AzTU, Dünya
Fransa və Amerika mətbuatı azərbaycanlı pianoçu Adilə Əliyevadan yazır

Fransa və Amerika mətbuatı azərbaycanlı pianoçu Adilə Əliyevadan yazır

Diaspora
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora
TVİNNİNQ layihəsinin rəhbərləri AzTU-nun rektoru ilə görüşüblər

TVİNNİNQ layihəsinin rəhbərləri AzTU-nun rektoru ilə görüşüblər

AzTU
Fransada “Azərbaycan aşıqları və fransız truverləri” mövzusunda beynəlxalq  ...

Fransada “Azərbaycan aşıqları və fransız truverləri” mövzusunda beynəlxalq ...

Folklor, Avropa
AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU
Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

AzTU
AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU
AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU
AzTU-nun nəzdində ESTIEM LG Baku Tələbə Taşkilatının ofisi açılmışdır

AzTU-nun nəzdində ESTIEM LG Baku Tələbə Taşkilatının ofisi açılmışdır

AzTU
AzTU-da “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbir keçirilib

AzTU-da “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbir keçirilib

AzTU, Turan
AzTU-da məşhur idmançılarla tələbələrin görüşü keçirilib

AzTU-da məşhur idmançılarla tələbələrin görüşü keçirilib

AzTU, İdman
AzTU-nun prorektoru  Fariz Məmmədov Gürcüstanda beynəlxalq konfransda iştir ...

AzTU-nun prorektoru Fariz Məmmədov Gürcüstanda beynəlxalq konfransda iştir ...

AzTU
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tə ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tə ...

AzTU
AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AzTU
AzTU-nun əməkdaşları Fransanın Valansyen Universitetində treninqdə iştirak  ...

AzTU-nun əməkdaşları Fransanın Valansyen Universitetində treninqdə iştirak ...

AzTU
Rəy yazın: