Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

TƏBRİK EDİRİK!..

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib
AzTU Elmi Şurasının bu gün -
2017-ci il iyulun 5-də keçirilmiş iclasında
Azərbaycan Texniki Universitetinin rektor əvəzi,
tanınmış iqtisadçı alim, Əməkdar müəllim,
«Qızıl qələm» mükafatı laureatı,
iqtisad elmləri üzrə fəlsəfə doktoru,
dosent Xalıq Məcid oğlu Yahudov
AzTU-nun FƏXRİ PROFESSORU seçilib.

Biz də çox hörmətli Xalıq müəllimi
bu münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
elmi-pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının
Baş redaktoru.

Xatırladırıq ki, Xalıq Məcid oğlu Yahudov 14 avqust 1946-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olmuşdur. 1953-cü ildən 1964-cü ilədək Suvagil kənd orta məktəbində oxumuş, 1964-cü ildə onbirinci sinfi əla qiymətlərlə bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinin 1-ci kursuna daxil olmuşdur. 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun(AzXTİ) bərpa olunması ilə əlaqədar olaraq bu instituta keçmiş, 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirmiş və işləmək üçün Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat institutuna(DPK-nın ETİİ) göndərilmişdir. Burada o, 1969-cu ilin noyabr ayınadək baş elmi işçi vəzifəsində çalışmışdır.

1969-cu ilin noyabr ayında D.Bünyadzadə adına AzXTİ-nin əyani aspiranturasına qəbul olunmuşdur.
1970-ci ilin noyabrından 1971-ci ilin noyabrınadək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1973-cü ildə aspiranturanı bitirərək Azərbaycan DPK-nın ETİİ-nə işə göndərilmişdir. Burada o, kiçik elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır.

1975-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 1984-cü ildə dosent elmi adını almışdır.
1977-ci ildə SSRİ Dövlət Plan Komitəsinin Ali İqtisadiyyat kursunu bitirmişdir.
1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (AzPİ) baş müəllim vəzifəsinə keçmişdir(bu institut 1991-ci ildən Azərbaycan Texniki Universiteti(AzTU) adlanır). Yahudov X.M. 1982-ci ildən 1995-ci ilədək Maşınqayırma fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.
1995-ci ildə AzTU-da «Mühəndis biznesi və menecment» fakültəsi yaradıldıqda Yahudov X.M. həmin fakültəyə dekan seçilmiş və 2003-cü ilin may ayınadək dekan vəzifəsində işləmişdir.
2003-cü ilin may ayında AzTU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmiş və 2005-ci ilin dekabr ayınadək bu vəzifədə çalışmışdır.

2005-ci ilin dekabrından 2006-cı ilin avqust ayınadək AzTU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləmişdir.

2006-cı ilin avqust ayından isə AzTU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. Hazırda bu vəzifədə çalışır.

2016-cı ilin sentyabr ayından Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə AzTU-nun Rektor əvəzi təyin edilmişdir.

Yahudov X.M. bir çox elmi konfransların və simpoziumların iştirakçısıdır. O, 70-dən çox elmi məqalənin, dərsliyin, dərs vəsaitlərinin və metodik materialların müəllifidir. Yahudov X.M. «İqtisadi-riyazi metodlar və avtomatlaşdırılmış idarəetmə sistemləri»(14 çap vərəqi), «Maşınqayırma müəssisələrinin idarə edilməsinin təşkili»(6 ç.v.), «Sənaye istehsalının təşkili, planlaşdırılması və idarə edilməsi» fənnindən praktikum» (8 ç.v.), «Müəssisənin iqtisadiyyatı»(34,25 ç.v.) və «Menecmentin əsasları» (20,5 ç.v.) kitablarının müəllifidir. O, həmçinin «SSRİ maşınqayırmasının iqtisadiyyatı» (23 ç.v.) və «Maşınqayırma müəssisəsinin təşkili,planlaşdırılması və idarə edilməsi»(33 ç.v.) dərsliklərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir.

1986-1988-ci illərdə Azərbaycan Televiziyasının «Elm və həyat» curnalında aktual iqtisadi problemlərə həsr olunmuş silsilə verilişlər aparmışdır. O, həmçinin Azərbaycan Sovet Ensiklopediyasında çap olunmuş 20-dən çox məqalənin müəllifidir.

X.M.Yahudov müstəqil Azərbaycan Respublikası müəllimlərinin 1998-ci ildə keçirilmiş I (XI) qurultayının nümayəndəsi olmuşdur.

Hazırda X.M.Yahudov AzTU Elmi Şurasının sədr müavini, Təhsil və elm komissiyasının və Elmi-metodik şuranın sədridir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının üzvü, «Ali təhsildə kadr hazırlığı üzrə işçi qrupunun» «Texniki və texnoloci ixtisaslar üzrə Dövlət Standartlarını hazırlayan işçi qrupunun» sədridir.

2010-cu ildə X.M.Yahudova Əməkdar müəllim fəxri adı verilmişdir.

O, müntəzəm olaraq dövri mətbuatda çıxış edir. «Qızıl qələm» mükafatı laureatıdır. Elm və təhsildəki xidmətlərinə görə 26 iyun 2012-ci ildə Millətlər Birliyinin ictimai mükafatlar üzrə Şurasının Beynəlxalq Mükafatlar İttifaqının «Vəzifə və şərəf» ordeni ilə təltif olunmuşdur. «Xalqın nüfuzlu ziyalısı»«Jurnalistlərin dostu» media mükafatlarına layiq görülmüşdür.

Yahudov X.M. ailəlidir. İki övladı və üç nəvəsi vardır.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Akşin Vəzir oğlu VƏLİYEV (1965)

Akşin Vəzir oğlu VƏLİYEV (1965)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ XALIQ MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ XALIQ MÜƏLLİM!..

AzTU, Təbriklər
Aftandil Qasım oğlu BABAYEV (1957)

Aftandil Qasım oğlu BABAYEV (1957)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

AzTU, Təbriklər
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
AzTU Elmi Şurasının növbəti iclası keçirilib

AzTU Elmi Şurasının növbəti iclası keçirilib

AzTU
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU
AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
Rəy yazın: