Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri
Mikayıl Çingiz oğlu Cabbarov

Azərbaycan Respublikasının təhsil naziri
(2013-cü ildən),

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin rəisi (2009-2013),

Azərbaycan Respublikası iqtisadi inkişaf
nazirinin müavini (2004-2009),

Azərbaycan Badminton Federasiyasının prezidenti
(2015-ci ildən)

Mikayil Çingiz oğlu Cabbarov - 1976-cı il sentyabrın 19-da Bakıda anadan olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə
magistr dərəcələri almışdır.

1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York State Bar Association) üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlamış, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərmişdir.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli Sərəncamı ilə İqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələləri və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirmişdir.

Azərbaycan Respublikasının Təhsil naziriAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri təyin edilmişdir.

Mikayıl Cabbarov respublikamızın ictimai həyatında da fəal rol oynayır.

1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini seçilmişdir.
"Nə? Harada? Nə vaxt?" və "Breyn-Rinq" oyunlarının fəal üzvü olmuşdur.
1994-1997-ci illərdə "Atəşgah" Bakı Bilicilər (İntellektual Oyunlar) Klubunun prezidenti olmuşdur.

"Breyn-Rinq" oyunlarının 1996-1997-ci illər üzrə mütləq MDB çempionu adını qazanmışdır.
1997-ci ildə Moskvada təşkil edilən və Rusiyanın 1-ci kanalında yayımlanan "Nə? Harada? Nə zaman?" oyununun yay seriyasında iştirak edən ilk azərbaycanlı bilici olmuşdur.

"Nə? Harada? Nə zaman?" Bakı Televiziya Klubunun təcrübəli üzvüdür.

Beşillik oyunların qalibidir.

2002-ci ildə "Breyn-Rinq" üzrə dünya"Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan çempionu olmuşdur.

Evlidir, 2 övladı var.

Mikayıl Cabbarov 2009-cu ildən Gürcüstanın Tbilisi şəhərinin Fəxri Vətəndaşıdır.

Biz də Azərbaycan Respublikasının təhsil naziri, çox hörmətli Mikayıl Cabbarova
şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.AZ



P.S.:

Azərbaycan Respublikası Prezidentinin 05 dekabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Vergilər naziri təyin olunub.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Əsas xəbər, Təhsil, Nazirlik
Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Borçalı, Bolus, Təbriklər
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

Səhiyyə, "Elm və Təhsil"
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
Emin Əmrullayev Təhsil naziri təyin olunub

Emin Əmrullayev Təhsil naziri təyin olunub

Nazirlik
General-polkovnik Aydın Əliyev (1957)

General-polkovnik Aydın Əliyev (1957)

"XXI əsrin Ziyalıları"
BDSİK - “Breyn-rinq” intellektual yarışının qalibidir

BDSİK - “Breyn-rinq” intellektual yarışının qalibidir

Kolleclər, Başkeçid, Təbriklər
AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OL ...

SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OL ...

Təbriklər
Soydaşımız Rusiyada nazir müavini təyin edilib

Soydaşımız Rusiyada nazir müavini təyin edilib

Təbriklər, Rusiya, Diaspora
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Aftandil Qasım oğlu BABAYEV (1957)

Aftandil Qasım oğlu BABAYEV (1957)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

MEDİA
Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963)

"XXI əsrin Ziyalıları", Qaraçöp, İqtisadiyyat
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
Akşin Vəzir oğlu VƏLİYEV (1965)

Akşin Vəzir oğlu VƏLİYEV (1965)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
Rəy yazın: