AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib Sentyabrın 28-də Azərbaycan Texniki Universitetində “Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfransı öz işinə başlayıb.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Universitetin foyesindəki büstü önünə təzə-tər gül-çiçəklər düzüblər.

Konfransın plenar iclasını AzTU-nun rektor əvəzi Xalıq Yahudov giriş sözü ilə açaraq, qonaqları və iştirakçıları salamlayıb.
Azərbaycan Respublikasının Dövlət himni səslənib.
Daha sonra X.Yahudov çıxışına davam edərək, konfransın keçirilməsində məqsədin maşınqayırmada intellektual texnologiyalar sahəsində müasir elmi-texniki istiqamətlər üzrə mütəxəssislərin apardıqları tədqiqatları və alınmış nəticələri müzakirə etmək olduğunu bildirib.

Təhsil nazirinin müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov keçirilən tədbirin əhəmiyyətindən danışaraq iqtisadiyyatın, texnologiyanın inkişafına bu konfransın ciddi təsir göstərəcəyini bildirib.

Çıxışlarda qeyd olunub ki, konfrans vasitəsilə texnoloji inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi mümkün olacaq.

Sonra Rusiya Elmlər Akademiyası Maşınşünaslıq İnstitutunun laboratoriya müdiri, Əməkdar elm xadimi, Lenin mükafatı laureatı, texnika elmləri doktoru, professor Boris Muxtarbekoviç Bazrov, Türkiyənin Sparta şəhərindəki Süleyman Dəmirəl Universitetinin mühəndis fakültəsinin mexanika kafedrasının müdiri, dr., professor Abdullah Avey AzTU-nun kafedra müdiri, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Həsən Hüseynovun məruzələri böyük maraqla qarşılanıb.

Konfransın elmi katibi, texnika elmləri doktoru, professor Nizami İsamyılov ZiM.Az-a bildirib ki, plenar iclasında Türkiyə, Rusiya, Almaniya və Ukraynadan olan alimlər, böyük zavod və müəssisə rəhbərləri, maşınqayırma sahəsi ilə maraqlanan iş adamları iştirak edib.

Sonra konfrans öz işini 8 bölmə üzrə 3 gün davam etdirib. Maşınqayırma sahəsinə aid son dərəcə əhəmiyyətli məsələlərin müzakirə olunduğu beynəlxalq konfransda “İntellektual idarəetmə sistemləri”, “Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri”, “Maşınların layihələndirilməsində innovativ metodlar”, “Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər”, “Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası”, “Bərk cisim, maye və qaz mexanikasının problemləri”, “Logistik sistemlər”, “Təhsildə intellektual texnologiyalar və resurslar” mövzularında 240-dan çox elmi məruzə dinlənilib.

Konfransda iştirak edən alimlər müvafiq bölmələr üzrə intellektual idarəetmə sahəsində əldə olunmuş nailiyyətlərin, avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri, yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası, logistik sistemlər, intellektual texnologiyaların inkişaf ənənələri, təhsildə və istehsalatda istifadə olunan innovativ metodlar haqqında məruzələrlə çıxış ediblər.

Qonaqlar AzTU-nun Heydər Əliyev Mərkəzini və laboratoriyalarını gəzib, Universitetlə yaxından tanış olublar.

Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının
Baş redaktoru.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda Beynəlxalq elmi-tex ...

“Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda Beynəlxalq elmi-tex ...

AzTU, Elanlar
AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU
AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU
“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusun ...

“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusun ...

AzTU
AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
Professor Şamil Səmədzadənin 80 illiyinə həsr olunmuş Elmi Konfrans   keçir ...

Professor Şamil Səmədzadənin 80 illiyinə həsr olunmuş Elmi Konfrans keçir ...

Əsas xəbər, AzTU
AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki  ...

AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki ...

AzTU
AzTU-da IV Beynəlxalq elmi konfrans

AzTU-da IV Beynəlxalq elmi konfrans

ADNSU, AzTU
AzTU-da “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Resp ...

AzTU-da “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Resp ...

AzTU
AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU
ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlx ...

ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlx ...

Gəncə, Nazirlik
Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

AzTU, Turan
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Diaspora, Dünya
AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU
AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU
BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU, "Elm və Təhsil", Hüquq
AzTU-da Bilik günü qeyd olunub

AzTU-da Bilik günü qeyd olunub

Əsas xəbər, AzTU
AzTU-da

AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" ...

AzTU
Rəy yazın: