Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun rektoru və "Məktəb məcmuəsi" jurnalının redaktoru başqırd əsilli Şərif Manatov (1887-1936)

Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun rektoru və "Məktəb məcmuəsi" jurnalının redaktoru başqırd əsilli Şərif Manatov (1887-1936) Azərbaycan Ali Pedaqoji İnstitutunun rektoru və
"Məktəb məcmuəsi" jurnalının naşiri başqırd Şərif Manatov
(20.10.1887, Manatovo kəndi - 1936, Smorodinovka kəndi)


Açar sözlər: Şərif Manatov, başqırd rektor, "Məktəb" məcmuəsi,
türk dünyası, redaktor, "Azərbaycan məktəbi" jurnalı,
"Təhsil problemləri" qəzeti, Nəcəf Nəcəfov, Əməkdar müəllim


...Mən "Azərbaycan məktəbi" jurnalının məsul katibi idim. Müəllimlərin və pedaqoji ictimaiyyətin öncül nümayəndələrinin əsərlərini redaktə edirdim. Redaktorumuz hörmətıi dostumuz Azərbaycan Respublikasının Əməkdar müəllimi, dosent Nəcəf Nəcəfov idi. Məhz onun rəhbərliyi ilə biz jurnalımızda pedaqoji mətbuatımıza aid bir neçə sanballı yazı dərc etdirmişdik. Bizə mane olanlar da var idi...
Redaktoru milliyyətcə başqırd olan bir jurnalın izinə düşmüşdüm. Heç bir yerdə bu məcmuə haqqında söz açılmırdı. Jurnalın redaktoru türk dünyasının tanınmış xadimlərindən biri idi. Onun V.İ.Leninlə də,.İ.V.Stalinlə də dostuq münasibərləri var imiş.
Redaktoru Şərif Manatov olan "Məktəb məcmuəsi" (1925) haqqında bir araşdırma apardım, məqaləmi çap üçün Nəcəf müəllimə təqdim etdim.
Bu məcmuə dil və üslubuna, yazıların tərbiyəvi əhəmiyyətinə görə diqqəti daha çox səlb edirdi...


Türk dünyasının uşaq və pedaqoji mətbuat tarixində məktəb, təhsil və təlim, təlimin üsul və qaydaları haqqında XIX əsr türkdilli mətbuat səhifələrində həm söz içində, həm də ayrıca müxtəlif fikirlər səslənmişdir. 1875-1877 -ci illərdə Həsən bəy Məlikzadənin (Zərdabinin) redaktorluğu ilə Bakıda nəşr olunan "Əkinçi" qəzetində məktəb və maarif məsələlərinə böyük diqqət yetirilmişdir. Qəzetin fəal müxbirlərindən biri Nəcəf bəy Vəzirov məktəb və mədrəsələrdə müəllim və şagird münasibətlərinə, tədris edilən fənlərin seçilməsinə xüsusi yanaşmanın vacibliyindən söz açaraq, oxucyları fikir mübadiləsinə çağırırdı: " ....məktəbxanada oxunan "Leyli-Məcnun", Hafiz və qeyrə uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şura gəlir,uşaq başına nə kül töksün, onları oxuyub eşqbaz, cürəkeş olmasın və bir də bizi oxudanda məhz oxuyub yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin. Məsələn, Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq,həm yazıb oxumağı öyrənnik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq".
Müəllifin "avam olduğumuzu gizlətməyib səy edib, elm, təhsil etmək yaxşı deyilmi?" ritorik sualı da zəmanın, dövrün sualı idi.
"Əkinçi"dən sonra - 1879-cu il yanvarın25-də Tiflisdə Səid Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dilində nəşrə başlayan "Ziya" qəzeti də məktəb və maarif məsələləri geniş səkildə müzakirəyə çıxarır, oxucuların" diqqətini bu işin vacibliyinə yönəldirdi. "Ziya" qəzeti S.Ünsizadənin pedaqoji fikirlərinin tribunası idi.

Qəzetin baş məqalələrindəki fikirlərin çoxu onun sonralar çap edilmiş dərslik və risalələrində daha da genişləndirilmişdir. "Ziya"da məktəb və maarif məsələləri hələ heç bir elmi tədqiqatda öz həllini tam şəkildə tapmamışdır. Bu, hər şeydən əvvəl gənc tədqiqatçılar tərəfindən ərəb əlfbalı yazıları oxumaqda çətinlik çəkmələri ilə əlaqədardır.
Türk ədəbiyyatının ilk çocuk dərgisi olan "Mümeyyiz " (1869-1870) dərgisində məktəb və maarif məsələləri işıqlandırılsa da, əslində türk dünyasında bu məsələyə- məktəb və maarifçilik məsələlərinə ilk dəfə öz adı ilə geniş yer verən 1891-1897-ci illərdə İstanbulda nəşr olunan "Məktəb" dərgisidir.

Dərginin 6 ildə 185 nömrəsi çıxmışdir. 1911-1920 ci illərdə Bakıda Qafur Rəşad Mirzəzadənin (1884-1943) və Ə.Əfəndizadənin (1884-1918) redaktorluğu ilə nəşr olunan "Məktəb" jurnalının işıqlandırdığı məsələlərin, irəli sürülən ideyaların çoxu vaxtıilə İstanbulda çıxan "Məktəb dərgisi"nin (1891-1897) böyük yaradıcılıq işinin davamı kimi görünür.
Dr. Cem Şems Tümer Bakıda nəşr olunan "Məktəb" dərgisindən sonra 1920-ci ildə Batumda da ayda bir dəfə nəşr olunan dini, ictimai, tərbiyəvi, ədəbi, elmi, fənni "Məktəb Məcmuəsi"ndən söz açır. Hörmətli həmkarım Bakıda nəşr olunan "Məktəb" dərgisinin son nəşr ilini 1917-ci il kimi göstərir. Görünür, müəllif sonralar tapılıb üzə çıxarılan 1918 -ci və 1920-ci illərdəki 6 nömrədən xəbərsizdir.

Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun rektoru və "Məktəb məcmuəsi" jurnalının redaktoru başqırd əsilli Şərif Manatov (1887-1936) 1925-ci il kanuni-əvvəlin 5-də Bakıda "MƏKTƏB MƏCMUƏSİ" adlı yeni bir dərgi nəşrə başlayanda türk dünyasının uşaq pedaqoji mətbuat ənələrin yaxşı cəhətləri Azərbaycan yazarlarının istinad mənbələri idi. Yeni nəşr oxuculara on beş günlük ƏDƏBİ, FƏNNİ, ELMİ MƏCMUƏ kiimi təqdim olunmuşdur.

İlk nömrəsi 2000 nüsxə tirajla çıxan "Məktəb məcmuəsi"nın birinci səhifəsindəki "İdarədən" qeydindən məlum olur ki, o, tətil edən "Məktəb" dərgisinin davamçısıdır. Dərginin fəal müxbirlərinin cərgəsində 1911-1920 ci illərdə Bakıda nəşr olunan "Məktəb" jurnalının redaktorunun adının görünməsi də bunu təsdiq edir.
"Məktəb məcmuəsi" jurnalının məsul müdiri (redaktoru - N.N.) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş, daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunan ŞƏRİF MAHATOV idi.

"Məktəb dərgisi"nin "İdarə"dən başlığı altında verilmiş qeydləri yeni nəşr orqanının məqsəd və məramını öyrənmək baxımından çox maraqlıdır: "Sabiq "Məktəb məcmuəsi" (1911-1920-ci illərdə nəşr olunan-N.N .) tətil edəndən sonra Azərbaycanımızda çocuklarımıza məxsus ədəbi və fənni bir məcmuə yox idi. Halbuki məktəblərdə oxuyan məktəblilər məktəb xaricində də mütaliəyə alışmalıdırlar.Məktəbdə oxuyan çocuklar məktəb xaricində öz məlumatlarını genişləndirməyə çalışmalıdırlar. Onlara öylə bir məcmuə lazımdır ki, məktəbdə oxuduqlarını həyatı, yeni həqiqətləri, yeni fənləri onlar üçün aydınlaşdırsın.Onların məlumatlarını genişləndirməyə xidmət edərək,dərslərinin müvəffəqiyyətlə getməsinə yardım etsin.Təbii, böylə bir məcmuənin vücubini (vacibliyini-N.N.) ən əvvəl müəllimlərimiz düşünürdülər. Daha doğrusu, tələbələrin hər zaman: "Nə oquyalım?" deyə sual və müraciətləri böylə bir məcmuənin intişarını hər müəllimə düşündürürdü".
"İdarədən" qeydlərində daha sonra yazılır: "Burası məlumdur ki, bizdə çocuqlara məxsus ədəbiyyat çox azdır. Bu xüsusda şeiriyyat işlərinə ancaq axır vəqtlərdə iqdam edilmişdir. Bundan əlavə, KİTABIN VƏZİFƏSİ BAŞQA, MƏCMUƏNİN VƏZİFƏSİ İSƏ BÜSBÜTÜN BAŞQADIR. Kitablardakı birtərəfli məlumat uşaqları yora bilməsi ehtimalı ola bildiyi halda, məcmuədəki hərtərəfli məlumat onları yoramaz, biləks (ƏKSİNƏ-N.N.) oxumağa meyil bə həvəslərini artırar, bir fənn barəsində məlumat alandan sonra ikinci bir hekayənin , ibrətli sözlərin, maraqəngiz məsələlərin həllinə meyil etməklə yorulmaqsızın vəqtini QAİDƏLİ MÜTALİƏTƏ sərf edər.Bundan əlavə, böylə məcmuələrdə mütəəllimlər YALNIZ PASSİVCƏSİNƏ MÜTALİƏ DEYİL, özləri də bu məcmuədə iştirak edər, məsələlər həll edər, yazı dərslərinə cavab verməklə AKTİV ROLU OYNAYI RLAR ki, burası daha qaidəlidir " .
Maraqlıdır ki, jurnalın əməkdaşlarının çoxu Xalq Maarif Komissarlığının əməkdaşları idi: Şərif Manatov,Xəlil Fikrət,İsmayıl Hikmət,Kərim İsmayılzadə, Abdulla Şaiq,Məhəmməd Kərimzadə...Onların hamısı nüfuzlu ali məktəb və mədrəsələrdə təhsil almışdılar:Şərif Manatov Peterburq Psixonevroloji Akademiyasında oxumuşdur.
Xəlil Fikrət Almaniyada ali pedaqojı və psixologiya təhsili alan alimlərdən biri idi. O, Türkiyənin bu sahədə ilk elmlər doktordur.
"Azərbaycanlı" imzası ilə çap olunmuş "Kooperativ nədir?" məqaləsinin müvzusuna, yazı üslubuna,çevik sintaksisinə görə Nəriman Nərimanovun arxivindən əldə edildiyini güman edirık.
Jurnalda məktəblilərin bədii zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan 10-a qədər şeir verilmişdir.
Materialların əksəriyyəti dövrün aparıcı təlim texnologiyalarına əsalanmışdır.
"Məktəb məcmuəsi"ndəki atalar sözləri, klassik ədəbiyyatdan seçilmiş tərbiyəvi məzmunlu materiallar, ölkəşünaslığa aid elmi- publisistik yazılar da çox maraqlıdır. Jurnaldakı riyaziyyat əyləncələri, coğrafiya,tarix və psixologiyaya aid materiallar da şagirdlərin təfəkkür səvviyyələrini müəyyənləşdirməyə xidmət dir.

"Məktəb məcmuəsi" jurnalının həcmi 16 səhifədir. Materialların yerləşdirilmə ardıcıllığı belədir:
İdarədən səhifə 1
İsmayıl Hikmət. Qərənfillər (şeir ) 2
Tərbiyə doktoru Xəlil Fikrət. Bizi düşündürən bir hekayə 3-5
Abdulla Şaiq. Centlment bir xanəndəyə (şeir) 3
Qafur Rəşad. Azərbaycanımızı tanıyalım 6-7
Hüseyn Nəcdad. Şeir 7
Qantemir. Azərbaycan tarixindən 7-8
Zərbəli Nafiz. Köylü qızı (şeir) 8
Atalar sözü 8
Q.R. (Qafur Rəşad- N.N.) Təbiəti nə üçün öyrənirik? 9-11
Nasir Quluzadə. Bu günün çocuklarına (şeir) 9
Kərim. Rəqəmlərin tarixi. 11-13
Azərbaycanlı. Kooperativ nədir? 13
Məhəmməd Kərimzadə Süd 14-15
Əzbər parçalar (klassik ədəbiyyatdan) 15
Uluqbəyli. Riyaziyyat əyləncələri. 15 -16
Məsələ 16
Yazı dərsi 16
Məsul müdir: ŞƏRİF MANATOV 16
Məktəb məcmuəsi (Bildiriş-xatırlatma -N.N.) 16

Jurnalın son səhifəsində oxucullara ünvanlanmış nikbin ruhlu bir müracıətdəki (bildiriş-xatırlamadakı - N.N.) qeydlər dərginin nəşr tarixini izləmək baxımından çox maraqlıdır: "Hər on beş gündə bir müntəzəm surətdə çıxacaqdır. Məcmuədə ən dəgərli və biligli müəllimlər ədəbi-elmi yazılarla iştirak edəcəkdir. Həvəskar məktəblilərin də yazıları məcmuəmizdə məmnuniyyətlə dərc ediləcəkdir. Məcmuəmiz məktəblilərin olduğu üçün bütün məktəblilər almalı və yazı yazmalıdırlar".

Çox təəssüf ki, "Məktəb məcmuəsi"nin ikinci nömrəsi işıq üzü görmədi: jurnal oxucu və abunəçiləpə məlum olmayan cəbəbləri görə öz nəşrini dayandırdı. Yəqin ki, jurnalın əməkdaşları redaksiyaya göndərilən yazıları çap olunmaq üçün inandıqları və güvəndikləri digər mətbuat orqanlarına ünvanlamışlar. Belə ki, jurnalın əməkdaşlarının anoloji yazıları tezliklə digər mətbuat orqanlarında görünməyə başlamışdır.

Yazımın çapına bir professor dostumuz etiraz edirdi. Onun fikrinə görə, cəmi bir nömrəsi çıxan məcmuə haqqında yazı yazmağa dəyməz. Son sözü, əlbəttə, redaktor Nəcəf müəllim dedi. Amma yazıda "Manatov" yazdığım soyadı "Manafov" kimi redaktə etdi. Mən təəssüf edirəm ki, mətbuat tarixçılıərimiz həm "Azərbaycan məktəbi" jurnalını, həm də "Təhsil problemləri" qəzetini, demək olar ki, oxumurlar.
Bu mətbu orqanlardakı elmi yazıların kitab şəklində çapına Təhsil Nazirliyi qayğı göstərməlidir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Raspublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq.

Bakı, 31.05.2019



Ədəbiyyat siyahısı:
1.Beş yıl (Azərbaycan Ali Pedaqoji İnstitutunun beş yıllığı və üçüncü buraqılışı dolayisı ilə), Bakı,1926.
2.Nazim Nəsrəddinov. "Məktəb məcmuəsi" dərgisi, Bakı,1925. "Azərbaycan məktəbi" jurnalı 2010-cu il.
3.Nazim Nəsrəddinov. "Şərif Manatov kimdir? "Təhsil problemləri" qəzeti,N 45-46 (533-534),01-07 iyul 2010-cu il, səh. 2-3.
4.Nazim Nasreddinov. Haldun Cezayirlioğlu Koleksiyonu. Mekrap Macmuası Dergisi (Bakı,1925). 10 fevral 2011-ci il

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Ali Pedaqoji Institutun direktoru Şarif Əhmədzyanoviç Manatov ki ...

Azərbaycan Ali Pedaqoji Institutun direktoru Şarif Əhmədzyanoviç Manatov ki ...

Elmi Məqalələr, ADPU

"Kəşkül” jurnalının birinci nömrəsi – Tiflis, 31 yanvar 1883- cü il ... və ...

MEDİA, Köşə yazılar
Qafqazın ziyası  (

Qafqazın ziyası ("Ziyayi -Qafqasiyyə") haqqında İsmayıl bəy Qaspralının ...

Tiflis
“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

Yeni nəşrlər, Digər bölmələr
Mirzə Həsən Əfəndi  Əlqədari və Azərbaycan

Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan

Ədəbi əlaqələr, Tiflis, Tarix, Turan
Yazılara  şərh  lazımdırmı?

Yazılara şərh lazımdırmı?

Elmi Məqalələr, Köşə yazılar
 «Ziya» qəzeti -140

 «Ziya» qəzeti -140

Elmi Məqalələr
AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

Elm, "Zirvə"
S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

Köşə yazılar

"QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN BİRİNİN MÜƏLLİ ...

Elm, Publisistika
XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri -

XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri - "ƏQAİD v ...

Elmi Məqalələr, Köşə yazılar
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

Yeni nəşrlər, Humanitar elmlər
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
RZA ŞAHVƏLƏD (1909-1984)

RZA ŞAHVƏLƏD (1909-1984)

"Şərqin səsi", Tiflis
Tağıyevin Əhmədlidəki məktəbi

Tağıyevin Əhmədlidəki məktəbi

Azərbaycan, "Elm və Təhsil"
Marneulidə yeni məktəb tikiləcək

Marneulidə yeni məktəb tikiləcək

Borçalı
Natəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilib

Natəvan Dəmirçioğlunun Yaradıcılıq Gecəsi keçirilib

Mədəniyyət
246 SAYLI MƏKTƏB-LİSEYİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ

246 SAYLI MƏKTƏB-LİSEYİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ

Digər bölmələr, Məktəblər
“Türkologiya” jurnalı beynəlxalq indeksdə

“Türkologiya” jurnalı beynəlxalq indeksdə

Yeni nəşrlər, Humanitar elmlər, Digər bölmələr
Rəy yazın: